Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycan dövləti Sacilər (Sacoğulları) sülaləsinin hakimiyyəti dövründə



Yüklə 457,4 Kb.
səhifə29/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   76
FF tarix

Azərbaycan dövləti Sacilər (Sacoğulları) sülaləsinin hakimiyyəti dövründə

Sacilər Azərbaycan torpağında hakimiyyət sürmüş ilk müsəlman türk sülaləsi hesab olunur. Sülalə öz adını Mərkəzi Asiya köklü türk sərkərdəsi Əbu Sacdan götürmüşdür. Əbu Sac Xilafəti lərzəyə salan Babək hərəkatını yatırmaq üçün göndərilən ordunun baş komandanı, məşhur türk sərkərdəsi Afşinin ən yaxın silahdaşlarından biri olmuşdur. Əbu Sac Divdad Babəki və qardaşlarını ələ keçirməklə və Xilafətə qarşı Məzyərin başçılığı ilə baş vermiş üsyanı yatırmaqla xeyli məşhurlaşmışdı. 879-cu ildə Sivasdan Bağdada dönərkən vəfat etmiş Əbu Sacın yerində Məhəmməd və Yusif adlı iki oğlu qalmışdı. Məhəmməd əvvəlcə Məkkə yollarının rəisi təyin edilmiş, Xəlifə sarayında bir neçə vəzifə daşıdıqdan sonra 889-cu ildə Azərbaycana vali təyin edilmişdi. Sacoğlularm Azərbaycanda hakimiyyəti və dövlət quruculuğu məhz həmin tarixdən başlayır. Bu dövrdə hələ Xilafətlə bağlı olan Azərbaycan valiliyinin mərkəzi şəhəri Marağaya gələn Sacoğlu Məhəmməd 898-ci ildə Azərbaycanla birlikdə Ərməniyyə (indiki Türkiyənin ərazisində yerləşirdi - Red.) və digər dağlıq ölkələrin idarə hüququnu Xəlifədən aldı. Ərməniyyədən sonra Tiflisi də ələ keçirən Məhəmməd geri qayıtmışdı. 901-ci ildə Azərbaycanda dəhşətli vəba xəstəliyi yayılmış və o qədər çox adam qırılmışdı ki, kəfən çatmadığından ölüləri paltarlı şəkildə basdırırdılar. Vəbaya yoluxan Sacoğlu Məhəmməd Bərdə şəhərində vəfat etdi.



901-ci ildə Azərbaycan taxtında qardaşını əvəz edən Sacoğlu Yusifin dövrü (901 - 928) Azərbaycan dövlətçiliyinin yüksəliş dövrü hesab olunur. Sacoğlu Yusifin xəlifənin fərmanı olmadan taxt-taca yiyələnməsi və bunun heç bir etirazla qarşılanmaması artıq Xilafətdə mərkəzi hakimiyyətin tamamilə zəiflədiyini və Sacoğlularm Azərbaycanı müstəqil şəkildə idarə etdiyini göstərir. Məhəmməd Sacoğlunun dövründə dövlətimizin paytaxtı Marağa idisə. Yusifin dövründə Ərdəbilə köçürülmüşdü. 902-ci ildə Yusif Ərdəbildə adına gümüş pul (dirhəm) kəsdirmişdi. O, 907-ci ildə xəyanətkar I Sumbata qarşı yürüşlərə başlamış, Şirakı, Dvini ələ keçirmiş, Tiflis şəhərini Cəfərlilərdən almış və Kaxetiyanı özünə tabe etmişdi. O, 914-cü ildə I Sumbatı Dvində ələ keçirib edam etdirmiş, Ərməniyyəni Azərbaycanın tərkibinə alaraq burada öz hakimiyyətini möhkəmləndirmişdi. Yusif Xəzərboyu bölgələrə quldur basqınları edən rusların Ərdəbil ətrafına hücumlarının qarşısını almışdı. Sacoğlu Yusif 915-ci ildə Azərbaycan dövlətini öz yüksəlişinin zirvəsinə çatdırmışdı. Bu zaman dövlətimizin sərhədləri şimalda Dərbənddən, cənubda Zəncanadək, qərbdə Ani və Dvindən, şərqdə Xəzər dənizinədək böyük bir ərazini əhatə edirdi. Sacoğlu Yusif 12 il ərzində Xəlifə sarayına hər il 120 min dinar xərac versə də, 912/913-cü ildən Bağdada xərac göndərməyi dayandırmışdı. Artıq tam müstəqilləşən Azərbaycan hökmdan Rey, Qəzvin, Əhər və Zəncanm da idarə olunmasına iddiasını irəli sürmüşdü. Bundan bərk qorxuya düşən Xəlifənin göndərdiyi 20 minlik qoşun Yusifin 7 minlik hərbi qüvvəsi tərəfindən darmadağın edildikdən sonra o, Reyə daxil olmuşdu. Yusif Xəlifənin göndərdiyi daha bir ordunu məğlubiyyətə uğratsa da, 919-cu ildə Ərdəbil yaxınlığındakı döyüşdə yenilərək əsir düşmüş və Bağdadda zindana atılmışdı. Yusifin türk köklü qulamı Sebuk ordu toplayıb Xəlifənin ordusunu məğlubiyyətə uğratmış və Azərbaycanı müstəqil idarə etməyə başlamışdı. O, Xəlifənin 220 min dinar xərac tələbini yerinə yetirməyərək üstəlik Yusifin sərbəst buraxılmasım xəlifədən tələb etmişdi. Xəlifə Yusifi azad edərək Azərbaycanın hakimi kimi tanımış, əvəzində 500 min dinar xərac istəmişdi. Azad olmuş Yusif Ərdəbil şəhərinə çatanda sədaqətli qulamı Sebukun ölüm xəbərini almışdı. Yusifin Azərbaycandakı ikinci hakimiyyəti Karmatilərlə döyüşdə yaralanıb öldürüldüyü 928-ci ilədək davam etmişdi. Sacoğlu Yusifin siyasi fəaliyyətinin ən önəmli cəhətini bütün Azərbaycan torpaqlarını (həm Şimal, həm də Cənub) birləşdirməsi təşkil edir. Tarixi torpaqlarımız olmuş indiki Ermənistan və Şərqi Gürcüstan əraziləri də bu dövlətin sərhədləri daxilində idi. Azərbaycan formal olaraq Xilafət sərhədləri daxilində qalsa da, Sacoğlular daxili və xarici siyasətlərində tam müstəqil hərəkət edirdilər. Yusifin ölümündən sonra hakimiyyət əldən ələ keçir. Nəhayət 941-ci ildə Sacilərin son hakimi Deysəm Deyləm hakimi Məzrban İbn Məhəmməd tərəfindən məğlub edilir və bununla da Sacilər dövlətinə¬ son qoyulur.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin