Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə21/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
FF tarix

ALBANİYA DÖVLƏTİ

E.ə. IV əsrin sonu—III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Da-ğıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül tapmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ər-məniyyə, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri oldu. Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və b. Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar. Hazırda antik Albaniya əhalisinin etnik və dil mənsubiyyəti ətrafındakı elmi araşdırmalar onu göstərir ki, bu ölkənin qədim əhalisi etnik və dil baxımından müxtəlif olsa da, onların içərisində türk dillərində danışanlar aparıcı rol oynamışlar. Onlarla yanaşı Albaniyada həm Qafqaz, həm də İran mənşəli dillərdə danışan tayfalar da yaşamışlar. Bəzi alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan türkmən, qazax və b. türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp-alb sözünə söykənən Albaniya “igidlər, cəsurlar, ərənlər ölkəsi” mənasını verir. Albaniyanın mərkəzi, xüsusən də Aran rayonları əsasən türk etnoslarının, Dağıstana yaxın rayonları isə Qafqaz-İberdilli tayfaların məskəni olmuşdur. Çoxdillilik əsasən sonuncu bölgəyə xas xüsusiyyət idi. Albaniya ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin başlanığıcında meydana çıxmışdır. E.ə. VI-IV əsrlərdə Əhəmənilər təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonla-rından etibarən dövlətin bəzi əlamətləri açıqca seçilirdi. Məsələn, məlumdur ki, cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamela döyüşündə III Daranın ətrafındakı mövqelərin bu hissələrə etibar olunması onların yüksək hərbi keyfiyyətlərindən xəbər verirdi.

Bəzi antik müəlliflər Albaniya adını İskəndərin işğal etdiyi ölkələr sırasında çəksələr də, bu Makedoniya hökmdarının vəfatından sonra Albaniya artıq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başlamışlar. Görünür ki, ayrı-ayrı xırda vilayət başçılarının mərkəzi hakimyyətə tabe olunması prosesi hələ Əhəmənilər dövründə başlamış və İskəndərin dövründə başa çatmışdır.

Lakin istər antik yazılı tarixi qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar sübut edir ki, tarixi Qafqaz Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respublikasını, Ermənistan, Gürcüstan və Dağıstan respublikalarının bir hissəsini əhatə etmişdir.

E. ə. IV əsrdə Azərbaycanın Araz sayından şimalda yerləşən torpaqla- nnda yaşayan və qədim türk söylar'ından biri olan Albanlar öz dövlətlərini qurmuşdular. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Kaspilər fars - yunan müharibələrində piyada və atlı döyüşçülər kimi iştirak etmişdilər. E. ə. 331-ci il Qavqamela döyüşündə Əhəməni ordusımun tərkibində alban döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdu.

Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Plini İsgəndərin e. ə. 327-ci ilə düşən Hindistan yürüşü zamanı Alban çarının ona iki dəfə qeyri - adi böyüklükdə köpək bağışlaması haqqında məlumat vermişdir. Bu məlumat e. ə. IV əsrin II yansında Azərbaycanın şimalında Alban dövlətçiliyinin mövcudluğundan xəbər verir.

Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı. Bir çox hallarda elmi və kütləvi ədəbiyyatda bu ölkəni Qafqaz Albaniyası da adlandırırlar.Qədim Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi.

Antik yunan müəllifi Strabona görə albanlar iberlərlə Kaspi dənizi (Xəzər) arasında yaşayırdılar. Dövlətin şərq sərhədini Kaspi dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil etmişdir. İndiki Gürcüstanın şərqindəki Alazan vadisi Alban torpaqlan idi. Alban dövlətinin şimal hüdudlan Dərbənddən yuxandakı Samur dağ silsiləsindən başlayıb. Böyük Qafqaz dağlannm ətəkləri boyu İori çayının yuxan axarınadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunur.

E. ə. IV əsrdə baş vermiş Qavqamela döyüşündə Azərbaycanın şimalındakı tayfa birliyi artıq «Alban» adım daşıyırdı. Antik çağda Kaspi dənizini həm də Alban dənizi adlandırmışdılar. Strabona görə əvvəllər burada hər qəbilənin bir padşahı var idisə, e. ə. I əsrin 60-cı illərində bütün alban qəbilələrinə bir padşah başçılıq edirdi. Albaniyada yaşayan tayfaların dili Türk, Qafqaz və s. dillər ailəsinə aid edilir. Təsadüfi deyil ki, ana qaynağımız olan «Kitabi Dədə Qorqud» da Alban soyunun başçısı Qazan xan verilmişdir. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ), Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çox müxtəlif idi. Ən iri tayfa olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos sayılırdılar. Alban tayfaları isə şübhəsiz Cənubi Qafqazın cənub-şərq vilayətlərinin, əlbəttə Kür və Araz çayları arasındakı ərazinin avtoxtonları hesab olunurlar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdir.

Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi” əsəridir. Burada alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, toxuculuq və ticarətlə məşğul olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları icma üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət olunan dini mərasimlər məbədlərdə icra olunurdu.

Mingəçevirdə buğda və arpa qalıqları, Xınıslıda isə kömürləşmiş buğda və arpa dənləri aşkar olunmuşdur. Buğda yumşaq və bərk sortlara mənsubdur, arpa altıcərgəlidir. Həm yumşaq, həm də bərk buğdanın ayrı-ayrı növləri Azərbaycanın müxtəlif yerlərində indiyədək yetişdirilməkdədir. Albaniya əhalisinin təsərrüfatında maldarlıq nəzərə çarpacaq yer tuturdu. Əlverişli təbii şərait buna imkan yaradırdı. İlin qızmar vaxtlarında mal-qara uca dağlarda yerləşən Alp çəmənliklərinə qalxır, qışın soyuğunda düzənliklərə enirdi.

Qazıntılar nəticəsində dulus kürələrinin və çoxlu gil qabların tapılması sübut edir ki, qədim Qafqaz Albaniyasında keramik məmulat istehsalı geniş yayılmışdı. Mis filizi çıxarılan qədim mədənlərin mövcud olması, arxeoloji qazıntılar zamanı çoxlu metal məmulat tapılması göstərir ki, qədim Qafqaz Albaniyasında əmək alətləri, silahlar və bəzək şeyləri istehsalı yüksək sənətkarlıq səviyyəsində aparılırmış. Qədim Albaniyada metaldöymə, metalda naxışaçma və qəliblərə metaltökmə geniş yayılmışdı. Antik Albaniyada sənətlərin digər növləri də inkişaf etmişdi. Arxeoloji material sümükişləmə və ağacişləmə sənətinin səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir. Zərgərlik məhsullarının əksəriyyəti qədim Qafqaz Albaniyasında istehsal olunurdu. Lakin gətirilmə məmulata da təsadüf edilir. Məsələn, Yaloylutəpə tipli torpaq qəbirlərdən və Mingəçevirin katakomba qəbirlərindən saf qızıldan hazırlanmış ayparaşəkilli sırğalar tapılmışdır.

Arxeoloji qazıntılar nəticəsində antik Albaniyanm bir çox yaşayış məskənləri aşkar edilmişdir. Mingəçevir, Çuxur-Qəbələ, Xınıslı, Təzəkənd xarabalıqları bu qəbildəndir. Mollakənd, Qalagah, Nüydü, Hacıhətəmli yaxınlığında və digər rayonlarda qədim alban şəhərlərinin və məskənlərinin xarabalıqları kəşf edilmişdir. Antik müəlliflər quru ticarət yollarından əlavə, dəniz və çay ticarət yollarından da bəhs edirlər. Qonşu ölkələrlə ticarət münasibətlərinin artması sikkə tədavülünə gətirib çıxarırdı. Azərbaycanın bütün ərazisində - Mingəçevirdə, Bərdədə, Füzulidə, Çuxuryurdda, Yaloylutəpədə, Kür, Araz, Gəncəçay və başqa çayların sahilləri boyunca yerləşən ərazidə arxeoloji qazıntılar zamanı çoxlu sikkə aşkar edilmişdir. Sikkələr həm küp qəbirlərdə, katakomba qəbirlərdə, torpaq qəbirlərdə və digər qəbirlərdə, həm də ayrıca dəfinələr şəklində bir neçə ədəddən bir neçə yüz ədədə qədər tapılmışdır

Antik dövrdə Alban əhalisi taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və maldarlıqla məşğul olurdu. Taxılın üyüdülməsində əl dəyirmanlanndan, eramızın ilk əsrlərindən başlayaraq su dəyirmanlarından istifadə edirdilər. Strabon Albaniyada müxtəlif meyvə ağaclanmn, hətta zeytun yetişdirildiyini qeyd etmişdir. Albaniyamn təsərrüfatında üzümçülük və şərabçılığın mühüm yer tutması haqqında Strabon çox qiymətli məlumatlar vermişdir. Şamaxıda və Qəbələdə arxeoloji qazmtılar zamam şərab istehsal edilən emalatxanaların qalıqlan və şərab saxlamlan çoxlu böyük küplər tapılmışdır. Albaniyada çoxlu minik və yük atları yetişdirilirdi. Minik atlanndan süvari qoşun dəstələrində istifadə olunurdu. Strabona görə Pompeyin yürüşləri zamanı albanlar romalılara qarşı 60 min piyada və 22 min atlı qoşun çıxarmışdılar.

Bizim eranın ilk əsrlərindən Albaniyada şüşə istehsal edilməsinə başlanmışdı. Dövlətin meydana gəlməsi ilə möhürlər hazırlanmasına təlabat yaranmışdı. Möhürlər çox zaman üzük formasında düzəldilirdi.

Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə Hindistandan gətirilən mallan Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər) və Kür çayı ilə su yolu vasitəsi ilə, bir az da quru yolla getməklə, Qara dənizə çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqda Strabon məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal qablar, bəzək əşyaları gətirilirdi.

Şamaxıda və Qəbələdə tapılan böyük gümüş pul dəfinələri Albaniyada ticarətdə puldan geniş istifadə olunduğunu və pul kəsildiyini sübut edir. Albaniyada yerli pullarla yanaşı, Makedoniyalı İsgəndərin adından kəsilmiş gümüş pullar, habelə Selefki, Parfıya, Yunan, Roma və başqa ölkələrin pulları da işlənirdi. Bu fakt Albaniyanın geniş ticarət əlaqələrindən xəbər verir.

II əsrdə yaşamış antik müəllif Klavdi Ptolomey Albaniyanın 29 şəhər və böyük yaşayış yerlərinin adını çəkmişdir ki, bunlardan Telaba, Gelda, Albana və Getara Xəzər dənizi sahilində yerləşirdi. Antik qaynaqlarda adı çəkilən şəhərlərdən yalnız Kabalakanm (Qəbələ) və Şamaxının (Gemaxiya) yeri dəqiq məlumdur.

Albaniyanın ictimai quruluşu haqqında əsas məlumatlar arxeoloji abidələr və yazılı qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir.

Strabon e. ə. 60-cı illərin hadisələri ilə bağlı yazırdı ki, hazırda bütün alban qəbilələrini bir padşah idarə edir. Əvvəllər isə burada hər qəbilənin öz padşahı (çar) var idi. E. ə. I əsrdə Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Antoninin yürüşləri vaxtı isə Zober idarə edirdi. Alban Arşakilərinə qədər, yəni I əsrin ortalarınadək Albaniyanı onun ilk hökmdan olmuş Aranın nəsli - Aranşahlar idarə etmişdir.

Albaniyada hökmdardan sonra ən hörmətli adam baş kahin sayılırdı. Baş kahin əhalisi sıx olan böyük bir müqqəddəs əyalətə başçılıq edirdi və məbəd qulları da onun ixtiyarında idi.Albaniyada hakim zümrəyə əyanlar və kahinlər daxil idi. Mesopotamiya, Yunanıstan, Roma kimi klassik quldar dövlətlərindən fərqli olaraq Albaniyada qul əməyindən az istifadə olunmuşdur. Burada əməkçi əhalinin böyük əksəriyyətini azad adamlar, yəni vergi ödəyən zümrələr (kəndlilər, sənətkarlar və s.) təşkil edirdi.. Aşağı zümrəyə kəndlilər, sənətkarlar və tacirlər daxil idi. Kənd təsərrüfatı və sənətkarlıq sahələrində çalışanların əksəriyyəti, ticarətlə məşğul olanların hamısı azad adamlar idi.

E. ə. I əsrdə romalılarm hərbi planlarında Albaniya və qonşu İberiya önəmli yer tutmağa başlamışdı. Romalılar Albaniyada möhkəmlənməklə Hindistanı Qara dənizlə birləşdirən, bir hissəsi Kaspi dənizindən-Kür çayından və quru ərazidən keçən ticarət yollarım ələ keçirmək niyyətində idilər. Albaniyanın ələ keçirilməsi Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və digər ölkələrə yürüşlər etmək imkanı verirdi. E, ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Alban torpaqlarına yürüşə başlayaraq Kür çayı sahilində hərbi düşərgə saldı. Alban hökmdarı Oroysun başçılıq etdiyi 40 minlik ordu romalılar üzərinə hücuma keçdi. Həmin ilin dekabrında Kür çayı sahilində baş vermiş qanlı döyüşdə daha güclü və təcrübəli olan Roma ordusu qalib gəldi. Albanlarla sülh bağladıqdan sonra Pompey İberiyaya yürüş etdi və qalib gəldi.

Romalılar İberiyaya yürüş edəndə albanlar onları arxadan təqib edərək Roma qoşunu üçün təhlükəli vəziyyət yaratdıqlanndan Pompey e. ə. 65-ci ildə yenidən albanlar üzərinə yürüşə çıxdı. Albanlara gözlənilməz zərbə vurmaq üçün romalılar İori ilə Alazan çaylan arasındakı susuz çöllə hərəkət etməyi qərara aldıirr. Pompey bir neçə albanı əsir alaraq ordusunu daha qısa və rahat yolla aparmaq üçün onlardan bələdçilik etmələrini istədi. Maraqlıdır ki, ölümdən qorxmayan albanlar düşməni daha uzun və çətin yolla apararaq xeyli ləngitdilər. Alazan çayı sahilindəki çöldə döyüş baş verdi. 60 min piyada və 12 min atlıdan ibarət Alban qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Süvari qoşunda albanlar, piyada qoşunda isə romalılar daha güclü idilər. Pompeyin düşünülmüş hərbi taktikası əsasında Roma ordusunun önündə olan atlı dəstəsi qəsdən geriyə qaçaraq albanları öz arxasınca apanb mühasirəyə saldı. Döyüş vaxtı Kozis Roma sərkərdəsi Pompeyə nizə ilə zərbə endirsə də, möhkəm zireh Pompeyi ölümdən qurtardı. Pompeyin cavab zərbəsi ilə Kozis ölümcül yaralandı. Döyüş romalılarm qələbəsi ilə başa çatdı. Romalılara qarşı kişilərlə birlikdə alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma müəlliflərinin heyrətinə səbəb olmuşdu. Döyüşdən sonra Pompeyin tələbi əsasında onun düşərgəsinə gəlməyən Alban hökmdarı Oroys məktub və hədiyyələr göndərməklə kifayətləndi. Pompey barışığa gəlmək və tabe olmaq haqqında Oroysun vədlərini qəbul edib, Xəzər dənizi sahillərinə çıxmaq üçün ölkənin içərilərinə doğru irəliləməyə başladı. Ciddi müqavimətlə qarşılaşan Pompey öz son məqsədindən əl çəkməyə məcbur olub, ölkəmizi tərk etdi. Roma müəllifləri bunun əsas səbəbini həmin ərazidə guya çoxlu zəhərli ilanların olması ilə əlaqələndirirlər. E. ə. 36-cı ildə Antoninin Atropatenə və Albaniyaya yürüşünün nəticəsi olaraq Alban hökmdarı Zober romalılardan asılılığı qəbul etmişdi. Roma hökmdarı Oktavian Avqustun hakimiyyətinin sonlarında tərtib olunmuş məşhur Ankir kitabəsində Alban hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir daşın üzərində Roma imperatoru Domisianm adı ilə bağlı olan kitabənin qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir. II əsrdə Roma imperatoru Adrian Alban dövləti ilə dostluq əlaqələri saxlanmasına xüsusi əhəmiyyət verirdi.

Bizim eranın 34-cü, 72-74-cü və 135-136-cı illərində şimaldan gələn sarmat-alan tayfalannm yürüşləri talançılıq məqsədi daşıdığından Albaniyaya böyük ziyan vurmuşdu. Albaniya Roma imperatorlarının təsiri altına düşmədi. İmperator Trayan (96-117 ci il) da Ön Asiyaya yürüş etdi. Albanların ərazisi toxunulmaz qaldı. Belə bir şəraitdə albanlar öz torpaqlarının sahibi idilər. Roma imperatoru Adrian (117-138-ci illər) albanlar ilə dostluq münasibətləri saxlayırdı.

Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya bildilər. Adərbayqan vaxtaşırı gah Sələvkilərə, gah da parflara tabe olmuş, lakin çox vaxt müstəqil idarə üsulunu saxlamışdı. 226- cı ildə İranda parfların (Arşaki sülaləsinin) hakimiyyətinə son qoyuldu. Hakimiyyətə Sasanilər sülaləsi gəldi və Azərbaycan yeni siyasi mərhələyə qədəm qoydu.

Albanlar zəngin maddi və mənəvi mədəniyyətə malik idilər.Alban əhalisi antik dövrdə yazı mədəniyyətinə malik olmuşdur. Mənbələrə görə albanlar dünyada yazısı olan on beş mədəni xalqdan biri idi. Xristianlığa qədər Albaniyada çoxallahlılıq olmuşdur. Strabona görə albanlar Səma, Günəş və Ay allahlanna sitayiş edirdilər. Albanlar, başqa xalqlarda az rast gəlinən yüksək əxlaqi dəyərlərin və davranış mədəniyyətinin yaradıcısı və daşıyıcıları idilər. Strabon yazırdı ki, albanlar öz gözəlliyi və hündür boylu olmaları ilə seçilirlər. Onlar xırdaçı olmayıb ürəyiaçıqdırlar.Albanlar nəinki valideynlərinə, hətta yad qoca adamlara belə həddindən artıq hörmət göstərirlər. Göründüyü kimi, albanlar çox az hallarda rast gəlinə bilən əxlaqi keyfiyyətlərə malik olmuşlar. Qədim əcdadlarımızdan biri olan türksoylu Albanların bu nadir əxlaqi keyfiyyətləri 2-3 minillik tarixin sınağından çıxaraq bu gün də xalqımız tərəfindən qorunub saxlanmışdır.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin