Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları.
Plan
1.
Büdcənin sosial- iqtisadi mahiyyəti.
2.
Büdcə dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə bazası
kimi.
3.
Büdcənin funksiyaları.
4.
Dövlət büdcəsinin əsas əlamətləri.
5.
Büdcənin dövlətin sosial- iqtisadi inkişaf proqramı
və maliyyə
sisteminin digər həlqələri ilə əlaqəsi.
Ədəbiyyat
1.
Azərbaycan Respublikası regionlarının 2009- 2013- cü illərdə
sosial- iqtisadi inkişafı. Dövlət Proqramı.
2.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3.
Ş.S.Bədəlov, R.B. Məhərrəmov ,F.Ə.Qurbanov . Büdcə sistemi.
Bakı 2003.
4.
Kollektiv müəlliflər. Maliyyə.Bakı 2007.
5.
N.Novruzov, X.Hüseynov. Maliyyə. Bakı 2007.
6.
M.M.Sadıqov, S. M.Məmmədov.Maliyyə. Gəncə 2010.
KitabYurdu.az
1
Dövlətlə
müxtəlif müəssisələr, təşkilatlar, idarələr və əhali arasında
müxtəlif formada maliyyə münasibətləri yaranır. Bu münasibətlər büdcə
münasibətləri adlanır. Maliyyə münasibətlərinin tərkib hissəsi kimi bu
münasibətlərin spesifik xüsusiyyətləri
ondan ibarətdir ki, onlar bölgü
prosesində meydana gəlir və ümumdövlət tələbatının ödənilməsi üçün
müəyyən edilmiş mərkəzləşdirilmiş pul vəsaiti fondunun formalaşması
və istifadəsi ilə əlaqədardır.
Hər bir dövlətin yaranması üçün onun zəruri atributlarından
olan pul
vəsaitləri fondlarının yaradılması çox vacib şərtlərdən biridir.
Ölkələrin hamısında hökumət öz funksiyalarını yerinə yetirmək üçün
cəmiyyətin yaratdığı maliyyə ehtiyatlarının bir hissəsini; əsasən icbari
yolla mərkəzləşdirilmiş pul vəsaitləri fondlarına səfərbər edir. Bu
fondlar sırasında əsas yeri dövlət büdcəsi tutur. Dövlət büdcəsi dövlət
maliyyəsinin ən mühüm tərkib hissəsidir.
Dövlət büdcəsi sözü bütün
dillərə “budget” sözündən keçmişdir. Bu ingilis sözünün mənası çanta,
torba kimi açıqlanır. “Budget” sözü isə “ bouget” sözünün dəyişilmiş
formasıdır. Büdcə sözü XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi
leksikona daxil olunmuşdur. Bu söz məna etibarı ilə xəzinə sözünə
yaxındır və XVIII əsrə qədər büdcə funksiyalarını
bütövlükdə xəzinə
yerinə yetirirdi. Məişətdə biz tez- tez ailə büdcəsi, vaxt büdcəsi, dövlət
büdcəsi anlayışları ilə qarşılaşırıq. Əgər ailə büdcəsi ailənin gəlir və xərc
balansını, vaxt büdcəsi potensial vaxtla onun istifadə balansını əks
etdirirsə, dövlət büdcəsi dövlətin gəlirləri və xərcləri arasındakı balansı
əks etdirir.
Büdcə münasibətləri obyektiv xarakter daşıyır. Bu onunla müəyyən
edilir ki, dövlət öz funksiyalarını həyata keçirmək üçün maddi maliyyə
bazasına malik olmalıdır. Dövlətin əlində
hər il bütün cəmiyyət
səviyyəsində geniş təkrar istehsalın ehtiyaclarının ödənilməsi,
vətəndaşların sosial- mədəni tələbatının təmin edilməsi,
müdafiə və
dövlət idarəetmə xərclərinin ödənilməsi və s. tədbirlərin həyata
keçirilməsi üçün milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir.
Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və
istifadəsi əsasında əmələ gələn pul münasibətlərinin məcmusu dövlət