10
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş
vergi ödəyiciləri , vergi agentləri və onların nümayəndələri, habelə vergi
orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına
görə bu məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və
vergi agentlərinə vergi məcəlləsi ilə müəyyən edilmiş maliyyə
sanksiyaları və faizləri tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləği verginin hesabatda
göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa,habelə büdcəyə
çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa,
vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50
faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Dostları ilə paylaş: