Azərbaycan dövləti Qara Yusif Baharlı və onun varislərinin hakimiyyəti dövründə (1410 - 1468-ci illər)
Azərbaycanın XV əsr tarixi qədimdən Azərbaycanda yaşayan oğuz türk boylarından olub, tariximizdə daha çox Baharlı və Bayandurlu kimi tanınan iki böyük nəslin siyasi hakimiyyət uğrunda mübarizəyə qoşularaq uğur qazanması, yarı türk, yan monqol dövləti kimi tanınmış Hülakülərdən sonra Azərbaycanda tam bir türk dövlətçiliyinin bərpa olunması və inkişaf etdirilməsi ilə əlamətdardır, özlərini türk və ya türkmən (mən türkəm deməkdir - Red.) adlandıran bu iki nəslin kökü bir olub. Oğuz xana gedib çıxır. Bu boylann bir - birinə çox yaxın qohum olması Əbu Bəkr Tehraninin “Kitabi Diyarbəkriyyə” əsərində verilmiş məlumatlarla bir daha təsdiqlənir. 1406-cı ildə Qara (Böyük) Yusif Baharlı ilə Qara Yuluq Osman Bayandurlu arasında tərəflərdən heç birinin üstün gələ bilmədiyi Mardin döyüşündən sonra sülh sazişi bağlayan Qara Yusif Qara Yuluq Osmana belə müraciət etmişdi: ^'Biz hər ikimiz türkmənik (türkük) və bundan sonra bir - birimizə qarşı vuruşmamalıyıq. Daha düzgün və məqsədə uyğun olardı ki, sən, düşmənlərimiz olan Şam (Suriya) və Rum (Osmanlı) üzərinə get, mən isə Cığataylann (Teymurilərin) üstünə gedim.’'
Hələ XIV əsrdə Hülakü dövlətini idarə edən Çobanilərlə Cəlairilər arasında Azərbaycan taxtı uğrunda mübarizə gedərkən Van gölü ətrafında və Ərcişdə yığcam şəkildə yaşayan Baharlı oymağına Bayram Xoca rəhbərlik edirdi. O, Şərqi və Cənub - Şərqi Anadolunun üç bölgəsində öz hakimiyyətini qurmuşdu və 1380-ci ildə onun ölümü ilə yerinə keçən oğlu Qara Məhəmmədin dövründə (1380 - 1389) mərkəzi Van şəhəri olan bu türk bəyliyinin siyasi fəaliyyət dairəsinə Azərbaycan da daxil edilmişdi. Qara Məhəmməd 1387-ci ildə Çapaqçur döyüşündə əmir Teymuru məğlubiyyətə uğratmış və bir il sonra Təbriz şəhərinə yiyələnmişdi. 1389-cu ildə Van hakimliyinin başına keçən Qara Yusif Sultan Əhməd Cəlairi ilə birlikdə Əmir Teymura qarşı mübarizəyə başlasa da, 1394-cü il Bağdad döyüşündə məğlubiyyətə uğramışdı. Qara Yusif (1389 - 1420) Sultan Əhmədlə birlikdə əvvəl Osmanlı dövlətinə sığınsa da, 1402-ci il Ankara döyüşündən sonra Misir məmlük dövlətinə pənah aparmışdı. Misir sultanı Fərəc Teymurun təhdidi ilə Sultan Əhməd və Qara Yusifi həbsxanaya saldırmışdı. Həbsxanada müttəfiqlər “əbədi dostluğa” and içərək azad olandan sonra Azərbaycanın Yusifə çatacağı. Ərəb İraqının isə Sultan Əhmədə qalacağı ilə bağlı razılığa gəlmişdilər. Sultan Əhməd Yusifin yenicə doğulmuş oğlu Pirbudağı “oğulluğa” götürmüşdü. 1405-ci ildə Teymurun ölümündən sonra həbsdən azad edilən Sultan Əhməd Bağdadda, Qara Yusif isə Van şəhərində hərbi qüvvə toplayaraq Təbrizə yürüş etməyə qərar vermişdilər. Ancaq andlaşmanı pozan Sultan Əhməd 1406-cı ildə Təbrizə daxil olmuşdu. Əhaliyə zülm edən Sultan Əhməd Teymuri Əbu Bəkrin yeni hücumu qarşısında şəhəri tərk etmişdi.Azərbaycan taxtı uğrunda çox böyük əzmlə siyasi mübarizəyə qoşulan Qara Yusif 1406-cı ildə Naxçıvana doğru irəliləyərək Araz çayı sahilində Əbu Bəkrin ordusunu darmadağın etmiş və 1408-ci ildə Sərdrud adlı yerdə baş vermiş həlledici döyüşdə Teymuri Miranşahı məğlubiyyətə uğratmışdı. Nəticədə Teymurilər ölkədən qovulmuş və Azərbaycanın cənub torpaqları Qara Yusif Baharlının hakimiyyəti altına keçmişdi. 1408-ci ildə öz adına pul (təngə) kəsdirən Yusifin əsas məqsədi bütün Azərbaycan torpaqlarını birləşdirməkdən ibarət idi. 1409-cu ildə Şəki və Şirvana qoşun göndərən Yusifin bu cəhdləri uğursuz olmuşdu. 1410-cu ildə Qara Yusifin Təbriz yaxınlığında Şənbi - Qazan adlı yerdə keçmiş müttəfiqi Sultan Əhməd Cəlairinin qoşunlarını darmadağın etmişdi. Bu qələbə nəticəsində Sultan Əhməd Azərbaycanda və İraqda hakimiyyətin rəsmən Yusifin oğlu Pirbudağa verilməsi haqqında fərman imzalamağa məcbur olmuşdu. Beləliklə, paytaxtı Təbriz olan Azərbaycan dövləti 1410-cu ildən tarixdə daha çox Baharlı kimi tanınan sülalə tərəfindən idarə olunmağa başladı. Bu sülalənin hakimiyyəti 1468-ci ilədək davam etmişdir. Azərbaycanın Şirvanşahları çıxmaqla, bütün qalan torpaqları, Ərəb İraqı, Əcəm İraqı, Anadolunun şərq hissəsi dövlətimizin tərkibinə daxil idi. 1411-ci ildə Yusif Baharlı Təbrizdə böyük bir məclis keçirərək oğlu Pirbudağı sultan elan etmiş və dövlətin idarə işlərini onun vəkili kimi öz üzərinə götürmüşdü. Dövlətin rəsmi fərmanlarında “Sultan Pirbudaq xanın yarlığıdır. Yusif bahadır sözümüz*’ yazılırdı, təngə adlı pulların üzərində də Pirbudağın adı göstərilirdi. Ancaq real hakimiyyət Yusifin əlində idi. Qara Yusif mənbələrdə böyük bir hökmdar, cəsur bir savaşçı və sərkərdə kimi xatırlanır. O, yaxşı bir dövlət idarəçisi olmaqla yanaşı, xalqımızın dini inanclarına da çox böyük sayğı ilə yanaşırdı. Bu baxımdan Qara Yusifi monqol ağalığından sonrakı dövrün ilk böyük türk hakimi kimi qiymətləndirirlər. Hər zaman bir türk olmağı ilə qürur duymuş bu Azərbaycan hökmdarının qurduğu dövlətin saray və idarəetmə işlərində türk dili işlənməkdə idi. O, hətta Quranı türkcəyə tərcümə etdirmişdi və özü də bu müqəddəs kitabı türkcə oxuyurdu. Qara Yusif döyüşdə nə qədər amansız olsa da, dinc əhaliyə qarşı çox rəhmli idi. O, Gürcüstan bölgəsini hakimiyyəti altına alandan sonra buradakı xristian əhaliyə öz təbəəsi kimi hörmətlə yanaşması xristian mənbələrində dəfələrlə təsdiq edilmişdir.
Qara Yusif Şirvanşahlığın yeni yaratdığı dövlətdən kənarda qalması ilə heç cürə barışmaq istəmirdi. Şirvanşah I İbrahimin 1406-cı ildə iki aylıq Təbrizdə öz hakimiyyətini qurması. Sultan Əhməd Cəlairini qanuni hökmdar kimi tanıması və 1410-cu ildə oğlu Kəyumərsi Sultan Əhmədə köməyə göndərməsi onlar arasındakı münasibətləri savaş həddinə çatdırdı. Şirvanşah I İbrahim yaşının bu ahıl çağında Şirvanı heç kimə boyun əymədən idarə etmək fikrində idi. 1412-ci ilin dekabnnda Kür çayı sahilində baş vermiş döyüşdə Qara Yusif qalib gəlmiş, 60 yaşında olan İbrahim qardaşı və yeddi oğlu, eyni zamanda, müttəfiqləri Şəki hakimi Seydi Əhməd və Kaxet çan II Konstantin ilə birlikdə əsir düşmüşdü. Maraqlıdır ki, Qara Yusif Kaxet çarını 130 gürcü əyanı ilə birlikdə dərhal edam etdirmiş, Şirvanşahın bütün döyüşçülərini heç bir ödənc almadan əsirlikdən azad etmişdi. Təbriz əhalisinin topladığı kifayət qədər böyük məbləğdə - 1200 tümən pul ödəməklə sərbəst qalan I İbrahim Qara Yusifin Şirvan üzərində ali hakimiyyətini tanımağa məcbur olmuşdu. Əslində bu aslılıq formal xarakter daşıyırdı və I İbrahim ömrünün sonuna qədər Şirvanı müstəqil idarə etmişdi. I İbrahimin oğlu I Xəlilullah (1417 - 1462) taxta çıxan kimi Baharlılardan formal asılılığa son qoyaraq Teymurilərlə yaxınlaşmış və onlarla müttəfiqlik etməyə başlamışdı.
Teymurilər də Azərbaycana olan iddialarından əl çəkməmişdilər. Teymurun varisi Xorasan hakimi Sultan Şahrux 1420-ci ildə Azərbaycana hücum etmiş, bu zaman müttəfiqi Şirvanşah Xəlilullah da ona köməklik göstərmişdi.Teymurilərlə döyüşə qərar verən Qara Yusifin 1420-ci ildə qəflətən ölümü iri əmirlər arasında böyük qarışıqlıq yaratdı və Sultan Şahrux döyüşsüz Təbrizi ələ keçirdi. Atasının yerinə hakimiyyətə gələn Qara İsgəndər (1420-1435) 1421-ci ildə Alaşkerd yaxınlığında Teymurilərlə döyüşə girsə də, məğlub oldu. Şahrux Azərbaycanın idarəsini oğlanlarına təklif etdi, lakin Azərbaycan türklərindən ehtiyatlanan övladları bundan imtina etdilər. Şahrux Bayandurlu Əli bəyi Təbriz hakimi təyin edərək Azərbaycanı tərk etdi. Az sonra Qara İsgəndər Təbrizi geri qaytararaq yenidən Azərbaycanda öz hakimiyyətini bərpa etdi. Teymurilər Azərbaycanda qoşun saxlamadığından Qara İsgəndər əsas diqqətini Şahruxun müttəfiqi Şirvanşahlığa yönəltmiş, 1428-ci və 1434-cü illərdə Şirvana dağıdıcı yürüşlər etmişdi. Hər iki basqın zamanı Şahrux müttəfiqi I Xəlilullaha köməyə gəlmiş və İsgəndər məğlubiyyətə uğradılmışdı. 1435-ci il Təbriz məğlubiyyətindən sonra İsgəndər taxtdan salınmış və Şahruxun razılığı ilə hakimiyyətə Qara Yusifin digər oğlu Cahanşah (1435 - 1467) gəlmişdi. Cahanşahın hakimiyyət illəri Azərbaycanda nisbi siyasi sabitlik, iqtisadi və mədəni dirçəliş dövrü kimi göstərilir. Teymurilərin köməyi ilə hakimiyyətə gəlsə də, 1447-ci ildə sultan Şahruxun ölümündən sonra onlardan aslılığı qətiyyətlə rədd edən Cahanşah müstəqil hökmdar kimi öz adına xütbə oxutduraraq, pul kəsdirirdi. Şirvanşahlıqla münasibətlərdəki gərginliyi aradan qaldıran Cahanşah iqtisadi və hərbi islahat yolu ilə Azərbaycan dövlətini daha da gücləndirmişdi. Cahanşah atasından və qardaşından fərqli olaraq yaxşı təhsil almışdı və bilikli adam idi. Xarici siyasətdə və diplomatiyada tədbirli davranırdı. O, Azərbaycanda mədrəsələr açdırmış, dövlətimizin paytaxtı Təbrizdə möhtəşəm binalar tikdirmişdi. Təbrizdəki dünya şöhrətli Göy məscidin tikintisində çinidən və rəngarəng mərmərlərdən istifadə edilmişdir. Cahanşah sarayda təşkil etdiyi ədəbi məclislərə məşhur şair və ədibləri toplayır, özü də dövrünün tanınmış şairi olub. Həqiqi təxəllüsü ilə şeirlər yazırdı.
Cahanşah 1456-cı ildə Bağdadı da ələ keçirərək Ərəb İraqını və Farsı yenidən dövlətimizin tərkibinə qatmışdı. Cahanşah 1458-ci ildə Teymurilərə qarşı savaşa başlayaraq bu nəhəng imperatorluğun paytaxt şəhəri olan Heratı ələ keçirmişdi. 1459-cu ildə Teymuri hökmdarı Əbu Səidin xahişi ilə tutulan torpaqların bir hissəsinin, o cümlədən Heratın müəyyən təzminat əvəzinə geri qaytarılmasını nəzərdə tutan Herat müqaviləsi imzalanmışdı. Lakin Əbu Səid bu müqavilənin şərtlərinə əməl etməmişdi. Cahanşah Azərbaycanda və İraqda oğlanlarının qiyam qaldırması xəbərini alaraq geri qayıtmağa məcbur olmuşdu. Onun xarici siyasətində Teymurilər və Şirvanşahlıqla yanaşı, Osmanlı dövləti ilə münasibətlər də mühüm yer tuturdu.
Cahanşahm Teymurilərlə və o zaman Diyarbəkr hakimi olan Uzun Həsənlə düşmən münasibətdə olması Azərbaycanla Osmanlı dövləti arasında münasibətlərin daha da yaxşılaşmasına təkan verirdi. Osmanlı sultanı II Mehmet Macanstamn fəth olunduğunu dost Azərbaycan dövlətinin başçısı Cahanşaha böyük sevinclə xəbər vermişdi. Cahanşah isə Farsı, Əcəm İraqını ələ keçirməsi və Ərəb İraqında Bağdadı və digər qala və şəhərləri bir neçə gündə fəth etməsi, “Cığatay” tayfasının (Teymurilərin) toxumunun o diyardan kənar edilməsi münasibəti ilə II Mehmet Fatehə (1451 - 1481) məktub göndərmişdi. Sultan Fateh isə cavab məktubunda Azərbaycan hökmdarını bu qələbə münasibəti ilə təbrik etmişdi. Ümumi mənafe və eyni düşmənlərə qarşı birləşmək zərurəti bu iki dövlət arasında münasibətləri o dərəcədə yüksək səviyyəyə qaldırmışdı ki, II Mehmet Cahanşaha məktublarında ona “həzrəti ata” - deyə müraciət edirdi. II Mehmetin 1453-cü ildə İstanbulun fəthi münasibətilə Cahanşaha göndərdiyi məktubda bu şəhərin “İslam dininin gücü ilə” alındığından danışılır və "Osmanlı tərəfindən qazanılan fəthlərin Azərbaycanın da qazandığı fəthlər" kimi qiymətləndirilmişdi.
Cahanşahm hakimiyyətinin son dövrü daxili çəkişmələr, qiyamlar, iri əyanların özbaşınalıqlarına qarşı və Bayandurlu Həsənlə mübarizə şəraitində keçmişdir. 1467-ci il noyabrın 10-da Muş döyüşündə Bayandurlu Həsən tərəfindən məğlub edilərək öldürülən Cahanşahm yerinə taxta Həsənəli çıxdı. Həsənəli Qara Yusif nəslinin Azərbaycan taxtında son nümayəndəsi oldu.
Dostları ilə paylaş: |