1
MÖVZU 1
EKOLOJİ KİMYANIN PREDMETİ VƏ ƏSAS ANALYIŞLARI
Müasir dövrdə ekologiya özünü mürəkkəb inteqrasiya etmiş elmlərin
kompleksi kimi göstərir. Mütəxəssislər – kimyaçılar müasir texnologiyalaşdırılmış
cəmiyyətlə ətraf mühit arasında əlaqələri bütün artan antropogen yüklənmələri, təbii
obyektlərin analiz metodlarını, ətraf mühitin keyfiyyətinə nəzarəti və iqtisadi elmlər
içərisində kimyanın yerini yaxşı bilməlidirlər.
İndiki vaxtda müasir dünyada mövcud olan ekoloji problemlər kimya və
kimyəvi texnologiya ilə əlaqəli olub, biosferə geniş miqyasda təsir edir. Hazırda ətraf
mühitdə kimyəvi prosesləri öyrənən bir sıra fənlər bütöv kompleks elm kimi
mürəkkəbləşmişlər. Bütün onlar “Ətraf mühit kimyası” adı altında birləşdirilə bilər.
Geniş mənada ətraf mühit kimyası hidrokimya, geokimya, torpağın kimyası və bioloji
mənşəli təbii birləşmələr kimyasını birləşdirir. Ancaq dünyanın bir çox ərazilərində
krizis halını alan və qlobal xarakter almağa genişlənən hadisələr bu kompleks elmlər
işərisindən yeni elmi fənnin – ekoloji kimyanın ayrılmasına gətirib çıxarmışdır.
Ekoloji kimyanın predmeti insan fəaliyyəti də (təsərrüfat, sənaye, hərbi və s.)
daxil olmaqla ətraf mühitdə baş verən kimyəvi prosesləri tədqiq etməkdir. Ekoloji
kimyanın maraqları sferasına birbaşa və dolayı yolla insanlara təsir edən və geosferdə
(atmosfer, hidrosfer və litosfer) baş verən kimyəvi proseslər daxildir.
Müasir ekologiyanın elmi istiqamətlərindən və sahələrindən biri kimyəvi
ekologiyadır. Kimyəvi ekologiya və ekoloji kimya arasında fərqlərə baxaq.
1950-ci illərdən başlayaraq ətraf mühitə texnogen təsirin artması, sənaye,
nəqliyyat, kənd təsərrüfatının kimyalaşdırılması, həmçinin intensiv urbanizasiya
(şəhərlərin böyüməsi və inkişafı) ilə əlaqədar olaraq ətraf mühitin material balansının
sürətli dəyişməsi baş verdi. Sənaye istehsalının həcminin artması, bütün dünyada
kimya məhsullarının yayılması məhsulların istehsal olunduğu və istifadə olunduğu
yerdən uzaqlarda belə kimyəvi reagentlərin miqdarının əhəmiyyətli dərəcədə
2
artmasına səbəb oldu. Bu zaman biosferin kimyəvi tərkibinin dəyişməsi müşahidə
olundu ki, bu da heyvanların, bitkilərin və insanın yaşayış şəraitini pisləşdirir. İndiki
dövrdə sənayedə istehsal olunan kimyəvi məhsulların və materialların daha dərindən
tədqiq edilməsi vacib məsələlərdəndir. İnsan fəaliyyətinin miqyasının artması
şəraitində insanla ətraf mühit və ayrı-ayrı ekosistemlər arasında kimyəvi təsirin
mexanizmləri haqqında məlumatlar çox vacibdir. Bu təsirin bioloji aspekti kimyəvi
ekologiya aiddir ki, o da canlı orqanizmlər arasında və ya canlı və cansız təbiət
arasında kimyəvi qarşılıqlı təsirlər haqqında elmdir. Bu təsirin kimyəvi aspekti
kimyəvi çirkləndiricilərin ətraf mühitdə miqdarı və çevrilməsidir ki, onu da ekoloji
kimya elmi öyrənir. Ekoloji kimya - ətraf mühitdə baş verən kimyəvi proseslər və bu
təsirlərin nəticələri haqqında elmdir. Bu proseslər ətraf mühit obyektlərinin tərkib və
xassələrini müəyyən edir.
Kimyəvi tərkibinə və aqreqat halına görə fərqlənən konsentrik yerləşən
təbəqələrin – geosferlərin meydana gəlməsi bizim planetin formalaşması və təkamülü
prosesində maddələrin differensasiyası ilə əlaqədardır.
Coğrafi baxımdan daxili və xarici geosferlər fərqləndirilir. Daxili geosferlərə
yer qabığı, mantiya və nüvə daxildir. Onlar demək olar ki, planetin bütün kütləsini
özündə birləşdirir. Daxili geosferlərin maddələrinin differensasiyası və onların
parçalanma məhsullarının atmosferə, hidrosferə və yer qabığına düşməsi hələ də
davam edir. Planetin səthi, hidrosfer, atmosferin aşağı təbəqəsi və yer qabığının üst
hissəsi coğrafi təbəqə adlanır. Məhz bu hissədə canlıların yaranması, yaşaması və
təkamülü baş vermişdir.
Canlı orqanizmlər, yəni biot bir çox qlobal geokimyəvi və biogeokimyəvi
proseslərdə iştirak edərək Yerin coğrafi təbəqəsinin kimyəvi tərkibinin dəyişməsində
həlledici rol oynamışdır. Hər bir planetar təbəqə kimya nöqteyi-nəzərdən mürəkkəb
olub, daxili və xarici təsirlərlə xarakterizə olunan dinamik sistemdir. Sonunculara
misal olaraq atmosfer və hidrosfer, atmosfer və biot arasında baş verən qazlar
mübadiləsini göstərmək olar.
Günəş radiasiyasının daimi təsiri şəraitində biotda biofil elementlərin (C, N, H,
O, S, P, Ca, Fe) fasiləsiz hərəkəti baş verir. Elementlər canlı hüceyrələrin tərkibində
3
yüksək kimyəvi potensial halından, hüceyrələrin dağılması hesabına aşağı enerji
səviyyəsi halına keçir. Beləliklə, fiziki, kimyəvi və bioloji prosesləri özündə
birləşdirən planetar metabolizm müşahidə olunur. Bu proseslərin cəmi atmosferin,
hidrosferin və yer səthinin kimyəvi tərkibini müəyyən edir və nəticədə təbii ətraf
mühitin xarakteristikaları müasir planetdə bizim yaşama formamızı əlverişli edir.
Belə xarakteristikalara ilk növbədə yerin radiasiya rejimi və iqlimi aiddir.
“Planetar metabolizm”in mexanizmini başa düşmək, qlobal biogeokimyəvi
tsikllərin dinamikasını miqdari qiymətləndirmək və onun xarici təsirlərə, xüsusən də
antropogen təsirlərə qarşı davamlılığının xarakteristikası müasir təbiətşünaslığın və
eləcə də ekoloji kimyanın vacib məsələsidir. Bu zaman qeyd etmək lazımdır ki, bu və
ya digər neqativ dəyişiliklərin başa düşülməsi, geosferin xarakteristikaları və
elementlərin tsiklləri haqqında kifayət qədər yaxşı biliyə malik olmaqla anlamaq olar.
“Kimyəvi ekologiya” və “ekoloji kimya” terminləri kimya və ekologiya
arasında əlaqəni göstərir. Ekoloji kimya - ətraf mühit kimyasıdır. Ekoloji kimyaya
belə qısa izahı C.Bokris “Ətraf mühit kimyası” adlı fundamental əsərində vermişdir.
Bu elm antropogen fəaliyyəin təsirilə ətraf mühitdə baş verən kimyəvi proseslər, eyni
zamanda çirkləndirici maddələrin flora, fauna və insanlara təsiri haqqında məlumat
verir. Bundan başqa ekoloji kimyanı ekoloji hadisələr və problemlərin kimyəvi
əsaslarını öyrənən elm kimi müəyyən etmək olar. Ekoloji kimya digər elm sahələri –
biologiya, tibb, fizika, meterologiya, Yer haqqında elmlərlə, kənd təsərrüfatı kimyası,
torpaqşünaslıq və s. ilə sıx əlaqədardır.
Ekoloji kimyanın məqsədi ətraf mühitin kimyəvi tərkibinin dəyişməsini və bu
dəyişmələrin mümkün ekoloji fəsadlarını proqnozlaşdırmaqdır.
Ekoloji kimya xüsusilə sənaye məhsulları misalında kimyəvi maddələrin
ekoloji qiymətləndirilməsini verir. Lakin son vaxtlar bu məsələlərin öyrənilməsi
göstərdi ki, antropogen maddələrlə müqayisədə təbii maddələr biosferə daha çox təsir
göstərir. Təbii maddələri heç də həmişə ekoloji təhlükəsiz hesab etmək olmaz.
İnsan fəaliyyəti və təbii səbəblərdən ətraf mühitin dəyişmələrinin nəticələrini
müqayisə edək. Müqayisəni üç kriteriya ilə - miqdari göstəricilərə, sürət və
zəhərliliyə görə aparaq. Antropogen təsirlərlə əlaqədar dünya miqyasında təbii
4
mühitin dəyişməsi təbii dəyişilmələrlə müqayisədə çox cüzidir. Ancaq Yerin ayrı-ayrı
rayonlarında çirklənmə bir neçə faizə və daha çoxa çata bilər. Ətraf mühitdə təbii
dəyişilmələr çox yavaş sürətlə baş verir ki, bu da Yerdə yaşayan bütün canlıların
ətraf mühitin dəyişilməsinə genetik olaraq uyğunlaşır. Antropogen təsirlər dah sürətlə
baş verir və canlı orqanizmlərin belə uyğunlaşma imkanları olmur. Məsələn, yer
atmosferinin oksigenlə 1%-dən 21%-ə kimi zənginləşməsi 1–1,5 milyard ilə baş
vermişdir ki, bu da 200-300 min ilə 0,004% təşkil edir. Bu zaman insan fəaliyyəti
nəticəsində havada CO
2
-nin miqdarı son bir neçə on ildə həmin miqdarda 0,004%
artmışdır. Təbii mühitə antropogen təsirin digər xüsusiyyəti bütün canlı orqanizmlər
üçün yüksək zəhərli maddələrin əmələ gəlməsidir. Zəhərli çirkləndiricilərin əmələ
gəlməsi həm təbii maddələrin toplanması (məsələn, ağır metallar – qurşuğun, xrom,
kadmium), həm də yeni maddələrin alınması ilə (pestisidlər və s.) əlaqədardır.
Təbiətdə ekolji tarazlığın pozulmasında tək səbəb kimi kimyanı birtərəfli
götürmək düzgün deyil. Müasir insanlar bir çox kimyəvi materiallar və kimya
sənayesinin məhsulları olmadan yaşaya bilməz. Ən başlıcası odur ki, kimya elmi və
kimya sənayesi qazların və tullantı sularının yeni metodlarını işləməklə, sənaye və
məişət tullantılarının yeni lazımlı məhsullara effektiv emalı üsullarını təklif etməklə,
az tullantılı, tullantısız və ekoloji təhlükəsiz texnoloji prosesləri tətbiq etməklə ekoloji
problemləri həll etməyə kömək edir. Bu proseslərdən istifadə etmək üçün kimyəvi
məhsulların xassələrini bilmək, kimyəvi maddələrin ətraf mühitdə özünü aparmalarını
və biosferə mənfi təsirini əvvəlcədən görmək lazımdır. Bunları bilməklə vaxtından
əvvəl lazımlı tədbirləri görmək olar (məsələn, maddələri ətraf mühit üçün təhlükəsiz
olan maddələrlə əvəz etmək).
Qidalanma mühitinin saxlanılması üçün ekoloji kimyanın üç əsas məsələsinə
diqqət yetirmək lazımdır:
1. Enerji- və resursqoruyucu texnologiyaların işlənilməsi, atmosferə və
hidrosferə atılan tullantıların minimuma endirilməsi. Buna tullantısız texnologiyanı,
qapalı su dövriyyəsi sxemini tətbiq etməklə xammaldan kompleks istifadə nəticəsində
nail olmaq olar.
2. Atmosferə atılan qazların və su hövzələrinə axıdılan tullantı suların daha
5
təhlükəli maddələrdən təmizlənməsinin effektivliyinin artırılması.
3. Çirkləndirici maddələrin ətraf mühitə təsirini qiymətləndirmək və ətraf
mühit faktorlarının təsirindən onların özünü aparmasını, yayılmasını və digər
maddələrə çevrilməsini proqnozlaşdırmaq.
Ekoloji kimya maddələrin analizində istifadə olunan bir çox metodlardan
istifadə edir. Bunun üçün bir sıra metodları – xromatoqrafiya, kütlə spektroskopiyası,
infraqırmızı oblastda spektroskopiya, atom-absorbsion indentifikasiya metodlarını
özündə birləşdirən “hibrid” metodlar daha geniş istifadə olunur. Bu metodların
meydana gəlməsi havanın, suyun, torpağın və biotun kimyəvi tərkibi haqqında
məlumat almaqla kimyəvi-ekoloji məsələlərin həlli üçün stimul yaradır. Laboratoriya
şəraitində modelləşdirmə təbii və antropogen amillərin təsirindən ayrı-ayrı
birləşmələrin və müəyyən qrupa aid birləşmələrin çevrilmə mexanizmini müəyyən
etməyə imkan verir.
Dostları ilə paylaş: |