Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə32/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   76
FF tarix

Tariximizdə oğuz - səlcuq dövrü

XI əsrin ortalarında Yaxın və Orta Şərqin siyasi xəritəsində və Cənubi Qafqazın sosial - iqtisadi və siyasi həyatında böyük dəyişiklik dövrü başladı. Bu dövr Azərbaycan türklərinin də mənsub olduğu Oğuz boylarından biri olan Səlcuqların adı ilə bağlıdır. Məşhur türk sərkərdəsi Səlcuq oğuz boylarından olan qınıq tayfasının başçısı olmuşdur. Oğuz-Səlcuq türkləri Mərkəzi Asiyada Sırdərya çayı ətrafındakı torpaqlarda yaşayırdılar və Oğuz dövlətində hərbi rəis vəzifəsini daşıyan Səlcuqla bağlı boylar X əsrdə islam dinini qəbul etmişdilər. Səlcuqun nəvəsi Toğrul bəy qardaşı Çağrı bəyi 1021-ci ildə müsəlman və türk dünyası üçün əsas təhlükə olan Bizans üzərinə yürüşə göndərmişdi. Bu yürüş zamanı Səlcuqlar Azərbaycanın Naxçıvan və Van ətrafı torpaqlarını öz nəzarətləri altına keçirmişdilər. Səlcuqlar Qəznəvilərin hakimiyyəti altında olan Xorasanda məskən saldıqdan sonra 1038-ci ildə burada Toğrul bəyin başçılığı altında Nişapur şəhəri paytaxt olmaqla yeni bir dövlətin əsasını qoydular. Toğrul bəy (1038 - 1063) 1040-cı ildə sultan elan olundu. Elə həmin ildə baş verən (1040-cı il) Dəndənəkan vuruşmasında Qəznəvi dövlətinin hərbi qüvvələrini darmadağın edən Səlcuqlar Mərv şəhərində keçirilən qurultayda Şərqdə və Qərbdə yeni işğallara başlamaq haqqında qərar qəbul etdilər. XI əsrin 40-cı illərində Azərbaycanın həm şimalında (Arranda), həm də cənubunda möhkəmlənən Səlcuqlar Azərbaycan türkləri ilə birləşərək dəfələrlə Bizansın başçılıq etdiyi xristian blokunu məğlubiyyətə uğratmışdılar. Şərqi Anadoluda yürüşə çıxan Səlcuq-Azərbaycan qoşunları 1048-ci ildə Bizans, erməni və gürcü qoşunlarını darmadağın etmişdilər. 1055-ci ildə Sultan Toğrulun qoşunları Bağdada daxil olub, bütün İraqı ələ keçirərək Abbasilər Xilafətini Səlcuqlardan asılı vəziyyətə saldılar. Sultan Toğrul Abbasi xəlifəsini bütün müsəlman dünyasının dini başçısı kimi tanıdı. Xəlifə isə onu bütün “Şərqin və Qərbin hökmdarı” elan etdi. Sultan Alp Arslanın (1063 - 1072) və Məlikşahın (1072 - 1092) hakimiyyətləri dövründə Oğuz - Səlcuq türkləri daha böyük və geniş ərazilərə yiyələnmişdilər. Böyük Səlcuq imperatorluğu Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə, İran körfəzindən Dərbənd keçidinədək olan çox böyük əraziləri əhatə edirdi. Azərbaycan torpaqlarını işğal etmək üçün hərəkətə keçən Bizans imperiyasının çoxsaylı ordusunu 26 avqust 1071-ci ildə məşhur Malazgird döyüşündə darmadağın edən və imperator Diogeni əsir alan Sultan Alp Arslan Azərbaycanı və Kiçik Asiyanı Bizansın hücum təhlükəsindən xilas etmişdi. Səlcuq yürüşləri dövründə bütün Azərbaycan torpaqları bir vahid mərkəzdən idarə olunmurdu. Araz çayından cənubdakı torpaqlarımız Rəwadilərin, şimal - şərq torpaqlarımız Şirvanşahların nəzarəti altında idi. Şimali Azərbaycanın digər hissəsi və Şərqi Anadolunun bəzi əraziləri Şəddadilər tərəfindən idarə edilirdi. Alp Arslanın Azərbaycandan uzaqlarda başının qarışmasından istifadə edən Gəncə hakimi III Fəzlin səlcuqlara vergi verməkdən boyun qaçırır. Sultanın Gəncə hakimini cəzalandırmağa ömrü çatmadı və 1072-ci ildə vəfat etdi. Hər üç sülalə Səlcuq yürüşlərinin əsas siyasi nəticəsi olaraq hakimiyyətdən salınmışdı. 1066-cı ildə Şirvanşahlıq da ələ keçiriləndən sonra bütün Azərbaycan torpaqlan Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil olmuşdu. Sultan Məlikşah ona sədaqətli olmayan və müstəqilliyə can atan hakimləri cəzalandırmaq məqsıdilə sərkərdəsi Buğanın başçılığı ilə 1088-ci ildə Azərbaycana qoşun göndərdi. Buğa Gəncəni aldı və Şəddadilərin sonuncu hakimi III Fəzluni əsir aldı. Sultan öz oğlu Məhəmmədi Gəncəyə hakim təyin etdi. Səlcuqların başçısı Məlikşah Şirvanşahları da cəzalandıraraq birdəfəlik 70 min dinar, hər il isə 40 min dinar xərac verməyə məcbur etdi.

Oğuz türkləri bütün Cənubi Qafqazda və Ön Asiyada əsas etno - siyasi qüvvə kimi çıxış edirdi. Qərbi Avropa dövlətlərinin müsəlman və Şərq ölkələrini işğal etmək üçün XI əsrin sonlannda başlatdıqları xaç yürüşlərinin qarşısının alınmasında da səlcuqlar mühüm rol oynadılar. Səlibçilərə sarsıdıcı zərbələr vuran Oğuz - Səlcuqlar Yaxın və Orta Şərqin siyasi xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər və Bizansın Cənubi Qafqazla, o cümlədən Azərbaycanla bağlı qəsbkarlıq plamnı puça çıxardılar. Nəticədə türk etnosunun və islam dininin Cənubi Qafqazda mövqeyi qəti şəkildə möhkəmləndi. Ancaq Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil olan torpaqlar və xalqlar daha çox silah gücünə tabe edildiyindən bütün bu ərazilərin vahid mərkəzdə uzun müddət ərzində birləşməsi və imperatorluğun mərkəzləşmiş dövlətə çevrilməsi mümkün olmadı. Sultan Məlikşahın mərkəzi hakimiyyəti möhkəmləndirmək cəhdləri nəticəsiz qaldı. Böyük Sultan Səncərin (1118 - 1157) hakimiyyəti dövründə imperatorluq artıq ayrı-ayrı müstəqil dövlətlərə parçalanmışdı. O sıradan Girman, Konya, Suriya, İraq səlcuq sultanlığı və Kiçik Asiyada kiçik əmirliklər yarandı. Azərbaycan həmin dövrdə İraq sultanlığına daxil idi. Həmin dövlətlər “hökmdar” mənasında işlənən Atabəylər tərəfindən idarə olunurdu. Belə dövlətlərdən biri də Atabəy Eldənizin idarə etdiyi qüdrətli Azərbaycan dövləti oldu.



Azərbaycan dövləti Eldənizlər sülaləsinin hakimiyyəti dövründə (1136 - 1225-ci illər)

Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğundan 1118-ci ildə ayrılan İraq Səlcuq sultanlığının tərkibində idi. Vətənimizin siyasi cəhətdən dirçəlişi, dövlətçiliyimizin bərpası və güclənməsi Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Şəmsəddin İraq Səlcuq sultanlarının sarayında adi qulamdan çox sürətlə yüksələrək nüfuzlu əmirlərdən birinə çevrilmişdi. Şəmsəddin saray əyanları içərisində at çapmaqda və ox atmaqda xüsusilə seçilirdi. Sarayda vəzifə pillələri ilə sürətlə yüksəlməsinin əsas səbəbi bir - birilə rəqabət aparan heç bir siyasi qruplaşmaya qoşulmaması idi. Sultan II Toğrul Şəmsəddini oğlu Arslan şahın atabəy i təyin etmiş, Naxçıvan və çevrəsini ona iqta olaraq bağışlamışdı. II Toğrul öləndən sonra taxta çıxan Sultan Məsud (1 135 - 1152) Eldənizi sultanın dul arvadı Möminə Xatuna evləndirmişdi. Şəmsəddin Eldənizin bu qadından Nüsrəddin Məhəmməd Cahan Pəhləvan, Müzəffərəddin Osman Qızıl Arslan adlı iki oğul övladı və bir qızı dünyaya gəlmişdi. 1136-cı ildə Sultan Məsud bütün Aranı iqta olaraq Şəmsəddin Eldənizə bağışlamış, o da Bərdə şəhərini özünə iqamətgah seçmişdi. 1136-cı il Azərbaycanda Eldənizlər sülaləsinin hakimyyətə başlaması tarixi kimi qəbul olunmuşdur. Tarixi qaynaqlarda yazıldığı kimi, “Atabəy Şəmsəddin gücləndi, bütün böyük hökmdarları yenərək bir çoxunu özünə tabe etdi, üsyan başçılarını aradan qaldırdı və Aran ölkəsindəki (Azərbaycanın Arazdan şimaldakı torpaqları - Red) qarmaqarışıqlığa son qoydu”. O, iqta kimi sahibləndiyi Arandan başqa, Azərbaycanın cənub hissəsini və Naxçıvanı müstəqil idarə etməyə başlayaraq öz adından pul kəsdirdi. Eldənizlərin ilk paytaxtı Naxçıvan şəhəri olmuşdu. Müstəqil hökmdar kimi fəaliyyət göstərən Şəmsəddin Eldəniz (1136 - 1175) İraq Səlcuq sultanlığı sarayında böyük nüfuza malik idi və həmin dövlətin də idarə edilməsində yaxından iştirak edirdi. Sultanlığın əsas hərbi qüvvəsi olan 50 minlik seçmə ordu da Şəmsəddinin ixtiyarında idi. Şəmsəddin 1160-cı ildə 20 minlik qoşunla Həmədana yürüş edərək boş qalmış İraq Səlcuq sultanlığı taxtına oğulluğu Arslan şahı çıxartdı, özü isə “Böyük Atabəy” titulunu alaraq ən yaxın adamlarını yüksək dövlət vəzifələrinə təyin etdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvanı sultanın hacibi (saray əmirlərinin başçısı), kiçik oğlu Qızıl Arslanı isə sultanın ordusunun baş komandanı (əmir əs silah) təyin etdi. Faktiki olaraq İraq Səlcuq sultanlığı Eldənizlərin əlinə keçdi. Bundan sonra Şəmsəddin sultanlığı təkbaşına idarə etməyə başladı. Bu dövrün müəllifi Sədrəddin Əli əl - Hüseyni yazırdı ki, İraq və Azərbaycan sultan və əmir Atabəy Şəmsəddin Eldənizin vaxtında əmin-amanlıqla sultanın əmirlərini yerinə yetirirdi. Arslan şahın yalnız adı hökmdar idi, Atabəy Eldənizin isə özü, Eldəniz əmrlər verir, iqta torpaqları paylayır, xəzinələri sərəncamında saxlayır, bunlan ölkənin istənilən yerinə köçürürdü. Şəmsəddin Eldəniz Şirvanşahlığı da özündən asılı vəziyyətə salmaqla, demək olar ki, bütün Azərbaycan torpaqlarına nəzarət edirdi. Görkəmli alimimiz Ziya Bünyadovun yazdığına görə, Şəmsəddin Eldəniz Qafqaz dağlarından (Dərbənd keçidi) Kəngər (İran) körfəzinə qədər uzanan geniş bir ərazini öz hakimiyyəti altında birləşdirmişdi. “Tiflis qapılarından Məkrana qədər” çox geniş ərazilər: Azərbaycan, Aran, Şirvan, İraq, Həmədan, Mazandaran, İsfahan, Rey Azərbaycan Eldənizlər dövlətinin tərkibinə daxil idi, Xilat, Fars, Mosul və digər hakimlər isə Şəmsəddindən asılı idilər. Şəmsəddin Eldəniz mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əmirlərin əl-qolunu yığmış və mərkəzi hakimiyyəti gücləndirmişdi. Şəmsəddin Eldənizin xarici siyasətinin əsas istiqamətlərindən biri Vətənimizi gürcülərin hücumundan qorumaqdan ibarət idi. Torpaqlarımıza və sərvətlərimizə göz dikən, müsəlman türk əhalisinə qənim kəsilən gürcülərin 1139-cu il xəyanətini Eldənizlər yaddan çıxartmamışdılar. Bədbəxtlik üz verdikdə, qonşuya yardım göstərmək kimi insani keyfiyyətdən məhrum olan gürcülər 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı əhalisinin çoxusunu itirmiş Gəncə şəhərinə hücum edərək burada qırğınlar törətmiş və məşhur Gəncə qala qapılarını qənimət kimi aparmışdılar. Çar III Georginin başçılığı ilə 1161-ci ildə gürcü və qıpçaq qoşunları Azərbaycanın Aran bölgəsinin Ani şəhərini ələ keçirib, çoxlu müsəlman əhalini qılıncdan keçirtdilər, sonra isə kafir düşmən Azərbaycanın Dvin şəhərində soydaşlarımıza qarşı böyük qətllər törətdilər. Şəmsəddin Eldəniz azğın düşməni cəzalandırmaq və günahsız tökülən qanların qisasını almaq üçün 1163-cü ildə Azərbaycan ordusu ilə Naxçıvandan yürüşə çıxıb, Dvini (Dəbil) kafir düşməndən geri aldı, sonra isə Gürcüstana yürüyən müsəlman - türk ordusu “Allahu əkbər” sədaları altında savaşa girdi və qalib gələrək 10 mindən çox kafir döyüşçüsünü qılıncdan keçirtdi.

Şəmsəddin Eldəniz 1164-cü ildə düşməni daha bir ağır məğlubiyyətə uğradıb Ani şəhərindən qovdu və şəhərin bərpası haqqında əmr verdi. 1174- 1175-ci illərdə gürcülərin Azərbaycana quldur basqınlarının qarşısını almaq üçün Azərbaycan hökmdarı Şəmsəddin Eldəniz və oğlu Məhəmməd Cahan Pəhləvan gürcülərə qarşı böyük bir yürüşə çıxdılar. Gürcülər darmadağın edildi və gürcü çarı qaçmaqla canını qurtardı. 1175-ci ildə Şəmsəddin Eldəniz arvadı Möminə Xatınm ölümündən bir ay sonra Allahın rəhmətinə qovuşdu. Məhəmməd Cahan Pəhləvan Həmədandan Naxçıvana gələrək orduya, xəzinəyə və Azərbaycan taxt- tacına sahib çıxdı. İraq Səlcuq sultanı Arslan şah öldüyünə görə III Toğrulu sultan taxtına çıxartdı, özü isə “böyük atabəy” titulu aldı. Azərbaycan və Aranın idarəsini qardaşı Qızıl Arslana verərək Təbrizi Azərbaycan dövlətinin paytaxtı elan etdi. O, Mosul, Hilat, Fars, Xuzistan, Ərməniyyə (indiki Türkiyənin ərazisindədir - Red.) və digər bölgələrdə sultan III Toğrulun adma xütbə oxunması və pul kəsdirilməsi haqqında əmr verdi. İraq Səlcuq sultanlığında ali hakimiyyəti gücləndirdi, itaət etməyənləri, xüsusilə Əcəm- İraqımn əmirlərini yola gətirdi, bacarıqsız sərkərdələri və məmurleın vəzifədən götürdü. Ən önəmli dövlət vəzifələrinə 70 nəfər şəxsi məmlükünü (qulluqçusunu) təyin etdi və hər birinə iqta torpaqları bağışladı. Məhəmməd Cahan Pəhləvan Azərbaycan dövlətinin ərazisini Şərqi Anadolu hesabına xeyli genişləndirmiş, ölkənin şərq sərhədlərində’ güclü Xarəzmşah dövləti ilə atasının dövründə gərgin olmuş münasibətləri nizama salmışdı. Onun sayəsində Sultan III Toğrul 10 il dövlət işlərinin qayğısından azad yaşadı (əslində Məhəmməd Cahan Pəhləvan onu heç bu işlərə yaxın da buraxmırdı - Red.) və qaynaqlara görə böyük Atabəy onun bütün arzularını həyata keçirtmiş, Məlikşah və Səncər kimi böyük sultanların əldə edə bilmədiklərini ona qazandırmışdı. Tarixi qaynaqlara görə, 1186-cı ildə “İslam padşahı, qüdrətli hökmdar, böyük Atabəy və Əcəm xaqanı” Məhəmməd Cahan Pəhləvan vəfat etdi. Hələ həyatda ikən oğlu Əbu Bəkri Azərbaycan və Aranın hakimi təyin etmiş, ölkənin digər vilayətlərinin idarəsini isə qalan üç oğluna tapşırmışdı. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyət uğrunda övladları, İnanc Xatun, Sultan Toğrul və qardaşı Qızıl Arslan böyük savaşa başladılar. Bu savaşda xəlifənin də köməklik göstərdiyi Qızıl Arslan qalib gəldi və o, Eldənizlər sülaləsindən sultan tituluna layiq görülən ilk hökmdar oldu. Xəlifə əl-Nasirin Qızıl Arslanın adına oxuduğu xütbədə o, ‘^Hökmdar, möminlərin əmirinin yardımçısı” adlandırılmışdı. Paytaxtı Həmədan olan İraq Səlcuq sultanlığını və Azərbaycan dövlətini idarə etməyə başlayan Qızıl Arslan daxildə siyasi çəkişmələrə son qoymaq üçün Məhəmməd Cahan Pəhləvanın dul arvadı ilə evlənərək qardaşı oğulları ilə barışığa getmişdi. O, 1190-cı ildə sultan III Toğrulu Həmədan yaxınlığında döyüşdə məğlubiyyətə uğradaraq Naxçıvanda qalada həbsə atmış və bu yolla əsas siyasi rəqibini zərərsizləşdirmişdi. Qızıl Arslan qısa vaxtda Azərbaycan, Aran, Həmədan, İsfahan, Rey, Fars, Xuzistan üzərində öz hakimiyyətini möhkəmləndirə bilmişdi. Ancaq 1191-ci ildə arvadı İnanc Xatunun başçılıq etdiyi sui - qəsdçi qüvvələr tərəfindən öldürülmüşdü.

1191-ci ildə Məhəmməd Cahanın Azərbaycan taxtına çıxan başqa bir oğlu Əbu Bəkrin (1191 - 1210) dövründə İraq Səlcuq Sultanlığı dövlətimizin nəzarətindən çıxdı. Paytaxt şəhəri Naxçıvanda oturan Əbu Bəkr yalnız Azərbaycan və Aranın idarəsi ilə kifayətlənməli oldu. Üstəlik gürcü Baq- ratuni çarlığının başçısı Tamara Şirvanşah I Axsitan və İnanc Xatunun oğulları Əmir Mahmud və Əmir Ömər ona qarşı hərbi ittifaq qurmuşdular. Müttəfiqlərin qoşunları 1194-cü ildə Şəmkir və Beyləqan döyüşlərində onu ağır məğlubiyyətə uğratmışdılar. Əmir Ömər Vətənimizə xəyanət edərək gürcülərlə birlikdə Gəncə şəhərini mühasirəyə almışdı. Gürcü qoşunları Azərbaycanı tərk edən kimi, gəncəlilər Əmir Öməri öldürdülər. Əbu Bəkr dönəmində Azərbaycanda mərkəzi hakimiyyətin və dövlətin hərbi gücünün zəifləməsindən gürcülər məharətlə istifadə edirdilər. Əbu Bəkrin 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzu xeyli zəiflədi, dövlətin süqutunun qarçısını ala bilmədi. Əbu Bəkrdən sonra hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. 1210-cu ildə Əbu Bəkr vəfat etdi və taxta bacarıqsızhqda və gününü əyyaşhqda keçirməkdə ondan geri qalmayan qardaşı Müzəffərəddin Özbək çıxdı. Azərbaycan Eldənizlər sülaləsinin sonuncu nümayəndəsi olan Özbəyin hakimiyyətinin (1210 - 1225) son beş ili monqol istilası və Xarəzmşah Cəlaləddinə qarşı mübarizə şəraitində keçmişdir. Bu dövrdə Özbəyin yeganə fəaliyyəti bu istilalar qarşısında canını və malını qorumaqdan ibarət olmuşdur. Onun monqol yürüşləri qarşısında bir dövlət adamı kimi aciz qalıb. Vətənimizi düşməndən qorumaq üçün hər hansı bir tutarlı addım atmayaraq tam fəaliyyətsiz qalmasını kəskin şəkildə pisləyən dövrün tarixçisi İbn əl- Əsir yazırdı: “O, heç bir xeyirli işlə maraqlanmaz və öz mənliyini sevməzdi. Onun ölkəsi zəbt edilir, əsgərləri özbaşınalıq edib xalqın malına əl uzadır, nəticədə rəiyyət əldən düşürdü. Gecə - gündüz içki ilə məşğul idi. Bir təhlükə eşidəndə, qorxudan əl - ayağı titrəyirdi. Azərbaycan və Aran tamamilə onun ixtiyarında idi. O isə ona qarşı gələn düşməndən ölkəsini müdaHə etməkdə Allahın yaratdığı adamların ən acizi və bacarıqsızı idi”.

Bütün bunların nəticəsidir ki, monqol istilası nəticəsində zəifləmiş Eldənizlərin hakimiyyətinə 1225-ci ildə Xarəzmşah şahzadəsi və sərkərdəsi Cəlaləddin tərəfindən son qoyulmuşdur.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin