Şirvanşah I İbrahim.Çobani və Cəlairi hakimiyyəti dövründə Şirvanşah Huşəngin yeritdiyi yarıtmaz siyasət, xalqın dinc həyatının pozulması və Cəlairilərdən asılılıq Şirvanda üsyana səbəb olmuş və Şirvanşah Huşəng öldürülmüşdü. Nəticədə 1382-ci ildə Şirvanşahlar sülaləsinin Dərbənd qolundan olan İbrahim taxta çıxarılmışdı. Beləliklə, Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyət dövrü (1382 - 1538) başlamışdı. Şirvanşah I İbrahim (1382 - 1417) Teymur və Toxtamış arasında bölgə uğrunda gedən amansız rəqabətdən Vətənimiz Azərbaycanın şimal torpaqlarını böyük dağıntılardan xilas etmək və Şirvan taxt - tacım qoruyub saxlamaq üçün istifadə etməyə çalışırdı. Əmir Teymurun birinci yürüşü başlayanda öz baş vəzirindən “nə edək?”- sualına belə cavab almışdı: “Görünür qaçıb dağda gizlənməkdən başqa çarəmiz qalmamışdır. ” Ancaq I İbrahim ilk öncə Şamaxıda Teymurun adma xütbə oxutdurdu, pul kəsdirdi və hədiyyələrlə Qarabağda onun görüşünə getdi. Bu görüşün böyük tarixi əhəmiyyəti oldu. Teymur onu Şirvanın hakimi kimi tanıdı, şimal sərhədlərinin təhlükəsizliyinin qorunması kimi mühüm vəzifəni də ona həvalə etdi. Bu addımla Əmir Teymur Toxtamışa qarşı mübarizədə sədaqətli müttəfiq, I İbrahim isə Əmir Teymur kimi güclü dayaq qazandı. I İbrahim bu yolla Şirvanşahlığın ərazisinin toxunulmazlığına nail oldu, ölkəsinin iqtisadiyyatını və əhalisinin asayişini qoruyub saxlaya bildi. Tarixi sənədlərin təhlili göstərir ki. Əmir Teymurla Şirvanşah arasında vassallıq münasibətlərindən daha çox müttəfiqlik olmuşdur. Çünki Şirvanşahlığın Əmir Teymura bir vassal kimi bac ödəməsi haqqında tarixdə heç bir məlumata rast gəlinmir. I İbrahimə çox böyük rəğbətlə yanaşan Əmir Teymur hətta ayrıca bir fərmanla (qızıl yasa) övladlanna da Şirvanşahın və onun varislərinin hakimiyyətini qoruyub saxlamağı tapşırmışdı. Maraqlıdır ki, Əmir Teymur I İbrahimə övladlanndan başqa bir kimsəyə layiq bilmədiyi “oğlum” - deyə müraciət edirdi. Öz dikbaşlığı və özbaşına qərarlar verməsi ilə tanınan Miranşah (onu Şərqdə “ilanşah” adlandırırdılar.) atasının böyük müttəfiqi olan Şeyx İbrahimlə yola getməsə də, heç zaman onunla münasibətləri pozmağa cəsarət etmirdi.
1 İbrahim 1387-ci ildə Miranşahla, 1395-ci ildə isə Teymurla birlikdə Toxtamışa qarşı yürüşlərdə öz qoşunu ilə iştirak etmiş və qələbə nəticəsində əsas düşməni olan Toxtamış sıradan çıxanimışdı. I İbrahim Əmir Teymurun 1399 - 1402-ci illərdə Osmanlı Sultam Bəyazid üzərinə Kiçik Asiya yürüşlərində də iştirak etmişdi. 1 İbrahimin Cənubi Qafqaz bölgəsində böyük siyasi nüfuza sahib olması və yeganə liderə çevrilməsi onunla sübut olunur ki. Əmir Teymur Əlincə qalasının müdafiəsində ona qarşı vuruşan Seydi Əlinin oğlu Seydi Əhmədi I İbrahimin xahişi ilə Şəki vilayətinə hakim təyin etmişdi. O, Əmir Teymurun əsas düşmənlərindən biri olan Gürcü çarı VII Georginin bağışlanmasına da nail olmuş və Əmir Teymur onu öz vassalı kimi tanımışdı.
Şirvanşah I İbrahim əlverişli tarixi şəraitdən bacanqla istifadə edərək Gəncəni və Qarabağı öz şahlığına birləşdirmişdi. Teymurun ölümünə qədər onunla müttəfiqliyə sadiq qalan I İbrahim Teymur öləndən sonra siyasətini dərhal dəyişmişdi. O, 1405-ci ildə öz müttəfiqləri ilə Teymuri Ömərin qoşununu Kür çayı sahilindəki döyüşdə məğlubiyyətə uğratmışdı. 1406-cı ildə Təbriz əhalisinin Teymurilərə qarşı üsyanından istifadə edərək Təbrizə daxil olmuş və əhali onu hörmətlə qarşılayaraq Təbriz hakimi kimi tammışdı. Lakin Cəlairi Sultan Əhməd və Baharlı Qara Yusifin Təbrizə yaxınlaşması xəbərini alıb, şəhəri tərk etmişdi.
Dostları ilə paylaş: |