Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə96/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   92   93   94   95   96   97   98   99   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
112



Səhiyyə sahəsinə yönəldilən maliyyə vəsaitləri aşağıdakı istiqamətlərə 
yönəldilir: elmi- tədqiqat tibb müəssisələrinin maliyyələşdirilməsi, xəstəxanaların 
saxlanması , poliklinikaların və ambulatoriyaların saxlanması, təcili tibbi yardım, 
sanator epidemoloji stansiyalaırn saxlanması, sanatoriyaların saxlanması, digər 
tibbi məntəqələrinin saxlanması. 
Hal- hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə 
müəssisələri xərclərinin planlaşdırılması məqsədilə gəlir və xərc smetasını tərtib 
edirlər. Smetalar aşağıdakı formalarda tərtib edilir:
1. Səhiyyə müəssisələrinin fərdi smetası. 
2. Yerli büdcələrin layihələrinə uyğun səhiyyədə xərclərin smetası tərtib edilir. 
Büdcə smetasının hər bir səviyyəsində xərclərin planlaşdırılmasının 
özünəməxsus xüsusiyyətləri var. 
Tibbi müəssisələrin 
fərdi smetasının tərtibi çarpayıların orta illik 
göstəricilərinin, çarpayı- günlərinin miqdarının, tibb və inzibati- təsərrüfat 
heyətinin orta illik sayının, poloklinikaya müraciət edənlərin hesablanması ilə 
başlanır. 
Səhiyyə xərclərin planlaşdırılmasının aşağıdakı göstəricilərindən istifadə 
olunur: 
1) ambulator - poloklinika yardımı üzrə - poliklinikalarda işləyən həkimlərin 
sayı,ildə bir nəfərə düşən müayinənin və evdə yardımın miqdarı; 
2) stasionar yardım üzrə - çarpayı yerin miqdarı , il ərzində xəstəxana çarpayısının 
məşğul olması. 
Çarpayıların dövriyyəsi il ərzində hər bir xəstəxana çarpayısı üzrə xəstələrin 
orta sayını xarakterizə edir. 
Ayrılmış büdcə vəsaitlərinin səmərəli istifadəsinə nəzarət müfəttiş və tematik 
yoxlama zamanı,yerli idarəetmə orqanları, ayrı- ayrı nəzarət orqanları tərəfindən 
həyata keçirilir. 
Yoxlama zamanı xüsusilə aşağıdakı məsələlərə fikir verilir: səhiyyə 
müəssisələrinin fəaliyyətinin plan göstəricilərinin düzgün hesablanması; onların 
faktiki görülən işlərin , göstərilən tibbi xidmətlərin həcmi ilə eyniliyi;ayrılmış 
büdcə vəsaitlərinin istifadəsinin məqsədəuyğunluğu. 
Beləliklə, xəstəxana çarpayısının istifadə göstəricisi nə qədər yüksək olarsa, 
çarpayıların dövriyyə göstəriciləri bir o qədər də yüksək olar və çarpayı fondunun
saxlanmasına büdcədən ayrılan vəsaitə, yeni çarpayıların yerləşdirilməsinə, yeni 
stasionarların tikilməsinə zərurət bir o qədər az olur. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin