MƏKTUB
Ümumi məlumat
Rəsmi məktublar idarə və təşkilatlarda daxili və xarici əlaqələri təmin etmək üçün yazılan əsas sənədlərdəndir. Məktuba olan əsas tələblər bunlardır: aydınlıq, dəqiqlik, məntiqlilik və kifayət qədər yığcamlıq.
Məktublar 4 hissədən ibarət olur:
müraciət hissəsi;
ümumi hissə;
fərqləndirici hissə;
yekunlaşdırıcı hissə.
Təşkilatlara, idarələrə, rəsmi şəxslərə müxtəlif məzmunlu məktublar göndərilir.
Sxem
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Hörmətli həmkarlar!
Sizi _______ 20_-cı il tarixində Sumqayıt Dövlət Universitetində keçiriləcək “______________” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1.
2.
3.
.............
İştirak forması: _______
Konfransın materialları nəşr olunacaq və elektron formada sdu.edu.az saytında yerləşdiriləcəkdir.
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:
Format ‑ A4; boş sahə hər tərəfdən ‑ 2sm; şrift ‑ Times New Roman 12pt; sətirarası interval ‑ 1.5;
Formullar ‑ Microsoft Equation (CAMSOFT CHEM Draw).
Tezisin adı – ortada, qalın şriftlə, böyük hərflərlə;
Müəllifin soyadı, adı, ata adı – ortadan, qalın şriftlə;
İş yeri, şəhər, ölkə və e-poçt ünvanı – ortadan, kursivlə;
Tezisin mətni – 1-2səhifə
Konfransın işçi dilləri: Аzərbaycan, rus, ingilis.
Tezislər conference.ssu@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda və çap olunmuş formada _________20_‑cı il tarixinədək aşağıdakı ünvanda qəbul olunur:
Az 5008. Sumqayıt ş., 43-cü məhəllə, Sumqayıt Dövlət Universiteti,_________fakültəsi,___________ kafedrası, auditoriya __.
Dostları ilə paylaş: |