Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə35/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   76
FF tarix

Monqollann üçüncü yürüsü, Azərbaycan Hülakü dövlətinin mərkəzi kimu Böyük Monqol xaqanı Münkə xan Orta Şərq ölkələrində möhkəmlənmək və monqol istilasını tamamlamaq üçün qardaşı Hülakü xanı böyük ordu ilə yürüşə yolladı. Hülakü xan 1256-cı ildə Azərbaycan və Aranı ələ keçirdi. 1258-ci ildə Təbrizdən yürüşə çıxaraq Bağdadı tutdu və Xəlifə Mötəsimi qılıncdan keçirərək Abbasi xilafətinin varlığına son qoydu. Hülakü xan Amudərya çayından Aralıq dənizinə, İran körfəzindən Dərbəndədək böyük ərazini qılınc gücünə öz hakimiyyəti altında birləşdirərək beşinci monqol ulusunu - Hülakülər dövlətini yaratdı. Hülakü dövlətinin əsas mərkəzi - metropoliyası Azərbaycan idi. Dövlətin yarandığı 1258-ci ildə ilk paytaxtı Marağa, 1259-cu ildə Azərbaycanın baş şəhəri Təbriz olmuşdur. Hülakü elxanlarının sarayı, dövlətin inzibati, hərbi - siyasi idarəetmə orqanları, xəzinəsi və vergi idarələri Təbrizdə yerləşirdi. Hülakülərin yay iqamətgahı Qarabağda, qış iqamətgahı isə Muğanda idi. Maraqlıdır ki, Səlcuqlular dönəmində türk dövlətlərində rəsmi dil ərəb və fars dilləri idisə, Hülakülər dövründə türk dili dövlət dili mövqeyini qazanmışdı. O dövrdə yaşamış görkəmli alimimiz Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər dövlətində mühüm sənədlər türk, ərəb və fars dillərində yazılırdı və fərmanlar azərbaycanlılara türk dilində çatdırılırdı. Təsadüfi deyil ki, XIII - XIV əsrlərdə Azərbaycanın və onun şimal hissəsi olan Aranın əhalisinin böyük çoxluğu türklərdən ibarət idi. XIII əsr mənbələrində təkcə Aranda yüz min türk atlısının olduğu bildirilmişdir, Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi Hülakü xanın baş məsləhətçisi, Hülakü xanın oğlu Abaqa xanın vəziri olmuş və hər iki elxanın dövründə ölkəmizin idarə edilməsi işlərinə güclü şəkildə təsir göstərmişdi.

Güclü və mərkəzləşmiş idarə orqanları yarada bilən Hülakü xan köçəri əyanlara arxalanırdı, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrə və tamnmış əmirlərə tapşırmışdı. Oturaq əhalini ağır vergi sisteminə cəlb edən Hülakü xan yerli Azərbaycan əyanlarını sıxışdırmağa çalışırdı. Abaqa xanın hakimiyyətinin (1265-1282) sonlarında köçəri əyanların hakimiyyət uğrunda mübarizəsi və daxili çəkişmələr Arqun xanın ölümündən (1291) sonra daha da gücləndi. 1295-ci ildə Qarabağda Hülakülər dövlətinin başçısı elan edilən Qazan xan (1295-1304) köçəri əyanların üsyan və çıxışlarını yatıraraq mərkəzi hakimiyyəti gücləndirdi. 1295-ci ildə Hülakulər taxtına Qazan xan (1295-1304) yiyələndi. O, öz siyasətində digər Hülakü hökmdarlarından fərqli olaraq yerli feodallarla əlaqənin möhkəmlənməsi siyasəti yeridirdi. Bu məqsədlə Qazan xan islam dinini qəbul edərək onu yenidən dövlət dini elan etdi və Mahmud adı götürdü. Halbuki ona qədərki Hülakü hökmdarları bütpərəstliyi yaymaq məqsədilə islama qarşı ciddi mübarizə apardılar. Onalrın apardığı dini siyasəti yerli əhali ilə gəlmələr arasında ziddiyyətin artmasına, ölkənin daxili və xarici vəziyyətinin gərginləşməsinə gətirib çıxarırdı. Qazan xanın göstərişi ilə ilk dövrdə inşa edilmiş bütxanalar, kilsələr, yəhudi məbədləri (sinaqoqlar) dağıdıldı və onların yerində məscidlər tikildi. Köçəri monqol əyanları ona qarşı çıxsalar da o yerli feodallara arxalanaraq narazılıqları yatıra bildi. Mərkəzi hakimiyyəti möhkəmləndirməyə nail oldu. Ölkədə nisbətən sabit vəziyyət yarandı.

Qazan xan dövlət xəzinəsinə gəlirlərin davamlı axınını təmin etmək, monqol əyanlarının özbaşınalığına son qoymaq, əhalidən vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılmaq, əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədilə islahatlar keçirdi. Qazan xanın islahatlarının həyata keçirilməsində onun vəziri olmuş tarixçi Fəzlullah Rəşidəddinin xüsusi rolu olmuşdur. Bu islahatlar torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrini əhatə edirdi.

Torpaq islahatına görə monqol qoşununda qulluq edənlərə iqta adlanan torpaq sahələrinin verilməsi nəzərdə tutulurdu. 1303-cü ildə verilmiş qanuna görə kəndlilərin bir yerdən başqa yerə getməsi qadağan edildi, kəndli torpağa təhkim olundu. Bayrat torpaqların (istifadəsiz qalmış torpaqlar) sahibləri müəyyənləşdirildi, becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı.

Vergi islahatına əsasən vergilərin növləri, həcmi, toplanma vaxtı dəqiq müəyyənləşdirildi. Qeyri-qanuni vergilər ləğv edildi, hər bir kənd və ya şəhərin ödəyəcəyi vergi məbləği lövhələrə həkk olundu. Vergilər pulla və ya natura ilə toplana bilərdi. Vergi toplanması mərkəzi divana həvalə olundu və vilayət hakimlərinin bu işə müdaxiləsinin qarşısı alındı.

Ölkədəki qanunsuzluqların, özbaşınalığın, rüşvətxorluğun qarşısını almaq məqsədilə məhkəmə islahatı keçirildi. Şəhər, mahal, kənd və s. qazılarının səlahiyyətləri müəyyənləşdirildi. Lakin bu islahat tam olaraq həyata keçirilə bilmədi.

Rabitə islahatı vahid rabitə sisteminin yaradılması üçün nəzərdə tutulmuşdu. Əsas yollarda hər üç fərsəxdən (təxminən 20 km) bir rabitə dayanacaqları-yamlar qoyuldu. Rabitə xidməti üçün əhalidən vəsait yığılması qadağan edildi. Bu islahat iki il müddətinə həyata keçirildi.

Ticarət islahatı nəticəsində isə vahid pul sistemi yarandı, çəki və ölçü vahidləri sabitləşdi.

Qazan xanın islahatları Azərbaycanda şəhər həyatının müəyyən dirçəlişinə, ticarətin və iqtisadiyyatın canlanmasına yardım etdi.

Qazan xanın qardaşı Məhəmməd Ulcaytunun dövründə də (1304-1316) bu sabitlik pozulmadı, mərkəzi hakimiyyəti daha da qüvvətləndi. Lakin 12 yaşlı Əbu Səidin hakimiyyətə gəlməsilə (1316-1335) feodal araçəkişmələri yenidən qızışdı. Faktiki olaraq hakimiyyətin Sulduzilər nəslindən olan Əmir Çobanın əlində cəmlənməsi bir çox feodalların narazılığına səbəb oldu. Azərbaycandakı gərgin daxili vəziyyətdən istifadə edən qonşu dövlətlər Hülakulara qarşı mübarizəyə qalxdılar. 1318, 1319, 1320, 1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Sultan Əbu Səid Baş əmir Çobanın köməyi ilə həmin qiyamları yatıra bildi. Sultaniyyə yaxınlığında döyüşdə isə Əbu Səidə üsyançıları məğlub etdiyinə görə “Bahadır” ləqəbi verildi. Xarici düşmənlərə qarşı mübarizə ciddi şəkil aldı və 1319-1325-ci illərdə Qızıl Orda dövlətinə təşkil olunan yürüşlərdə müvəffəqiyyət əldə edildi. Sultan Əbu Səid 1328-ci ildə Əmir Çobanı və bir neçə oğlunu öldürtdürərək Çobanilərin nüfuzundan xilas ola bildi.

Qazan xanın qardaşı Sultan Olcaytunun dövründə (1304-1316) mərkəzi hakimiyyət xeyli möhkəmləndirilsə də, on iki yaşlı Əbu Səidin dövründə (1316-1335) əslində dövlətin idarəsi baş əmir Çobanın ixtiyarına keçdi.

1343-cü ildə Hülakülər dövlətində hakimiyyətə gəlmiş Çobani Məlik Əşrəfin dövründə xalqımız tam bir zülm və dəhşətli qorxu içində yaşamağa məhkum edilmişdi. Tarixçi Əbubəkr əl Qütbi əl Əhərinin Çobani nəslinin Vətənimiz Azərbaycana gətirdiyi bəlalar haqqında yazdıqları oxuyanları dəhşətə gətirir. Tarixçi yazırdı: “1344-cü il: Çobanilər Təbrizə gəldilər və zülmün əsasını qoydular, 1345-ci il: Məlik Əşrəf Təbrizə gəlib oturdu və zülm bayrağını göylərə qaldırdı, 1346-cı il: ölkədə üç şey bol idi: zülm, bahalıq və vəba... Məlik Əşrəf 100 min ac qurdu Azərbaycan və Aranın canına saldı. Onlar istədiklərini etdilər. Əhali cana doydu və Vətənini tərk edib qonşu ölkələrə səpələndi.” Mənbələrdə Məlik Əşrəfin Azərbaycandan 400 dəvə və min qatır yükünə bərabər sərvət toplaması və on yeddi yerdə xəzinə saxlaması haqqında məlumatlar vardır.Hülakü dövləti yaranandan sonra Çingiz xanın vəsiyyətini əsas gətirən Qızıl Orda dövləti onlardan qoparılmış Azərbaycan kimi zəngin ölkənin itirilməsi ilə heç cürə barışa bilmirdilər. Çingiz xanın oğlu Cuciyə məxsus dördüncü ulusun - Qızıl Ordanın ərazisinin bir hissəsinin qopanlaraq beşinci ulusa - Hülakü dövlətinə çevrilməsi bu iki nəhəng güc arasında bir əsrə qədər davam edən müharibəyə səbəb oldu və aparılan savaşlar Azərbaycana böyük fəlakətlər gətirdi. Şəhərlərimiz, kəndlərimiz dağıdılıb qarət edilir və əhalimiz qınlırdı. Qızıl Ordanın 1263, 1265,1288 - 1290, 1335-ci il yürüşləri ona uğur gətirmədi. Çobani Məlik Əşrəfin Hülakü ulusunu çapıb - talaması və soyğunçuluq siyasəti ölkəmizi hərbi - siyasi və iqtisadi cəhətdən tamamilə gücdən salmışdı. Məlik Əşrəfin zülmündən baş götürüb Qızıl Ordaya qaçmış din xadimi Bərdəli Mövlana Məhiyəddm Saray Bərkə şəhərində məsciddə vaizlik edirdi. Qızıl Orda hökmdan Canı bəyin məscidə gəlməsindən istifadə edən Mövlana Çobani Məlik Əşrəfin Azərbaycan xalqına etdiyi zülmdən elə danışdı ki, böyük hökmdar Cam bəy ağlamaqdan özünü saxlaya bilmədi və dərhal qoşun hazırlamağı əmr etdi. Canı bəy Azərbaycema gələndə. Şirvanşah qoşunu da ona qoşuldu. 1357-ci ildə Təbrizə daxil olan müttəfiqlər Azərbaycanda Çobani ağalığına son qoydular və Hülakü dövləti tarixin səhnəsindən silindi. Bu hadisə Azərbaycanın şimalında Şirvanşahlann müstəqil- ləşməsinə şərait yaratdı. Hülakü dövlət sistemində Şirvanşahlar öz titullarım saxlasalar da, bu formal xarakter daşıyırdı. Çünki mərkəzi hökumət onlann səlahiyyətlərini o dərəcədə məhdudlaşdırmışdı ki, Şirvan əhalisindən vergiləri belə, monqol baskakları toplayırdı.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin