Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycan Cəlairilərin hakimiyyəti altında



Yüklə 457,4 Kb.
səhifə37/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   76
FF tarix

Azərbaycan Cəlairilərin hakimiyyəti altında. Qızıl Ordalıların Azərbaycanı tərk etməsindən istifadə edən Cəlairi dövlətinin (1340-cı ildə Bağdadda Şeyx Həsən Cəlairi tərəfindən yaradılmışdı) hökmdarı Şeyx Uveys (1359-1374) 1358-ci ildə Azərbaycana yürüş etdi və hakimiyyətə yiyələndi. Azərbaycan torpaqları 1410-cu ilə qədər Cəlairlər dövlətinin tərkibinə daxil oldu. Təbriz dövlətin paytaxtı idi. Cəlairilər dövlətinin ərazisi Azərbaycan, İraq-i Ərəb, İraq-i Əcəm, Gürcüstanı əhatə edirdi.

Cəlairi Şeyx Üveysin dövründə Azərbaycanın təsərrüfat və mədəni həyatında canlanma baş verdi. Belə ki bu dövrdə suvarma kanalları çəkildi, memarlıq abidələri inşa olundu, kənd təsərrüfatını inkişaf etdirmək üçün müəyyən işlər görüldü.

Bununla yanaşı Şeyx Uveysin hakimiyyəti illərində mərkəzi idarəetmə aparatı möhkəmləndi. 1367-ci il də Şirvanşah hökmdarı Kavus Cəlairilərdən asılı vəziyyətə düşdü.

Lakin Cəlairi Şeyx Üveysin oğlu Sultan Hüseynin dövründə (1374-1382) ölkədə feodal dağınıqlığı gücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi.

Hakimiyyəti ələ almağa can atan Cəlairli Sultan Əhməd yerli feodalların narazılığından öz xeyrinə istifadə edərək 1382-ci ildə Sultan Hüseyni öldürtdürür və hakimiyyəti ələ keçirir. Sultan Əhmədin hakimiyyətə gəlməsi dövlətin siyasi və iqtisadi həyatında əhəmiyyətli dəyişiklik əmələ gətirmədi. Feodal müharibələri davam edirdi. Sultan Əhməd 1410-cu ilə qədər-Qaraqoyunlu dövləti yarananadək fasilələrlə Azərbaycanı idarə etdi.

Atabəylər dövlətində əsas sima Atabəy Eldəniz və ya ondan sonrakı hökmdarlar idi. Dövlətin idarə olunmasında ikinci sima vəzir hesab olunurdu. Divanxana işçilərinin (əshab əd-divan) başçısı olan vəzir məmurları vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq, təqaüdləri (ərzaq) və məvacibləri müəyyənləşdirmək, vergi idarəsinə və xəzinəyə nəzarət etmək hüqııqlarına malik idi. Vəzir daim öz hökmdarının yanında olur, onu səfər və yürüşlərdə müşayiət edir, özü qoşun göndərə və ona başçılıq edə bilirdi.

Vəzirdən sonra gələn hörmətli vəzifə haciblik idi. Bu vəzifəni icra edənlər sarayda ən mühüm, məxfi və vacib işlərlə məşğul olurdu. İnzibati aparatdan biri hökmdarın şəxsi əmlakını idarə edən “ şəxsi divan ” deyilən təşkilat idi.

Mühüm dövlət idarələrindən biri də hökmdarın və ya onun əyalətlərdəki valisinin dəftərxanası idi.Dəftərxana başçısı tuğrayi adlanırdı.

Mühüm idarələrdən biri də “hərbi idarə ” idi. Bu idarə hərbi iqtalara nəzarət edirdi.

Dövlət idarələrindən biri də poçt idi və rabitə xidmətlərini yerinə yetirirdi.

Eldənizlər dövlətinin ərazisi inzibati cəhətdən əyalətlərə bölünürdü. Əyalətlər vali tərəfindən idarə olunurdu. Əyalətdəki mülki və hərbi işlərə vali rəhbərlik edirdi.

İri şəhərlər naiblər tərəfindən idarə olunurdu. Şəhərdəki mənsəb sahiblərindən biri də vergi və rüsumları toplamaq, bazarlarda ticarət qaydalarının gözlənilməsinə nəzarət etmək işi ilə məşğul olan darğalar idi.

XI-XII əsrlərdə ġərqin ən inkişaf etmiş əkinçilik ölkələrindən biri olan Azərbaycanda mövcud torpaq mülkiyyəti formaları -divani (soltan, dövlət), tac və ya xass, iqta, vəqf, mülk, camaat (icma) əvvəlkindən çox fərqlənmirdi.

Dövlət (divani) torpaq sahələrinin başqa torpaq mülkiyyəti növləri, ilk növbədə şərtli torpaq payları (iqta) hesabına X yüzildən başlanan azalma meyli XIXII əsrlərdə xeyli güclənir. Bununla yanaşı iqtanın irsi torpaq mülkünə çevrilməsi meyli də artırdı.

Tac və ya xass torpaqları səlcuq soltanları və Azərbaycan atabəylərinin ixtiyarında idi. Xass torpaqlarını yerli hakim sülalələrin qadın və qızları ilə kəsilən nikahlar nəticəsində də əldə etmək olurdu.

Dini müəssisələrin xeyrinə verilən ianələr vəqf adlanırdı. Vəqfləri ianəçilərin təyin etdikləri mütəvəllilər - hamilər idarə edirdilər. Nəzir və qurbanlıq əmlakları da vəqf adlanırdı. Gəlirləri məscid, məqbərə, mədrəsə, zaviyə, xanəgah və digər ictimai tikintilərin və onlarla əlaqəsi olan adamların saxlanılmasına sərf edilən mülklər də dini ianələr idi.

Xüsusi torpaq mülkiyyəti (mülk) onun sahibinin şərtsiz mülkü idi. O, bu torpağı sata, irsən ötürə, bağışlaya və ianə verə bilərdi. Bundan başqa su kanalları, kəhrizlər və s. də onun əlində idi. Mülkə sahib olmaq heç bir xidməti borcla bağlı deyildi. Müsəlmanın daĢınmaz əmlakı, o cümlədən mülkü ancaq o halda müsadirə edilə bilərdi ki, mülkün sahibi dönük çıxıb, kafirlərin yanına qaçsın. Mülk torpaqları üzərinə uşr (onda bir) adlanan kiçik vergi qoyulurdu. Lakin mülklərin bəziləri vergilərdən azad olunurdu. Satış zamanı belə mülklər daha baha qiymətləndirilirdi.

Səlcuqların tabeliyində olan başqa yerlərdə olduğu kimi, Azərbaycanda da bu dövrdə iqta mülkiyyəti forması üstünlük təşkil edirdi. Lakin ərəb işğalından sonrakı dövrdə iqta hər hansı ərazinin idarə altına verilməsini bildirirdisə, sonralar feodal mülkiyyət formalarının inkişafı ilə əlaqədar onun məzmunu dəyişir. Səlcuq hakimiyyəti illərində iqtanın xüsusilə qoşun başçılarına xidmət haqqı kimi paylanması geniş vüsət alır. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanır, iqta sahibinin (iqtadarın) dəstəsində olan döyüşçülərin sayı müəyyənləşdirilirdi.

XII əsrdə Azərbaycanda feodal dövlətin yaranması müsbət hadisə idi. Ölkə daxilində sabitliyin və əmin–amanlığın bərqərar edilməsi məhsuldar qüvvələrin inkişafına və təsərrüfatın bütün sahələrinin canlanmasına və mədəniyyətin çiçəklən-məsinə təkan verdi.

XII əsr əbəs yerə Azərbaycan mədəniyyətinin “qızıl dövrü “ adlandırılmır. Bu İntibah dövrü xalqımız üçün ona görə qiymətlidir ki, N.Gəncəvi və onun müa-sirlərinin - ədəbiyyat, incəsənət və elmimizin böyük dühasının yaşadığı dövrdür. XII əsr həm də Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, memarlığın böyük sü-rətlə inkişaf etdiyi dövrdür.

30 ilə qədər astronomiya ilə məşğul olmuş və bir sıra ulduz cədvəllərini tərtib etmiş Fəridəddin Şirvani çox məşhur idi. XII əsrdə təbabətə dair çoxlu elmi əsərlər yazılmışdır. Bunlardan Muzhəbəddin Təbrizi və Mahmud İbn İlyas bir çox xəstəliklərin müalicəsi, əczaçılıq və sair haqqında gərəkli elmi əsərlər yazmışlar.

Tarix, fəlsəfə, nücum, məntiq sahəsində həmin dövrdə çoxlu elmi əsərlər yazılmışdır. Məsələn Fəxrəddin ət Təbrizi ilk dəfə “Tarixi –Azərbaycan “ adlı elmi əsər yazmışdır. Tarixə aid Səlcuqların vəziri olmuş Nizamülmülkün də dəyərli əsərləri vardır. Memarlıq sahəsində xüsusi Azərbaycan məktəbi formalaşmışdı. Əcəmi Naxçıvaninin tikdiyi İbn Quseyr və Möminə Xatun türbələri memarlığın ən gözəl nümunələri hesab edilir. Məşhur Qız Qalası da mülahizələrə görə XII əsrin yadigarıdır. XII əsrdə daha çox ədəbiyyat sahəsində böyük sıçrayış olmuşdur. XII əsr Azərbaycan xalqına Xaqani, Şirvani, Mücirəddin Beyləqani, Şihabəddin Sührəvərdi, Yusif əl Xuveyyi (Xoylu)kimi görkəmli şəxsiyyətləri vetmişdir.

Qətran Təbrizi fars dilində yazsada, əsərlərində azərbaycan –türk sözlərindən daha çox istifadə etmişdir. Şer-sənətin günəşi sayılan Nizani Gəncəvi çox geniş intel¬lektual səviyyəyə malik, özündən sonrakı nəsl üçün şer məktəbi qoyub getmiş simalar¬dandır. Onun “Xəmsə”si şer sənətinin zirvəsində dayanan poemalar top-lusudur. XII əsr incəsənətin çiçəkləndiyi dövr sayılır. Bədii sənətkarlıq ustaları oyma, həkketmə, xalçaçılıq və tətbiqi incəsənətin digər sahələrində çox işlər görmüş¬lər. Musiqi sahəsində xanəndələr, sazəndələr, rəqqasələr, aşıqlar, ozanlar və sair xa¬dimlər xalqa xidmət edirdilər.

Təbriz, Gəncə, Naxçıvan, Marağa, Xoy, Beyləqan, Ərdəbil və Şamaxı kimi mühüm şəhərlər yalnız A zərbaycan miqyasında deyil, bütün Yaxın ġərq miqyasında əhəmiyyətli toxuculuq mərkəzləri idi. Orta əsr sənətkarlığının bütün sahələrinin mövcud olduğu Təbrizdə atlas, zərxara, kişi paltarı üçün yüksək keyfiyyətli parça, qızılı və gümüşü iĢləməli, üstündə zoomorfik və nəbati ornamentləri olan rəngbərəng ağır ipək parçalar və bez, eləcə də iplik və ipək saplar, zər parçalar üçün zər baftalar istehsalı xüsusi əhəmiyyət kəsb etmişdi.

Böyük tələbata görə, Azərbaycanda XI-XII əsrlərdə müxtəlif növ dəri və dəri məmulatlarının istehsalı ilə bağlı olan sənətkarlıq geniş yayılmışdı; bunların içərisində tumacdan və yumşaq dəridən müxtəlif forma və fasonlu ayaqqabılar, yəhər və yüyənlər, dəri ayaqaltılar, kəmərlər, xəzlər vardı.

Metalişləmə sənəti, xüsusən də onun başlıca sahəsi olan dəmir emalı əvvəlki dövrlə müqayisədə daha yüksək səviyyəyə qalxmışdı.

Bu dövrdə şüşə istehsalında da mühüm irəliləyiş baş vermişdi. Şüşə məmulatları həm forma, həm də tərtibat baxımından daha mükəmməlləşmişdilər.

Ağacişləmə sənətinin bir çox sahələrinin inkişafı xeyli dərəcədə şəhərlərdə tikinti işlərinin yüksəlişi ilə bağlı idi.

Ticarət yolları A zərbaycanı nəinki qonşu ġərq ölkələri, eləcə də bir çox uzaq ölkələr - Hindistan, Orta Asiya və hətta Çinlə bağlayırdı. Bakı, Şamaxı və Beyləqanda aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılan çini qab-qacaq qırıqları və başqa tapıntılar da bunu sübut edir.

Beynəlxalq ticarət magistralı rolunu oynayan Dərbənd və Volqa-Xəzər tranzit yolları bu dövrdə də fəaliyyətlərini davam etdirirdilər. Bu yollar vasitəsi ilə Volqaboyu şəhərləri, Rusiya, Polşa və digər Avropa ölkələri ilə əlaqə saxlanılırdı. Yerli tacirlər kimi o ölkələrin də tacirləri çoxlu qiymətli xəzlər, şallar, xalçalar, gözəl corablar və s. gətirir, mallarını çox vaxt bu ətraflarda, həmçinin ən iri qul alveri yeri olan Dərbənd bazarında satırdılar.

XI-XII əsrlərdə, qonşu ġərq ölkələrində olduğu kimi, Azərbaycanın pul dövriyyəsində də əsas yeri mis pul - fəls tuturdu.

Səlcuq yürüşləri nəticəsində bəzi şəhərlərin dağılması, köçəri təsərrüfatın isə genişlənməsi Azərbaycanda şəhər həyatının ümumi inkişaf meylinin qarşısını ala bilmədi. Şəhərlərin sahəsinin artması ilə yanaşı, onların sosial-iqtisadi strukturunda da müəyyən dəyişikliklər baş verdi.

Gəncə, Təbriz, Naxçıvan, Marağa, Ərdəbil, Dərbənd, Şamaxı, Bakı və Beyləqan bu dövrün iri ticarət-sənətkarlıq mərkəzləri idi.

Lakin, XI – XII əsrlərdə Azərbaycan şəhərlərinin inkişafı qeyri – bərabər şəkildə baş verirdi. Arasıkəsilməz feodal ara çəkişmələri və müharibələri bu və ya digər şəhərlərin xeyli dağılmasına səbəb olur, şəhər həyatının inkişaf sürətini ləngidirdi. Belə vəziyyət xüsusən də XII əsrin sonu, XIII əsrin əvvəlləri üçün səciyyəvi idi. Feodal pərakəndəliyinin güclənməsi və Eldənizlərin hakimiyyətinin zəiflənməsi ilə əlaqədar xarici hücumlar, xüsusilə gürcü hökmdarının və xarəzmşah Cəlaləddin qoşunlarının basqınları tez- tez baş verməyə başladı.

Dövlət quruluşu və idarə sistemi. Hülakülər dövlətinin ərazisi vilayətlərə, onlar isə öz növbəsində tümənlərə bölünmüşdü. Azərbaycan müstəqil vilayət kimi 9 tümənə ayrılmışdı və onların hər biri ölkənin iri şəhərlərindən birinin adı ilə (məsələn, Təbriz tüməni, Naxçıvan tüməni və s.) adlanırdı. Vilayətlərin idarəsi isə hakimlərə həvalə edilmişdi.

Hülakulara (ümumiyyətlə, monqollara) məxsus olan dövlət quruluşu və idarə sistemi Azərbaycanda qərarlaşmış yerli dövlət quruluşu və idarə sistemi ilə çulğaşmışdı. Ölkədə yerli əhaliyə və köçəri monqollara məxsus olan sistemlərin qarşılıqlı təsiri nəticəsində tədricən vahid, təkmilləşmiş idarə sistemi meydana gəlmişdi.

Hülakular dövlətində ölkənin ali orqanı qurultay hesab olunurdu. Dövlətin başçısı elxan (və ya sultan) himayəsində olan ərazinin, əhalinin mütləq hakimi idi və onun səlahiyyəti məhdudlaşdırılmırdı. Hülakular taxt-tacına sahiblik irsi idi.

Elxanilər dövlətində bütün ordu tümənlərə (onminliklərə) ayrılırdı. Tümənlərə onminbaşılar başçılıq edirdilər. Tümənlər minliklərə, minliklər yüzlüklərə, yüzlüklər isə onluqlara bölünürdü. Minliklərə minbaşılar, yüzlüklərə yüzbaşılar, onluqlara onbaşılar rəhbərlik edirdilər.

XIII-XIV əsrlərdə Azərbaycanda Yarğu və şəriət məhkəmələri fəaliyyət göstərirdi. Ölkənin dini işlərinin idarəsi baş ruhani təşkilatının sərəncamında idi. Dini məhkəmələr öz fəaliyyətlərində müstəqil olub, yalnız baş qazıya və elxanın özünə tabe idi.

Kənd təsərrüfatı və aqrar münasibətlər. Monqol zülmü Azərbaycanda təsərrüfat həyatını dərin tənəzzülə uğratmışdı. XIII əsrin 60-cı illərindən XIV əsrin 50-ci illərinədək Azərbaycanın torpaqları Hülaku və Qızıl Orda hərbi qüvvələri arasında geniş miqyaslı müharibə meydanına çevrilmiş, ölkənin iqtisadiyyatına ciddi zərbə dəymişdi. Dağılmış şəhər və kəndlər uzun müddət xarabazarlıq halında qalmışdır. Kənd təsərrüfatı, sənətkarlıq, ticarətin inkişafı ləngimişdi. XIII-XIV əsrlərdə Azərbaycanda köçəri maldarlıqla məşğul olan əhalinin sayının gəlmə türk-monqol tayfaları hesabına kəskin şəkildə artması ölkənin müxtəlif vilayətlərində əkinçiliyin tərəqqisinə maneçilik törədirdi. Vaxtilə iri ticarət-sənətkarlıq mərkəzləri kimi tanınmış şəhərlərin aqrarlaşmasına, tənəzzülünə səbəb olmuşdu. Beyləqan, Şiz, Xalxal, Miyanə və digər başqa şəhərlər kəndlərə çevrilmişdi.

Əkinçiliyin əsas inkişaf etmiş sahəsi taxılçılıq olmuşdur. Buğda və darı əkilmiş sahələr ölkənin bütün vilayətlərini əhatə edirdi. Pambıqçılıq Naxçıvan, Beyləqan, Marağa, Mərənd vilayətlərində, Kür çayının aşağı axarında yerləşən bölgələrdə inkişaf etmişdi.

Təbriz, Xoy, Naxçıvan, Marağa, Bərdə, Meşkin, Ordubad, Xoy, Səlmas və başqa vilayətlər mühüm bağçılıq və üzümçülük bölgələri idi.

XIV əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatında baş vermiş nisbi yüksəlişə baxmayaraq, kənd təsərrüfatı istehsalının həcmi XIII əsrin əvvəllərindəki səviyyəyə çatmadı.

Maldarlıq əsasən iki formada inkişaf etmişdi. Köçəri maldarlar Muğanın, Arranın və Cənubi Azərbaycanın çöl bölgələrində qışlayır, yazda və yayda isə dağlıq ərazilərə köçürdülər.

Kənd təsərrüfatının monqol işğalları dövründə inkişaf etmiş yeganə sahəsi heyvandarlıq idi. Qoyunçuluq, atçılıq və iş heyvanlarının yetişdirilməsi heyvandarlığın mühüm sahələri idi. Azərbaycan atları xüsusi şöhrət qazanmışdı. Marko Polo yazırdı ki, “burada xeyli əla at vardır, bu atlar Hindistana satılmaq üçün aparılır, onlar çox bahadır”.

XIII-XIV əsrlərdə Azərbaycanda torpaq mülkiyyətinin əvvəllər də mövcud olmuş aşağıdakı formaları vardı: 1) dövlət torpaqları - divani; 2) hakim sülaləyə məxsus olan torpaq mülkləri - xassə, Hülakular dövründə isə incu və yaxud xass incu; 3) mülklər; 4) dini idarələrə və xeyriyyə təşkilatlarına məxsus olan vəqf torpaqları; 5) iqta torpaqları (dövlətə qulluq müqabilində verilmiş, çox zaman irsi səciyyə daşıyan torpaq sahələri); 6) camaat - icma torpaqları.

Vergi və mükəlləfiyyətlər. XIII əsrin 30-50-ci illərində monqolların tətbiq etdiyi ağır vergi siyasət nəticəsində ölkə iqtisadiyyatına güclü zərbə dəymişdi.

XIII-XIV əsrlərin mənbələrinin verdiyi məlumatlardan məlum olur ki, bu dövrdə əhalidən dövlət və feodalların mənafeyinə 45 adda müxtəlif vergi və mükəlləfiyyət tələb edilirdi. Əhalinin istifadə etdiyi torpağın müqabilində alınan əsas vergi xərac idi. Basqaqlar tərəfindən toplanan xərac ildə iki dəfə yığılırdı: ilin əvvəlində bu vergi əsasən pulla, məhsul yığımı dövründə isə pul və məhsulla ödənilirdi.

Hülakülər dövründə tətbiq olunan ağır vergilərdən biri də qopçur (monqol dilində "otlaq" mənasına gəlir) idi. Bu vergini əvvəllər köçəri maldarlar ödəyirdilər (hər 100 baş mal-qaradan 1 baş heyvan alınırdı). Sonralar isə qopçur can vergisinə çevrilərək şəhər və kəndlərin oturaq əhalisinə də şamil edildi.

Çingiz xanın dövründən etibarən şəhər sənətkarlarından, ticarətdən alınan vergilər tamğa adlanırdı. Tamğa vergisi pulla ödənilirdi və onun məbləği çox yüksək idi. Ticarət karvanlarından yol haqqı - bac alınırdı. Bağlardan alınan xüsusi xərac bağbaşı adlanırdı.

Dövlət aparatının ayrı-ayrı zümrələrinin maddi cəhətdən təmin olunması üçün şəhər və kənd əhalisindən müxtəlif vergilər alınırdı. Tərx adlanan mükəlləfiyyət əhali üçün ağır idi. Bu mükəlləfiyyətə əsasən əhali dövlət anbarlarında yığılıb qalmış izafı kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən yüksək qiymətə almalı olurdu.

Sənətkarlıq. XIII-XIV əsrlərdə sənətkarlığın ən geniş yayılmış sahələrindən biri toxuculuq idi. Toxuculuqda pambıq və ipək parçaların istehsalı mühüm yer tuturdu. Toxuculuq başlıca olaraq Təbriz, Gəncə, Naxçıvan, Xoy, Beyləqan və Ərdəbil şəhərlərində inkişaf etmişdi.

XIII əsrin sonu - XIV əsrin əvvəllərində Təbrizdə bir sıra iri sənətkarlıq emalatxanaları (karxanalar) təşkil edildi. Bu karxanalarda monqol xanlarının tələbatını ödəyən bahalı ipək parçalar hazırlanırdı. Ərdəbildə zolaqlı və alabəzək parçalar, Bərzənddə ipək örtüklər, Şəmkirdə yun paltar hazırlanır, Qəbələdə xam ipək istehsal olunurdu. XIII əsrin 70-ci illərində Azərbaycanda olmuş Marko Polo Şirvanı nəzərdə tutaraq qeyd edirdi ki, “burada xeyli ipək var, zərli və ipək parçalar hazırlanır, belə gözəl parçalara heç bir yerdə təsadüf etməzsiniz”. Azərbaycan sənətinin mühüm və geniş yayılmış növlərindən biri xalçaçılıq idi. Azərbaycan xalçaları ölkənin hüdudlarından kənarda da məşhur idi.

Metalişləmə sənəti, mis və mis-bürünc məmulatının, əsasən məişət təyinatlı qab-qacağın istehsalı metalişləmə sənətinin iri sahələrindən olmuşdur. Təbriz, Gəncə-Naxçıvan, Xoy, Şəmkir şəhərləri monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzləri idi.

XIV əsrin əvvəllərindən etibarən Təbriz şəhəri keramika məmulatı istehsalı sahəsində yüksək inkişaf səviyyəsinə çatdı, Ərdəbil də dulusçuluq istehsalının mərkəzlərindən biri idi. Burada iri dulusçuluq emalatxanaları vardı.

Azərbaycan sənətkarlığında dəri məmulatı istehsalı mühüm yer tuturdu. Təbriz və Marağa nəinki Azərbaycanda, habelə bütün Yaxın və Orta şərqdə dəri məmulatı istehsalının başlıca mərkəzləri idi.

Sənətkarlar, xırda tacirlər ictimai mənafelərinin müdafiə olunması üçün dini ictimai-siyasi təşkilatlar (əxi-qardaşlıq) və peşə təşkilatları yaratmışdılar.

Ticarət və pul dövriyyəsi. XIII əsrin əvvəllərində Azərbaycanın monqol-tatarlar tərəfindən işğalı kənd təsərrüfatı və sənətkarlıqda olduğu kimi, ticarət həyatına də ağır zərbə vurdu. XIII-XIV əsrlərdə Azərbaycan Çin, Hindistan, İran, İraq, Misir, Gürcüstan, Dağıstan, Rusiya və Avropa ölkələri ilə ticarət əlaqələri saxlayırdı. Azərbaycan xarici ölkələrə xam ipək, yun və pambıq, neft, duz, qızılı boya, zəfəran, ədviyyat, şabalıd, düyü, zoğal, badam, müxtəlif növdən olan zərif parçalar, xalça, mis, ağac və saxsı məmulatı ixrac edirdi. Xarici ölkələrdən isə Azərbaycana nəfis ipək və zəri, pambıq parçalar, fil sümüyü, metal məmulatı, boya, ədviyyat, dərman, mal-qara, xəz və s. idxal edilirdi.

XIII-XIV əsrlərdə Hülakular dövlətinin əhatə etdiyi ərazidən keçən ticarət yollarının bir sıra mühüm qolları Azərbaycan ərazisindən keçirdi. Əsas şimal yolu Təbrizdən və Mərənddən keçərək Araz çayı sahillərinə qədər çatırdı. Azərbaycanın cənub əyalətlərindən keçən ticarət yolları əsasən iki məntəqədən - Həmədandan və Sultaniyyədən başlanırdı.

XIII əsrin sonlarında ticarət də müəyyən qədər canlanmışdı. Azərbaycanın Şərq və Avropa ilə geniş ticarət əlaqələri tədricən bərpa edilirdi. Ən mühüm ticarət yollarında karvansaralar tikilirdi. XIII-XIV əsrlərdə Qərblə Şərq arasındakı ticarətdə Venetsiyalı və Genuyalı tacirlər böyük rol oynayırdılar. Onlar Azərbaycana xəz, kətan, mahud, qalay gətirir, buradan isə ipək, ədviyyat, daş-qaş və sair aparırdılar. Ticarətdə Təbriz şəhəri əsas rol oynayırdı. Elxanilər dövründə Təbriz çox böyümüşdü. Lakin digər şəhərlər monqolların vurduqları ziyan nəticəsində uzun müddət dirçələ bilmədi. Məsələn Gəncə, Beyləqan və s.

Hülakülər dövründə ən yüksək pul vahidi tümən, qızıl və gümüş balış hesab olunurdu. Dinar, fəls, gümüş dirhəm daha az dəyərə malik idi. Elxani hökmdarı Əhmədin hakimiyyəti dövründə (1282-1284) sikkələrin dəyərinin aşağı enməsi ilə əlaqədar Elxanilər dövləti maliyyə böhranına məruz qaldı və dövlət xəzinəsi boşaldı. 1294-cü ildə Keyxatu xanın əmri ilə Elxanilər dövlətində yaranmış maliyyə böhranını aradan qaldırmaq məqsədilə Təbrizdə kağız pul “çao” buraxılmasına başlansada maliyyə vəziyyəti əksinə daha da pisləşdi.

Şəhərlər. Monqol-tatar işğalları Ərdəbil, Beyləqan, Gəncə, Marağa, Naxçıvan, Şamaxı, Xoy, Səlmas, Sərab, Şəmkir, Bərdə və Ucan şəhərlərini dağıntılara məruz qoymuşdu. Bununla yanaşı Elxanilər saray, mədrəsə, rəsədxana, şəhərləri inşa etməyə meyil göstərirdilər. 1290-cı ildə Təbrizin ətrafında Arquniyyə (Qazan xanın hakimiyyəti dövründə Şənbi-Qazan adlandı) adlanan böyük bir şəhərin əsası qoyuldu.

Qazan xanın islahatlarından sonra şəhər həyatının canlanma, iqtisadiyyatda müəyyən dirçəlişi ozünü göstərmişdi. XIII əsrin birinci yarısında Təbriz, Marağa, Naxçıvan, Ucan, Urmiya, Xoy, Səlmas və Sərab şəhərləri xeyli inkişaf etmişdi. Mənbələrin məlumatına görə Təbrizdə 200 min ev, 1 milyona yaxın əhali yaşayırdı. Elxanilərin vəziri olmuş Fəzlullah Rəşidəddin XIV əsrin əvvəllərində Təbrizdə "Rəbi-Rəşidi" şəhərciyi və "Darüş-Şəfa ("Şəfa evi") adlı elmi mərkəz təsis etmişdi. "Rəbi-Rəşidi" tədris, tibb, elmi müəssisələri, o cümlədən rəsədxananı birləşdirən bütöv bir şəhərcik idi.

XIII əsrin sonu XIV əsrin əvvəllərində Sultaniyyə şəhəri və Qazan xanın göstərişi ilə Xəzər dənizi sahilində, Kürün mənsəbində Mahmudabad şəhəri salınmışdı.

İri və orta şəhərlərin əhalisi əsasən sənətkarlardan və tacirlərdən ibarət olsa da kəndlilərdə az deyildi.

Maarif və elm. Monqol işğalı Azərbaycanın mədəniyyətinə də böyük ziyan vuraraq bir müddət elm, mədəniyyət və incəsənətin inkişafını ləngitdi. İşğalçılar əsarətə alınmış xalqların əsrlərdən bəri yaratdıqları mədəniyyət xəzinələrini dağıdıb məhv edirdilər. Lakin bütün bunlara baxmayaraq monqolların dövründə də Azərbaycan şərqin ən mühüm mədəni mərkəzlərindən biri olmuşdur.

İbtidai təhsil müəssisəsi "məktəb", orta təhsil müəssisəsi isə "mədrəsə" adlanırdı. İk təhsilini 15 yaşına çatanadək məktəbdə alan şagirdlər, sonra isə mədrəsəyə qəbul olunurdular.

Həmin dövrdə riyaziyyat, astronomiya, fəlsəfə, tarix və başqa elm sahələrində görkəmli alimlər yetişmişdi. Azərbaycanın məhşur riyaziyyatçısı Ubeyd Təbrizi “Risalətül-hesab” (Hesab kitabı), filosoflardan Mahmud Şəbustəri “Gülşəni-raz” (Sirlər gülşəni) və “Səadətnamə” kimi qiymətli elmi əsərlər yazmışlar.

Görkəmli alim Nəsrəddin Tusinin (1201-1274) rəhbərliyi ilə 1259-cu ildə açılmış Marağa rəsədxanası və eləcə də XIV əsrin əvvəlində Şam-Qazanda (Təbrizdə) tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzinə çevrilmişdi. Burada dünyanın bir çox ölkələrindən görkəmli alimlər çalışırdılar. Nəsrəddin Tusi “Zic Elxani” (Elxani cədvəlləri), “Əxlaqi Nasir” kimi əsərlərin də müəllifidir. Onun əsərləri şərqlə yanaşı Avropada da həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır.

Təbabətin inkişafında mühüm naiyyətlər əldə olunmuşdu. XIV əsrin əvvələrində Təbrizdə “Dar-üş Şəfa” (Şəfa evi) yaradılmışdı.

XIII-XIV əsrlər “Şərq tarixşünaslığının qızıl dövrü” hesab olunur. Tarixçilərdən Fəzlullah Rəşidəddin “Came ət təvarix” (tarixlər toplusu), Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstül Əl-Kitab” (qanunlar kitabı) əsərləri dövrün siyasi, ictimai, iqtisadi tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Gəncəli Kirakos, Nizaməddin Şami, Əhməd ibn Məhəmməd və başqaları da məşhur tarixçi alimlər idilər.

Coğrafiya sahəsini inkişaf etdirmiş alimlərdən Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin və Əbdürrəşid Bakuvinin adlarını göstərmək olar.

Musiqi sahəsində Səfiəddin Urməvinnin və Əbdülqadir Marağayinin xidmətləri çox böyük olmuşdur. Səfiəddin Urməvinnin “Dövlət kitabı” əsərində musiqi nəzəriyyəsinə və not sənətinə aid qiyməli fikirlər söyləmişdir. O, not yazısının banisi sayılır. Səfiəddin Urməvi hətta bir neçə klassik muğam yaratmışdır.

Ədəbiyyat. XIII-XV əsrlər saray ədəbiyyatının, qəsidə şerinin nisbətən zəiflədiyi bir dövr kimi qiymətləndirilir. Bununla yanaşı Seyid Zülfüqar Şirvani, Arif Ərdəbili kimi şairlər saray şerinin ənənələrini yaşadırdılar.

Dövrün görkəmli şairlərindən olan Zülfüqar Şirvaninin (1192-XIV əsrin əvvəli) qəsidə, qəzəl, qitə və rübailərdən ibarət olan böyük divanı (1345-ci il) Sankt-Peterburqda, M.E.Saltıkov-Şedrin adına Dövlət Kütləvi Kitabxanasının əlyazmalar şöbəsində saxlanılır.

Arif Ərdəbilinin (1345-1373) "Fərhadnamə" və Əssar Təbrizinin "Mehr və Müştəri" adlı poemaları dövrün keyfiyyətləri əsərlərindəndir.

Azərbaycan-türk dilinin əhəmiyyətinin artması ilə əlaqədar olaraq bu dildə yazılan əsrlərin sayı da çoxalmışdı. Türk dili dövlət dili səviyyəsinə qaldırıldı. Tarixçi Məhəmməd Naxçıvani qeyd edir ki, mühüm dövlət sənədləri əhaliyə 3 dildə -türk, ərəb və fars dillərində çatdırılırdı. XIII əsrdən Əli adlı bir şair tərəfindən yazılmış "Qisseyi-Yusif' adlı əsər Azərbaycan dilinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan dilində yazan şairlərdən biri də İzzəddin Həsənoğlu idi. O, Azərbaycanca olan şeirlərində "Həsənoğlu", farsca olan şeirlərində isə "Puri-Həsən" təxəllüsünü işlətmişdir. Onun Azərbaycan dilində yazılmış “Divani” böyük şöhrət tapmışdır.

Övhədi Marağainın yazdığı, “Dəhnamə” (on məktub) poeması Azərbaycan şairlərinin əsərləri içərisində xüsusilə seçilirdi. Poemada feodalların amansız zülmü və ruhanilərin ziyanlığı ifşa olunurdu.

Bu dövrdə Azərbaycanda elmin və ədəbiyyatın inkişafı ilə əlaqədar husn-xətt sənəti geniş yayılmışdı. Bütün kitabları xəttatlar gözəl xətlərlə yazıb köçürürdülər. Dövrün ən görkəmli xəttatlarından biri Mübarəkşah Zərrinqərı olmuşdur.

Memarlıq. Göstərilən dövrdə memarlıq daha da inkişaf etmişdi. Abşeronda, Naxçıvanda, Şirvanda, Təbrizdə memarlığın gözəl abidələri-qalalar, qullələr, məqbərələr, məscidlər, karvansaralar və s. indidə qalmaqdadır. Mərdəkan, Nardaran, Ramana qalaları, Naxçıvanın Cuğa kəndi yaxınlığında Gülüstan türbəsi, 1305-1313-cü illərdə Sultaniyyədə Olcaytu Xudabəndə türbəsi, 1322-ci ildə Bərdə türbəsi, XIV əsrin əvvəlində Təbrizdə Əlişah məscidi (sonralar Ərk qalası adını aldı), Naxçıvanın Qarabağlar memarlıq kompleksləri həmin dövrdə inşa edilmiş memarlıq nümunələridir.

Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Hülakülər dövründə baxmayaraq ki işğalçılar Azərbaycan mədəniyyətinin və elminin inkişafını ləngidir, maneçilik göstərirdilər, lakin xalq öz mədəniyyətini qoruyub saxlayır və inkişaf etdirirdi.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin