İşgüzar sənədlər başqa adla əməli yazı nümunələri də adlandırılır və hamı üçün ümumi qəbul olunmuş standart formalarda tərtib olunur.
AKT Ümumi məlumat Akt latınca “aqatos” sözündən olub hərəkət, hadisə, cinayət işi deməkdir. Müəyyən bir işi, hadisəni qanuniləşdirərək ona hüquqi status verilməsi üçün tərtib edilən sənəddir. Akt xüsusi komissiya tərəfindən hazırlanır və komissiya üzvlərinin imzaları ilə təsdiq olunur.
Aktı tərtib edərkən aşağıdakılara əməl edilməlidir:
Vərəqin yuxarı hissəsində ortada ilk hərfi böyük olmaqla Akt sözü yazılır.
Akt sözündən sonra növbəti sətirdə solda tərtib olunan yer (idarə, müəssisə, təşkilat), sağda gün, ay, il qeyd olunur.
Aktınməzmunu. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir: hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti və s.
Yoxlamanın müddəti: həm rəqəm, həm də hərflə göstərilir.
Aktın sonunda tərtib edənlərin imzası qoyulur.
Akt SDU “_” ___ 20__-cı il Biz, aşağıda imza edənlər: elmi kitabxanın müdiri ________ (soyadı, inisialları) və ______ (rəhbəri, müdiri və s.)________ (soyadı, inisialları) bu aktı tərtib edirik ki, kitabxananın xidmət şöbəsinin abonement bölməsindən aşağıda göstərilən kitablar istifadə üçün ________ (hara?− şöbənin, kafedranın və s. adı) təhvil verildi:
_________________– 1 nüsxə