Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Osmanlı və Avropa dövlətləri ilə münasibətlər



Yüklə 457,4 Kb.
səhifə43/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   76
FF tarix

Osmanlı və Avropa dövlətləri ilə münasibətlər

Sultan Həsən Bayandurlunun dövründə xarici siyasətdə Osmanlı və Avropa dövlətləri ilə münasibətlər əsas yer tuturdu. Şərqdə geniş işğallara başlayan Osmanlı dövləti ilə münasibətlər kəskin xarakter almışdı. Strateji bölgələr və Qərb - Şərq ticarət yollanna nəzarət üstündə bu iki türk dövlətinin mənafeləri kəskin şəkildə toqquşurdu. Üstəlik, Osmanlı sultam II Mehmet Fateh Azərbaycandakı ipək istehsalı mərkəzlərini ələ keçirmək istəyirdi. Həsən padşah Osmanlı dövlətinin bu addımlarımn qarşısmı almaq, Avropa ölkələri ilə birbaşa ticarət qurmaq və ordusunu müasir odlu silahlarla və toplarla təmin etmək üçün fəal xarici siyasət yürüdürdü. Mənafe ümumiliyinə görə Osmanlıya düşmən olan Avropa dövlətləri Həsən padşaha özlərinin təbii müttəfiqi kimi baxırdılar. Osmanlı ilə münasibətlərin kəskinləşməsinə əsas səbəb Həsən sultan hələ Diyarbəkr hakimi olanda ortaya çıxan Trabzon məsələsi olmuşdu. Qara dəniz sahillərində yerləşən Trabzon - Yunan imperatorluğu Azərbaycan tacirləri üçün Qara dənizə əsas çıxış olmaqla yanaşı, həm də Azərbaycanın Osmanlıya qarşı hərbi - strateji baxımdan müttəfiqi idi. Eyni zamanda Həsən padşah Trabzon imperatorunun qızı Teodora (Dəspinə xatun) ilə evlənmişdi. 1461-ci ildə Trabzon uğrunda Həsən Bayandurlu ilə II Mehmet arasında Qoyluhisar döyüşü baş vermiş və Osmanlılar məğlub olmuşdular. Sultan Həsənin anası Sara xatun bir diplomat kimi Osmanlılarla aparılan danışıqlarda savaşın dayandırılmasına nail olmuş və bu məsələ ilə bağlı 1461-ci ildə Yassıçəməndə sülh sazişi bağlanmışdı. Nəticədə Diyarbəkr bəyliyi Osmanlı ilə böyük müharibə təhlükəsindən xilas olsa da, Trabzonu Osmanlı işğalından xilas etmək mümkün olmamışdı. Sara xatunun “Trabzon nədir ki, sultan böyük bir ordu ilə əziyyətə qatlaşıb yola çıxır?” - sualına Mehmet Fateh belə cavab vermişdi: ^^Əlimizdəki qılınc İslamın qılıncıdır. Məqsəd qala fəth etmək deyil, bu yeri müsəlmanlara Vətən yapmaqdır. Bu yolda nə qədər əziyyət çəksək yenə azdır.’’

1461-ci il oktyabr ayının 26-da II Mehmet Trabzon imperatorluğunun fəthini başa çatdırdı. Trabzon xəzinəsində olan ən dəyərli nə varsa. Sultan Sara xatuna ərmağan etdi. Trabzonun süqutu ilə Həsən padşah Qara dənizə yeganə çıxış yolunu və hərbi - strateji müttəfiqini itirdi. Eyni zamanda Osmanlı dövləti ilə münasibətlər daha da kəskinləşdi.1468-ci ildə Təbrizdə hakimiyyətə yiyələnərək böyük Azərbaycan dövlətinin başçısı olan Bayandurlu Sultan Həsənin Avropa siyasəti müasir odlu silahlar və toplar almaqla yanaşı, başlıca olaraq Osmanlıya qarşı müttəfiq axtarışına yönəlmişdi. Geniş diplomatik fəaliyyətin nəticəsində AzərbaycanlaVenesiya Respublikası, Vatikan, Neapol krallığı, Macarıstan və Kipr arasında Osmanlıya qarşı hərbi ittifaq və birgə müharibə planı hazırlanmışdı. Plana görə Sultan Həsənin qoşunları Aralıq dənizi sahillərinə çıxmalı, Avropadan göndərilən odlu silahı və artilleriyanı qəbul etdikdən sonra müttəfiqlərin İstanbula birgə yürüşü başlamalı idi. 1472-ci ilin yazında həmin plana uyğun olaraq Sultan Həsən Osmanlı üzərinə yürüşə başladı. O, Qeysəriyyə yaxınlığında Osmanlı ordusunu məğlubiyyətə uğradıb. Aralıq dənizi sahillərinə yetişsə də. Avropalı müttəfiqləri gəlib çıxmadılar. Beyşehir savaşında məğlubiyyətə uğrayan Sultan Həsən geri qayıtmalı oldu. Beləliklə, onun Avropadan odlu silah almaq və müttəfiqləri ilə Aralıq dənizi sahilində birləşmək planı xristian dövlətlərinin xəyanəti nəticəsində boşa çıxdı. 1472-ci ildə Sultan Həsənlə Osmanlıya qarşı hərbi ittifaq bağlayan Venesiya Respublikası müttəfiqinə kömək etmək əvəzinə, Osmanlı sarayında Misir və Suriyadan keçən quru yollarda ticarət imtiyazlan qazanmaq üçün gizli danışıqlar aparırdı. Maraqlıdır ki, Venesiya Senatı yalnız 1473-cü ilin yanvar ayında Azərbaycana odlu silah göndərmək haqqmda qərar qəbul etmişdi. Sultan Həsən 1473-cü ilin yanvarında Osmanlı ilə yeni savaşa başladı. 1473- cü ilin avqust ayının 1-də baş vermiş Malatya döyüşündə Sultan Həsən hərbi sərkərdəlik bacarığı və taktikası nəticəsində qalib gəlsə də, avqustun 11-də Tərcan (Otluqbeli) döyüşündə Osmanlı tərəfindən ağır məğlubiyyətə uğradıldı. 1472 - 1473-cü illər savaşında məğlubiyyətimizin əsas səbəbi Osmanlı ordusunun güclü artilleriya və odlu silaha malik olması. Avropadakı müttəfiqlərin xəyanəti, Misir və Suriyada Osmanlıya qarşı çıxan qüvvələrdən istifadə edilməməsi idi. Buna baxmayaraq. Osmanlının Şərqə doğru işğallarının qarşısı alındı və II Mehmetin Azərbaycanı ələ keçirmək planı boşa çıxdı. Bundan sonra. Sultan Həsən ayrı-ayrı Avropa ölkələrinin Osmanlıya qarşı birlikdə savaşmaq təkliflərini qulaqardına vurur və Avropa elçilərinin onun sarayında uzun müddət qalıb. Osmanlıya qarşı müəyyən "zərərli” fəaliyyət göstərməsinə imkan vermirdi. O, Avropa diplomatiyasının iki türk dövlətini qarşı - qarşıya qoyub, hər ikisini zəiflətmək siyasətini artıq yaxşı dərk etmişdi.

Sultan Həsən hərbi - köçəri əyanların mərkəzdənqaçma meyllərinin təzahürü kimi 1474-cü ildə Şirazda baş vermiş qiyamı yatırmaq üçün böyük hərbi qüvvə sərf etməli oldu. Qiyamın rəhbəri olan oğlu Uğurlu Məhəmməd qaçıb Osmanlı sarayına sığınaraq II Mehmetin qızı ilə evlənmişdi. Sultan Həsən tarixi müsəlman türk torpaqları olan Tiflisin və ümumiyyətlə Şərqi Gürcüstanın dövlətimizin tərkibinə daxil edilməsinə xüsusi diqqət yetirirdi. 1474 - 1477-ci illərdə, mənbədə deyildiyi kimi, “İslamın qalib gəlməsi və dinimizin güclənməsi naminə işığın bayrağım küfrün qaranlıq ölkəsinə yönəldərək kafir qalalanm dağıtmaq, cəhalət və dinsizliyin kökünü kəsmək üçün Gürcüstan üzərinə müqəddəs yürüşə (cihada) yollandı.” Nəticədə Tiflis də daxil olmaqla. Şərqi Gürcüstan Azərbaycan dövlətinin tərkibinə daxil edildi.Sultan Həsənin dövründə Moskva knyazlığı və Qızıl Orda dövləti ilə də iqtisadi və diplomtik əlaqələr saxlanılırdı. Qızıl Orda dövləti danışıqlar yolu ilə Təbriz sarayından öz cənub sərhədlərinin təhlükəsizliyinə təminat almışdı. Bu müsəlman və türk dövləti ilə yaxşı münasibətlərini daha üstün tutan Sultan Həsən 1475-ci ildə Moskva knyazı III İvanm Qızıl Ordaya qarşı ittifaq bağlamaq haqqında təklifini rədd etmiş və rus elçisini geri göndərmişdi.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin