5
Dövlət
vergidən
ayırmalar
Məqsədli
büdcə
fondlarından
vəsaitlər
Yuxarı
büdcələrdən
dotasiya
subvensiya
və
subsidiya
Qarşılıqlı
hesablaşma
qaydasında
yuxarı
büdcələrdən
daxilolmalar
Rusum “
yığım ” ödənişlər
və haqlar
Büdcənin gəlirləri dedikdə , Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa düşülür. Dövlət büdcəsinin gəlirləri
dövlətin maliyyə bazasını təşkil edir.
İqtisadi təyinatına uyğun olaraq dövlət büdcəsinin gəlirləri 4 qrupa ayrılır ;
1.
Vergilərdən daxilolmaları ;
2.
Qeyri – Vergi gəlirləri ;
3.
Əsaslı ödənişlər ;
4.
Əvəzsiz alınan vəsaitlər ( transfertlər )
Gəlirlərin tərkibinə vergilərdən daxilolmalar xüsusi rol oynayan və büdcə gəlirlərinin
əsas hissəsini təşkil edir. Azərbaycan Vergi məcəlləsində göstərilir :
Vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi
ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət
büdcəsinə və yerli büdcələrə köçürülən , fərdi, əvəzsiz, məcburi, fərdi əvəzsiz ödənişdir.
Büdcənin gəlirlərini formalaşdırmaq məqsədi ilə hər bir dövlət özünün vergi
siyasətini işləyib hazırlayır. Vergi siyasəti dedikdə, dövlət tərəfindən işlənib hazırlanmış ,
vergi sahəsində cəmiyyətin qarşısında duran və ya digər vəzifələri həyata keçirməyə
yönəlmiş tədbirlər sistemi başa düşülür.
Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən büdcənin qeyri – vergi
gəlirlərinə mülkiyyətdən gəlirlər , mal və xidmətlərin satışından daxilolmalar və könüllü
köçürmələr daxildir.
“ Büdcə sistemi haqqında ” Azərbaycan Respublikasının qanununda göstərildiyi kimi
büdcə xərcləri dövlətin və yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyalarının
yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir.
Dövlət büdcəsinin xərclər – dövlətin pul vəsaiti fondunun yaradılması və onun sahə,
məqsədli və ərazi təyinatı üzrə istifadəsilə əlaqədar əmələ gələn iqtisadi münasibətləri
ifadə edir.
-
Təkrar istehsal prosesindəki roluna görə - maddi istehsal sahəsinin
maliyyələşdirilməsi və qeyri – istehsal sferasının saxlanması ilə əlaqədar olan
xərclər ;
-
Funksional təyinatına görə - xalq təsərrüfatının, sosial – mədəni tədbirlərin , ölkənin
müdafiəsinin maliyyələşdirilməsi, idarəetmə aparatının saxlanması, hüquq – mühafizə
Dostları ilə paylaş: