4
Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlərin hökümütlər
tərəfindən əvəzsiz köçürülən vəsaitlər büdcənin gəlirlərinə hesaba götürülür.
Büdcənin gəlirlərinə həmçinin qarşılıqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr də
daxil olur. Qarşılıqlı üzrə hesablaşmalarüzrə Azərbaycan Respublikası vergi və büdcə
qanunvericiliyində dəyişikliklər aparılması ilə əlaqədar Azərbaycan Respublikası büdcə
sisteminin müxtəlif səviyyəli büdcələr arasında vəsaitlərin verilməsi, büdcə haqqında
qanunda nəzərdə tutulmayan xərclərin maliyyələşdirilməsi üzrə səlahiyyətlərin və ya
gəlirlərin verilməsi üzrə əməliyyatlar başa düşülür.
Xüsusi gəlirlər yerli büdcələrin gəlirlərinin bir hissəsini təşkil edirlər. yerli icra
orqanlarının ( bələdiyyələrin ) üzrərinə düşən funsiyalaırn yerinə yetirilməsi, bölgənin
social – iqtisadi inkişafını , yerli büdcələrin tarazlaşdırıl – masını həyata keçirmək üçün
onlara dövlət büdcəsi ( həmçinin Naxçıvan Muxtar Respublikasının büdcəsi ) tərəfindən
büdcə tənzimlənməsi qaydasında tənzimləyici gəlirlər verilir.
Büdcənin tənzimləyici gəlirləri –
büdcə sisteminin yuxarı həlqələrindən aşağı
büdcələrə növbəti maliyyə ili üçün və ya uzun müddətə normativlər əsasında xərclərini
örtmək üçün verilən maliyyə vəsaitidir.
Büdcələrin tənzimləyici gəlirlərinə transfert ödənişləri də daxildir. Transfertlər
Dövlət büdcəsindən bölgələrin maliyyə problemini həll etmək üçün xüsusi fondlara
ayrılan vəsaitlərdir.
Maliyyə ili ərzində qanunverici orqanlar və icra hakimiyyəti, habele yerli
özünüidarəetmənin səlahiyyətli orqanları digər səviyyəli büdcələrin xərclərini artıran
qərarlar qəbul edilməsindən imtina edir. Burada fövqalədə hallar və bədbəxt hadisələrlə
bağlı hallar istisna hal təşkil edir.
Ərazi büdcələrinə maliyyə yardımının hesablanması üçün əsas maliyyə xidməti
göstərməyə maliyyə məsrəflərinin normativi, minimum büdcə təminatı normativi təşkil
edir.
Bu normativlər isə social – iqtisadi , coğtafi , iqlim və AR –nın subyektlərin digər
xüsusiyyətləri nəzərə alınmaqla vahid metodika əsasında müəyyən edilir.
Dostları ilə paylaş: