10. İcmal planlaşdırma zamanı büdcə vəsaitləri bir uşağa düşən əmək haqqıya,
ərzağa , ərzağa, yumşaq inventara və s. çəkilən xərclərə görə müəyyən edilir.
Körpələr evinə çəkilən xərclərin planlaşdırılması qaydası uşaq bağçalarına
çəkilən xərclər kimidir.
Peşə və orta ixtisas məktəblərində xərclərin hesablanması və
maliyyələşdirilməsi.
Peşə və orta ixtisas məktəblərinin əsas vəzifəsi iqtisadiyyatın
müxtəlif sahələri
və ölkənin qeyri- istehsal sferası üçün zəruri nəzəri biliklər
və təcrübi vərdişlərə
malik
olan
ixtisas
dərəcəli
və
ümumi orta
təhsilli mütəxəssislərin
hazırlanmasından ibarətdir.
Peşə və orta ixtisas məktəblərində xərclər hesablanarkən aşağıdakı göstəricilər
əsas tutulur:
-
şagirdlərin orta illik sayı
-
əyani, axşam və qiyabi təhsil üzrə ayrılıqda qrupların sayı.
Şagirdlərin orta illik sayı ali məktəblərdə olduğu kimi hesablanır.
Peşə və orta ixtisas məktəblərinin cari xərclərinə əmək haqqı, ona
əlavələr,təqaüdlərin
verilməsi , tədris, təsərrüfat və digər xərclər daxildir.
Peşə və orta ixtisas məktəblərinin əsas xərcləri əmək haqqı xərcləridir.
Peşə və orta ixtisas məktəblərinin direktorlarının vəzifə maaşları
təhsil
müəssisələrində şagird və ya tələbələrin sayından asılı olaraq aşağıdakı kimi
müəyyən edilir: ali təhsilli 5 il müvafiq ixitsas üzrə stajı olan , şagirdlərin sayı
200- ə qədər olduqda vəzifə maaşının ödəniş dərəcəsi 14, şagirdlərin sayı 20- 500
nəfər olduqda 15, şagirdlərin sayı 500- dən çox olduqda 16 dərəcə.
Peşə və orta ixtisas məktəblərində işləyən müəllimlərin əmək haqqı
təhsil və
pedaqoji
staja əsasən , ümumtəhsil məktəblərində olduğu kimi vəzifə maaşının
ödəniş dərəcəsi ilə müəyyən edilir.
Peşə və orta ixtisas məktəblərində əmək haqqına daxildir:
-
pedaqoji heyətin əmək haqqı
-
yazı işlərini yoxlanması üçün əmək haqqına əlavələr
-
laboratoriya və kabinet müdirliyinə görə haqq
-
sinif rəhbərliyinə görə haqq
-
təlim- tərbiyə , inzibati heyətin əmək haqqı və s.
Dostları ilə paylaş: