Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə47/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   76
FF tarix

Səfəvilərin Ərdəbil hakimliyi. Səfəvilər sülaləsinin yüksəlişi XIII əsrə təsadüf edir. Həmin dövrdə kəndli və sənətkarlar arasında sufi (təsəvvür, sirr, müəamma anlamlı dini-fəlsəfi təlim) dərviş təriqəti yarandı. Bu təriqətin yüksəlişi Şeyx Səfiəddinin (1252-1334) adı ilə bağlıdır. Sufi dərviş təriqəti əsasən Ərdəbil və onun ətraf yerlərində yayılır və bu yerlərin əhalisi Səfəvilərin müridləri sayılırdılar. Artıq XV əsrdə təriqətin təkcə Azərbaycanda deyil, Rumda, Farsda, İraqda, Gilanda da ardıcılları meydana gəlir.

Görkəmli rus tarixçisi Petruşevski Səfəvilərin tarixini 4 dövrə bölür:

1-ci dövr XIII əsrin sonlarından 1447-ci ilə qədər-bu dövrdə səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başcılıq edirdilər:

2-ci dövr: 1447-1501-ci illər - bu dövrdə Səfəvilər artıq müstəqil ruhani feodalları kimi fəaliyyət göstərərək, Azərbaycanın siyasi həyatında mühüm rol oynayırdılar:

3-cü dövr: 1501-1587-ci illər-bu dövrdə Səfəvilərin hakimiyyəti yaranır, möhkəmlənir və onlar ölkənin həyatında mühüm rol oynayırlar:

4-cü dövr: 1587-1736-cı illər-bu dövrdə isə Səfəvilər dövlətinin mahiyyətinin dəyişilməsi dövrü sayılır. Paytaxt Təbrizdən İsfahana köçürülür. Bu bölgü əsasında Səfəvilərin Ərdəbil hakimiyyəti dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə qədər qəbul olunur.

Şeyx Səfiəddin və ondan sonrakı Səfəvilərin görkəmli başçıları Şeyx Səfiəddin Musa (1334-1392), Şeyx Xacə Əli (1392-1427), Şeyx İbrahim (1427-1447) müxtəlif vədlərlə xalq kütlələrini öz tərəfinə çəkməyə çalışır və hakimiyyət uğrunda mübarizə aparırdılar. XV əsrin ortalarından başlayaraq isə Səfəvilər daha fəal siyasət yeritməyə başlayır və Ərdəbildə öz mövqelərini möhkəmləndirirlər. Çox çəkmir ki, Muğan, Qarabağ və Azərbaycanın Talış dağlarına qədər olan şərq torpaqları Səfəvilərin təsiri altına düşdü.

Bu vaxt Azərbaycanın cənubunda Qaraqoyunlu Cahanşah hökmranlıq edirdi. 1447-ci ildə Ərdəbil hakimi olan Şeyx Cüneyd (1447-1460) Qaraqoyunlularla düşmənçilik siyasəti yeridirdi. Qaraqoyunluların rəqibi olan ağqoyunlu Uzun Həsənlə ittifaqa girən Seyx Cüneyd müstəqil fəaliyyətə başlayır. O, 1460-cı ilin martın 3-də Dağıstana və Şirvana yürüş etdi. Samur çayı sahilində Şirvanşah I Xəlilullah qaraqoyunlu Cahanşahla ittifaqa girərək Səfəvilərin qarşısını kəsir və burada böyük toqquşma olur. Döyüş Səfəvilərin məğlubiyyəti və Şeyx Cüneydin ölümü ilə nəticələnir. Onun oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirirdi. O, dayısı Uzun Həsənin qızı ilə evlənərək, atasının ağqoyunlularla yaratdığı ittifaqı daha da möhkəmləndirdi. Şeyx Heydərin səfəvi döyüşçüləri başlarına 12 imamın şərəfinə on iki zolaqlı çalma bağlayırdılar və buradan “qızılbaşlar” termini yaranmışdır.

Şeyx Heydər qaynı Ağqoyunlu Sultan Yaqubla razılaşdıqdan sonra 1483, 1487-ci illərdə Şirvana və Dağıstana yürüşlər edir. Lakin, onun uğurlu yürüşləri Sultan Yaqubu narahat etdiyindən 1488-ci ildə Şeyx Heydərin Şirvana növbəti hücumü zamanı Sultan Yaqub Şirvanşah hökmdarı Fərrux Yasara kömək etdi. Həmin il iyunun 9-da Şahdağın ətəyində Tabasaran yaxınlığında birləşmiş ağqoyunlu və şirvan qoşunları ilə Səfəvilər üz-üzə gəlirlər. Qanlı döyüş nəticəsində hər iki tərəf xeyli itki verdi və Şeyx Heydər öldürüldü.

Beləliklə, XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri baş tutmadı. Səfəvilərin Ərdəbil hakimiyyətləri zəiflədi. Şeyx Heydərin oğlanları Sultanəli, İbrahim və İsmayıl Agqoyunlu Sultan Yaqub tərəfindən əsir alınır. Onlar Sultan Yaqubun bacısı Aləmşahbəyimin övladları idilər. Onlar Şiraz yaxınlığında İstəxr qalasına salınmış və dörd il yarım orada əsirlikdə qalmışdılar. Ağqoyunlu padşahı Rüstəm Mirzə hakimiyyətə gələrkən qardaşları 1492-ci il-də əsirlikdən azad edir. Lakin Sultanəli öz dədə-baba hakimiyyətini (Ərdəbil) bərpa etmək məqsədilə hazırlığa başlayır və 1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsi adlı yerdə döyüşə Ağqoyunlu Rüstəm Mirzənin qoşunu döyüşə girsədə məğlub olur, Sultanəli həlak olur. Ağqoyunlular Ərdəbili və Səfəvilərin digər mülklərini ələ keçirirlər. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olaraq Səfəvilərin çoxunu qılıncdan keçirir. Lakin qızılbaş əmirləri İsmayılı xilas edə bilirlər. Uzun təqiblərdən sonra İsmayıl Lahicana gəlir və 6 ilə yaxın orada yaşıyır.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin