6
Bütün bu problemlərin həlli üçün son dövrlərdə Azərbaycan
Respublikasının Milli Məclisi bir sıra qanunlar və məsələlər qəbul etmişdir.
Dövlət büdcəsinin gəlirləri ölkənin büdcə fondunun formalaşması
prosesində dövlətin müəssisə, təşkilatlar və əhali arasında yaranan iqtisadi
münasibətlərini əks etdirir.
Dövlət büdcəsinin gəlirləri Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş vergilər, rüsumlar , digər ödənişlər və daxilolmalar
hesabına formalaşır.
Azərbaycan Respublikasının dövlət büdcəsindən aşağıdakı xərclər
maliyyələşdirilir:
Azərbaycan Respublikası Prezidentinin Milli Məclisinin, Hesablaşma
Palatasının,Mərkəzi Seçki Komissiyasının , Mərkəzi İcra Hakimiyyəti
orqanlarının fəaliyyətinin təmin edilməsi;
Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının fəaliyyətinin təmin
edilməsi;
Dövlət əhəmiyyətli beynəlxalq fəaliyyətin həyata keçirilməsi;
Milli müdafiə və dövlətin milli təhlükəsizliyinin təmin edilməsi, hərbi-
sənaye kompleksinin fəaliyyətinin təmin edilməsi.;
Dövlət mülkiyyətinin saxlanılması;
Azərbaycan Respublikasının dövlət borcunun ləğv edilməsi;
Seçkilərin və referendumların keçirilməsi;
Dövlət investisiya proqramının həyata keçirilməsi;
Sənaye sahələrinin dövlət təminatı;
Elmi- tədqiqat işlərinin aparılması;
Ətraf mühitin mühafizəsi;
Fövqaladə halların nəticələrinin aradan qaldırılması;
Bazar infrastruktunun inkişafı;
Kütləvi informasiya vasitələrinin işinin təşkili;
Yerli büdcələrə maliyyə yardımı;
Dövlət, bələdiyyə strukturlarının səlahiyyətləri çərçivəsində digər
xərclər və s.
Dostları ilə paylaş: