Dövlət təhsil sisteminin əsas hissəsi dövlət büdcəsindən , büdcə təsnifatına
uyğun olaraq maliyyələşdirilir. Azərbaycan Respublikasının dövlət büdcəsi
xərclərinin funksional təsnifatına uyğun olaraq təhsil xərclərinə məktəbəqədər
uşaq tərbiyə müəssisələri , məktəb- uşaq bağçaları, ibtidai əsas və orta təhsil
məktəbləri, gimnaziyalar, liseylər, axşam və qiyabi orta ümumtəhsil məktəbləri,
internat məktəbləri, xüsusi rejimli internat məktəbləri , xüsusi məktəblər, texniki
peşə məktəbləri və liseylər, xüsusi texniki peşə məktəbləri və liseyləri, orta ixtisas
təhsili müəssisələri, ali təhsil müəssisələri , ixtisasartırma institutları , kadr
hazırlığı üzrə sair tədris müəssisələri, medodiki iş, texniki təbliqat tədbirləri, uşaq
evləri , ümumi icbari təhsil fondu, mərkəzləşdirilmiş mühasibatlıqların saxlanması,
mərkəzləşdirilmiş təsərrüfat xərcləri daxildir.
Təhsilin maliyyələşdirilməsinə 2011- ci ildə dövlət büdcəsindən təhsilə
1.338.163 min manat, o cümlədən məktəbəqədər və ibtidai təhsilə 95.345.5 min
manat , natamam və orta təhsilə 758.12 min manat, internat və xüsusi məktəblərə
49.611.7 min manat, texniki peşə məktəbləri və litseylərə 72.771.9 min manat, ali
təhsilə 125.279.5 min manat , təhsil sahəsində tətbiqi tədqiqatlara 5.019.9 min
manat , təhsil sahəsində digər xidmətlərə 231.822.4 min manat vəsait ayrılmışdır.
Təhsilin maliyyələşdirilməsində yerli büdcələrin xüsusi çəkisinin yüksək
olması, ümumtəhsil məktəblərinin əsas hissəsinin yerli dövlət hakimiyyəti
orqanlarının tabeçilində olması ilə əlaqədardır.
Təhsil müəssisələrinin maliyyələşdirilməsi haqq- hesab vahidləri üzrə təyin
edilən xərc normalarına əsasən həyata keçirilir. Xərc normaları, Dövlət
Normativləri Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin təqdimatı əsasında
təsdiq edilir.
Təhsil müəssisələrinin bir qisminin müxtəlif mülkiyyət formalarına keçməsi ilə
əlaqədar olaraq bu sahənin maliyyələşdirilməsi üçün əlavə vəsait cəlb edilməsi
imkanını genişləndirmişdir. Özəl təhsil müəssisələri mövcud qanunvericilik
çərçivəsində əlavə ödənişli təhsil haqqı, hüquqi və fiziki şəxslər tərəfindən
məqsədli ödənişlər, müxtəlif ianələr cəlb edə bilərlər. Təhsil sisteminə maliyyə
vəsaitlərini cəlb edilməsi onların normativlərindəki stabilliyə təsir etmir, büdcədən
maliyyələşdirilən hissə müəyyən düzəlişlərə məruz qalır.
Əhaliyə əlavə ödənişli xidmətlərə aiddir:
-
əlavə təhsil proqramları üzrə təhsil
-
xüsusi kursların və fənlərin tədrisi
Dostları ilə paylaş: