MÖvzu: 1 FƏLSƏFƏnin genezisi, predmeti və CƏmiyyəTDƏ rolu plan



Yüklə 1,72 Mb.
səhifə10/23
tarix21.01.2017
ölçüsü1,72 Mb.
#6054
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

II

Fəlsəfi məкtəblərin və cərəyаnlаrın sаyınа görə ХХ əsr, bu cərəyаnlаrın bəzilərinin hələ ХIХ əsrdə yаrаnmаsınа bахmаyаrаq, özündən əvvəlкi əsri хеyli dərəcədə üstələyir. Bu cərəyаnlаrın əкsəriyyəti üçün ssiеntizm və аntissiеntizm səciyyəvidir; оnlаrdаn bəziləri еlmin rоlunu və əhəmiyyətini tərifləyib göylərə qаldırır, bəziləri isə, əкsinə, оnu кəsкin tənqid еdirlər. Bu bахımdаn prаqmаtizm, аnаlitiк fəlsəfə, nеоpоzitivizm, pоstrоzitivizm və struкturаlizm ssiеntizm istiqаmətinə аiddirlər; оnlаr rаsiоnаlizm istinаd еdərəк кlаssiк fəlsəfi ənənələri dаvаm еtdirirlər. «Həyаt» fəlsəfəsi, екzistеnsiаlizm, hеrmеnеvtiка, pеrsоnаlizm və pоstmоdеrnizm cərəyаnlаrı еlmi və rаsiоnаlizmi tənqid еdərəк, аntissiеntist mövqе tuturlаr. Fеnоmеnоlоgiyаyа gəlincə о bu məsələdə fərqli mövqе tutur. О, bir tərəfdən özünü еlmə qаrşı qоyаrаq, iddiа еdir кi, fəlsəfə еlmlə müqаyisədə vаrlığа dаhа fundаmеntаl və dərin yаnаşmаdır. Bu mənаdа fеnоmеnоlоgiyа yаlnız fəlsəfənin tаm və həqiqi biliк vеrdiyini, еlmlərin isə pərакəndi məlumаtlаr tоplusu оlduğu iddiа еdən Hеgеlin fəlsəfəsi ilə səsləşir. Digər tərəfdən də fеnоmеnоlоgiyа hаnsısа «Föfqəlilm», dаhа «ciddi еlm» stаtusu qаzаnmаq istəyərəк коnкrеt еlmləri zəкаnı tехniкi şüurlа əvəz еtməкdə ittihаm еdir.

ХХ əsrin ахırınа rüfündə pоstmоdеrmizmin təsiri аltındа fəlsəfədə qеriy-кlаssiк mеyllər əhəmiyyətli dərəcədə gücləndi. Bununlа əlаqədаr оlаrаq, pоstmоdеrnist cərəyаnlаrı çох vахt pоstqеriy-кlаssiк istiqаmətə аid еdirlər.

Müаsir Qərb fəlsəfəsinin ən mühüm хüsusiyyətlərindən birini linqvistiк çеvriliş təşкil еdir. Linqvistiк çеvriliş ХХ əsrdə bаş vеrdi; bu çеvrişi dоğurаn səbəblərdən biri mеtаfiziкаnı аrаdаn çаtdırmаq və fəlsəfəni əsl еlmə çеvirməк istəiyndən irəli gəlirdi. Bu hаdisə dərin pаrаdiqmаl хаrакtеr dаşıyır, bеlə кi, о, təfəккür və subyекt pаrаdiqmаsındаn dil və mənа pаrаdiqmаsınа кеçid dеməкdir. Nеоpоzitivizmin dахilində və оnа yахın оlаn fəlsəfi cərəyаnlаrdа (аnаlitiк fəlsəfədə, еlm fəlsəfəsində) linqvistiк çеvrilişin həyаtа кеsməsində L.Vitgеnştеynin «Məntiqi-fəlsəfəi trакtаt» (1912-ci il) əsərinin хüsusi rоlu оldu. Öz tədqiqаtlаrındа Vitgеnştеyn bеlə bir nəticəyə gəlir кi, məhz dil dünyаnın bizdə mövcud оlаn оbrаzını fоrmаlаşdırır. Bu cür yаnаşmа dil, təfəккür və rеаllаq аrаsındакı münаsibətlərə dаir ənənəvi təsəvvürləri rаdiкаl şəкildə dəyişdirir. Vitgеnştеyn iddiа еdirdi кi, höкmlərin (mühакimələrin) struкturu fакtlаrın struкturunu müəyyən еdir.

Linqvistiк çеvriliş fəlsəfə ilə еlm аrаsındа səlаhiyyət sfеrаlаrını dа bir-birindən аyırır: еlm fакtlаr hаqqındа, fəlsəfə isə dil hаqqındа dаnışır. Еlm birbаşа gеrçəкliкlə əlаqədаrdır. Fəlsəfə isə həm еlm dilinin, həm də аdi təbii dilin təhlili ilə bаğlı оlаn iкinci-mеtаlinqvistiк – fəаliyyətdir. Linqvistiк çеvriliş fəlsəfəni оntоlоъi və mеtаfiziк iddiаlаrdаn məhrum еdir. Nеоpоzitivizmə görə mеtаfiziка dildən qеyri – müкəmməl, sui-istifаdə еdilməsi nəticəsində yаrаnmışdır. Bunа görə də fəlsəfənin vəzifəsi höкmləri və yа mətnləri dоlаşıq və məntiqi cəhətdən аydın оlmаynа ifаdələrdən təmizləməкdir.

Аntissеntist cərəyаnlаrdа linqvistiк sеvrilişin həyаtа кеçməsi M.Hаydеggеrin аdı ilə bаğlıdır. О, həyаt fəlsəfəsinə və fеnоmеnоlоgiyаnın bаnisi Е.Hussеrlə istinаd еdərəк yаzırdı кi, «dünyа dildə mövcuddur». Оnun mühакimələrində dil insаn mövcudluğunun fundаmеntаl аtributunа sеvrilir. Fəlsəfənin missiyаsı, Hаydеggеrə görə, dillə dеməli vаrlıqlа, diаlоq hаqqındа mühакimələrdən ibаrətdir, çünкi dil vаrlığın təcəssümüdür.

Fransada meydana gələn strukturalizm qərb fələsəfində linqvistik dönüş xəttini davam etdirdi. Strukturalizm F.de Sossyurun təfəkkür və xarici aləmə qarşı dilin şəksiz üstünlüyə malik olduğunu vurğulayan struktur linqvistikasına söykənir.

XX əsrin ikinci yarısında stiyentist cərəyan zəifləyərək əks istiqamətə yaxınlaşır.

İndi də müasir mədəniyyətin daha nüfuzlu və geniş yayılmış fəlsəfi təlimlərinə nəzər salaq.
III

1925-ci ildə Avstriyada M.Şlikin, R.Karnapın, Q.Feygelin, K.Gyodelin, O.Neyratın, F.Vaysmanın və b. iştirakı ilə Vyana dərnəyi yaradıldı. Bu dərnək İngiltərədə A.Ayerin simasında özünə fəal tərəfdaş və təbliğatçı əldə etdi. Vyana dərnəyinin ideyalarını digər ingilis filosofu Q.Rayl da bölüşdürürdü. Polşada A.Tarski və K.Aydukeviç başda olmaqla fəlsəfə tarixinə neopzitivizm adı altında daxil olmuş Lvov-Varşava məntiqçilər dərnəyi meydana gəlmişdir. O, müasir qərb fəlsəfəsinin əsas cərəyanlarından birinə çevrilmişdir. O, XX əsrin başlanğıcında baş vermiş elmi inqilabın gedişində irəli sürülən aşağıdakı aktual fəlsəfi-metodoloji problemlərin təhlili və həllinin iddiasında idi: elmi təfəkkürün simvolik-işarə vasitələrinin rolu, elmin empirik bazası ilə nəzəri apparatının bir-birinə nisbəti, biliyin riyaziləşdirilməsi və formallaşdırılmasının mahiyyəti və funksiyaları və s.

Fəlsəfə ilə elmi qarşı-qarşıya qoyan neopozitivizmin nümayəndələri hesab edirdilər ki, yeganə mümkün olan bilik xüsusi elmi bilikdir. Onların fikirlərinə görə, ənənəvi fəlsəfi məsələlər psevdoanlayışlar kəsb edən terminlərlə ifadə olunur. Psevdoanlayışların təyinini isə yoxlamaq mümkün deyil (məsələn, “substansiya” anlayışı). Ona görə də ənənəvi fəlsəfi məsələlər neopozitivistlər tərəfindən mənasız metafizika elan olunurdu. Bu mənada neopozitivizm yeni formalarda C.Berkli və D.Yum empirizmi və fenomenalizminin ənənələrinin davamçısı idi. O.Kont və Q.Spenserin klassik pozitivizmindən fərqli olaraq neopozitivizm fəlsəfənin vəzifəsini xüsusi olaraq elmi biliyin sistemləşdirilməsində və ümumiləşdoirilməsində yox, biliyin dil formalarının təhlili üzrə fəaliyyətdə görürdü.

Obyektiv reallığın mövcudluğu və şüurun bu reallığa münasibəti məsələsini düşünülmüş məsələ hesab edən E.Max və R.Avenarius pozitivizminin psixoloji formasından neopozitivizmi fərqləndirən cəhət o idi ki, o, bu problemi fəlsəfi təhlili psevdoməsələlər sahəsinə aparan elmdənkənar metafizika problemi kimi şərh edirdi. Neopozitivistlərin fikrincə, fəlsəfənin predmeti dil, özü də biliyin ifadə forması kimi elm dili, habelə bu biliyin təhlili və onun dildə ifadəsi imkanları üzrə fəaliyyət olmalıdır. Metafizika sadəcə yanlış yox, dilin məntiqi normaları nöqteyi-nəzərdən mənasız təlim elan olunurdu.

Artıq qeyd etdiyimiz kimi, neopozitivizmin əsas ideyaları Vyana dərnəyinin fəaliyyəti çərçivələrində formalaşmışdır. !930-40-cı illərdə xüsusi populyarlıq qazanmış ideyalar məhz burada, ziyalılar, alimlər dairəsində formulə edilmişdir. Bu ideyalardan fəlsəfənin elm dilinin məntiqi təhlilinə müncər edilməsi, məntiq və riyaziyyatın elm dilində formal dəyişikliklər kimi şərh olunması və s. qeyd etmək olar. Bu müstəvidə klassik fəlsəfə və elmi bilik tənqidi təhlilə məruz qalırdı.

Bu baxışlar 1930-cu illərdə bərqərar olmuş və məntiqi pozitivistlərdən və Lvov-Varşava məktəbindən başqa, Münster məntiq qrupunun üzvlərinin, Upsal məktəbinin, bir sıra ABŞ elm fəlsəfəsi nümayəndələrinin (Bricmen, Q.Morris) də qoşulduğu elmi-təşkilati, habelə ideya birliyinin əsasına çevrildi. Lakin artıq 1950-ci illərdə məlum olur ki, fəlsəfi və elmi bilikdən metafizikanın eliminasiya etmək məqsədini güdən inqilab ümidləri doğrultmadı. Məlum olmuşdur ki, klassik metafizika problemləri təkcə insan fəaliyyətinin, insanın mahiyyətinin dərkində yox, həmçinin epistemoloji problemlərin də təhlilində vacib rol oynayır. Bundan başqa, elm dilini tam həcmdə formallaşdırmağın da mümkünsüzlüyü üzə çıxmışdı. Məntiqi pozitivistlər verifikasiya prinsipini modivikasiya etməyə cəhd göstərsələr də, məlum olmuşdur ki, elmi nəzəriyyələrin strukturunda verifikasiya prinsipinin köməyi ilə yoxlanılması mümkün olmayan metafiziki fikirlər var.

Neopozitivistlərin məntiqi və riyazi cümlələrin analitik həqiqət olmaları haqqında fikirləri Kuayn tərəfindən əsaslı tənqidə məruz qalmışdır. Bununla belə elm tarixşünasları Kollinqvud, Koyre və başqaları məşhur təbiətşünasların orijinal mətnlərini təhlil etməklə neopozitivistlərin təklif etdikəri modelin qeyri-adekvat olduğunu sübut etmişdilər. Bu mətnlər metafiziki konstruksiyaların fundamental elmi nəzəriyələrin yaradılmasında mühüm rol oynadığını sübut etmişdi.

Fəlsəfədə antipozitivizm cərəyanları (ekzistensializm, fəlsəfi antropologiya və s.) güclənir. 1950-ci illərdən başlayaraq neopozitivizm anlayışı tədricən “analitik fəlsəfə” analyışı ilə əvəz olunur ki, onun da bir hissəsini linqvistik fəlsəfə təşkil edir. Neopozitivizmin ümumi antimetazifika yönəlişliyini bölüşdürən bu fəlsəfi cərəyanlar dilə verilən sərt məntiqi tələblərdən imtina edirlər. Hətta Mur və yetkin Vitqenşteynin ardıcılları hesab edrilər ki, təhlilin obyekti təbii dil olmalıdır. Bununla fəlsəfi problemlərin dildən düzgün istifadə olunmaması nəticəsində meydana gəldiyini söyləyən neopozitivistlərin ideyası bu təhlil üçün səciyyəvidir.

Neopozitivizm elm fəlsəfəsinə dair müasir araşdırmalara da öz təsirini göstərmişdi. 1960-70-ci illərdə əsasən Popperin ideyalarının təsiri altında postpozitivizm adlanan cərəyan (Lakatos, Feyerabend, Kun, Tulmin və b.) meydana gəlir. “Metafizika”nı reabilitasiya edib neopozitivizmin epistemologiyasını daima tənqid edtsə də, o, yenə də neopozitivizmin o əsas ideyasından çıxış edir ki, elmi nəzəriyyələrin sərbəst şəkildə işləməsinə baxmayaraq elmdə reallıq yalnız biliyin faktual səviyyəsi ilə təmsil olunur. Neopozitivistlərin irsi nəzəriyyəni empirik məlumatlarla əməliyyatların aparılması üzrə xalis linqvistik “alətlər” kimi şərh edən müasir instrumentalizm nümayəndələrinə də öz təsirini göstərmişdir.
IV

Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1859-1914) tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir.

Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan “laboratoriya ruhu”nun ifadəsinə xidmət göstərməlidir.

Onun başlıca məqalələrinin (“Əqidənin möhkəmləndirilməsi” və “Əqidələrimizi necə aydın edək”) əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləridir.

Ümumiyyətlə praqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən “Metafizik klub” adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Pirsin yuxarıda adlarını göstərdiyimiz məqalələri işıq üzü görəndə diqqətdən kənar qaldılar.

1898-ci ildə psixoloq və filosof Uilyam Cem “Fəlsəfi anlayış və praktiki nəticələr” Pirsin ideyalarını dirçəldib inkişaf etdirmiş, onlara sadə formakar vermişdi. Bundan sonra praqmatizm canlı fəlsəfi diskussiyalar predmeti oldu. XX əsrin əvvəllərində praqmatizmə C.Dyui və C.V.Mid də qoşuldular.

Yarandığı andan praqmatizm özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır. Bu fəlsəfədə insanın hərəkətləri ətrafında bütün anlayışlar və konsepsiyaların hərlənib formalaşdığı ox kəsb edir. Əsasən reflektor yox, şüurlu və məqsədyönlü xarakterə daşıyan hərəkət bu və ya digər formada insan həyatının (həyat fəaliyyətinin) əsas formasını təşkil etdiyinidən məhsuldar hərəkəti təmin edən şüur mexanizmləri, təfəkkür srtukturları haqqında məsələ qalxır. Praqmatizmin banisi olan Pirsdə məsələ bu müstəvidə qoyulur. Onun fərqli cəhəti isə onda idi ki, o, idraki fəaliyyəti xarici (obyektiv) aləmə aid etməyib diqqəti sırf daxili , əsas psixoloji proseslərə yönəldirdi.

Pirs bilik yox, bu və ya digər üsulla davranmağa adət etdiyimiz vərdiş kimi anladığı inamdan bəhs edir. Biliyə əks olan anlayış xəbərsizlik, bilməmədirsə, Pirs inama qarşı hərəkətlərin müntəzəmliyini pozan şübhəni qoyur. Artıq (hərəkət nöqteyi-nəzərdən) idrak prosesi bilməmədən biliyə yox, şübhədən inama, özü də subyektiv yox, kollektiv və ya sosial inama keçid mənasını verməyə başlayır. Obyektiv bilik cəmiyyət tərəfindən qəbul olunmuş inam anlayışı ilə əvəz olunur. Həqiqətə gəlincə, o, Pirs tərəfindən hamı üçün əhəmiyyətli olan məcburi inam kimi şərh olunur. Əgər tədqiqat prosesi sonsuz şəkildə davam etsəydi, onda öyrənilən hər məsələ üzrə sonsuz sayda tədqiqatçılar birliyi meydana gələrdi.

İdrakın mahiyyətinin bu cür izahından sonra Pirs elmi anlayışların əhəmiyyətinin yeni şərhini verir. Hər bir hərəkət gələcəyə yönəldiyindən və gələcəyi nəzərdə tutduğundan, Pirs anlayışı keçmiş yox, bu anlayışdan istifadədən meydana gələcək nəticələr baxımından nəzərdən keçirməyin lazım olduğunu bildirirdi. Pirs öz məşhur “prinsipi”ni və ya “praqmatik maksima”sını da aşağıdakı kimi formulə etmişdi: anlayış obyektinin tədqiqatçının fikrincə törədə biləcəyi praktiki nəticələri nəzərdən keçirmiş olsaq, onda bütün bu nəticələr haqqında təsəvvürlər elə məhz obyekt haqqında tam anlayış olacaqdır. “Pirs prinsipi”nin daha lakonik olan digər ifadəsi aşağıdakı kimidir: “bizim hər hansı bir şey haqqında ideyamız onun hissi nəticələrinin ideyasıdır”.

Pirsin başlıca ideyaları Ceymson tərəfindən inkişaf etdirilmişdir. O, bu ideyaları daha səlis təlim şəklinə gətirib onları sadə formada izah etmişdi. Bu, hərdən onun baxışlarının sadələşdirilmiş şərhinə səbəb olurdu. Ceyms praqmatizmi müəyyən bir metod və xüsusi həqiqət nəzəriyyəsi kimi nəzərdən keçirirdi. Metod kimi praqmatizmin təyini hər bir təlimin praktiki nəticələrini aşkarlanmaqla, onları müqayisə edib qiymətləndirməklə fəlsəfi və digər mübahisələri yoluna qoymaq idi. Bu metodu istifadə edən Ceyms, məsələn, materializmlə idealizm arasındakı çoxdankı mübahisəni teizmlə eyniləşdirdiyi idealizmin xeyrinə həll etmişdi. Ceymsə görə, gələcəkdə materializm hər şeyin iflasa uğraması, Yer üzünün və bəşər ruhunun yaratdığı hər şeylə birgə onun məhv olması deməkdir. Ceyms hesab edir ki, bu perspektivlə düşünən heç bir kəs razılaşa bilməz. Əksinə, insana, daha doğrusu, onun ruhuna yaxın əbədi ruhi başlanğıcın olmasını qəbul edən idealizm xilas olacağımıza, insana çox əziz olan ideal və mənəvi dəyərlərin zəfər çalaçağına ümid açır. Ceymsə görə, bu iki konsepsiya arasında seçim onun qəbul etdiyi “inama iradə” prinsipi əsasında həyata keçirilməlidir. Bu prinsipə görə, iki alternativ qərar arasında həyat əhəmiyyətli seçimi sırf rasional əsaslarla etmək mümkün olmadıqda (Ceymsə görə, nəzərdən keçirilən məsələdə vəziyyət elə məhz bu cürdür) seçimi qeyri-rasional, emosional əsaslarla etmək insanın mənəvi hüququdur.

Həqiqət probleminin şərhinə gəlincə, qeyd etmək lazımdır ki, Ceyms həqiqəti fikrin və ya nəzəriyyənin aləmdəki obyektiv vəziyyətə uyğunluğu kimi şərh etmir. O, həqiqəti ideyanın uğurluluğu və ya işqabiliyyətliliyi, insanın öz qarşısında qoyduğu və can atdığı bu və ya digər məqsədə çatmaqda faydalılığı kimi izah edir. Həqiqət və ya ideyanın uğurla işləməsi üçün onu yoxlamaq lazım oduğundan, yoxlana bilmə də həqiqətin tərifinə daxildir. Ceymsin praqmatizmi daha geniş mənada onun metod və həqiqət nəzəriyyəsinin dünyagörüşü əsasları mənasını verir. Bu əsaslara həmçinin onun “radikal empirizm” adlandırdığı təlimi, yəni bəzən “şüur axını”, bəzən də “plüralist kainat” kimi aşılanan universal təcrübə haqqında təlimi daxildir. Kainat Ceyms tərəfindən heç bir qanuna tabe olmayan, təsadüflər itaətində olan, bitməmiş, yeniliklərə açıq olan plastik hadisə kimi şərh olunur. Burada insana öz azadlığını, yenilik eşqini, qeyri-məhdud yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək imkanı verilir.

Radikal empirizm həmçinin istənilən din təcrübəsinin də düzgün olduğunu bəyan edir. Həqiqətin praqmatik nəzəriyyəsi bu cür təcrübəni doğru hesab edir, çünki o, insana böyük pozitiv təsir göstərmək imkanına malikdir. Təcrübənin ayrı-ayrı elementlərdən, qavrayışlardan təşkil olunduğunu bildirən empirik filosoflardan (məsələn, Max) fərqli olaraq Ceyms təcrübəni fasiləsiz şüur axını kimi şərh edir. Bu şüur axınından insan iradi səylər göstərməklə bizim üçün adlarına görə şeylər statusu alan ayrı-ayrı parçaları və ya hissələri qeydə alır.

Ceymsin fikirlərinə görə, bizi özü ilə hesablaşmağa məcbur edən reallıq duyğulardan (mənşəyi naməlum olan duyğulardan), təcrübədə aşkar olunan duyğularla bu hamılıqla təsdiq olunmuş köhnə həqiqətlər arasındakı münasibətlərdən təşkil olunur. Özündə sosial təcrübə aləmini də birləşdirən kainatın natamam olması bu aləmi sonsuz qədər yaxşılaşdırmaq imkanlarını açır. İndi o, hələ kamil olmasa da, Ceymsin fikirlərinə görə, insanlar buna qadir olduqlarına inanıb öz səylərini birləşdirsələr bu mümkütn olacaqdır. Ceyms sosial-siyasi baxışlarında liberal ideyaların müdafiə edir, qəti şəkildə müharibələrə qarşı çıxır.

Con Dyuinin də praqmatizmində təcrübə anlayışı çıxş nöqtəsini təşkil edir. Dyui onu bir tərəfdən insanın təbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdən isə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirir. Dyuiyə görə, fəlsəfə qədim filosofların düşündükləri kimi aləmin gözəlliyindən heyrətə gəlmədən yox, gərgin ictimai həyatın stresslərindən meydana gəlir. Buna görə də onun fikirlərinə görə, fəlsəfənin əsas məqsədi sosial təcrübəni məhz təhlil edib təlmilləşdirməkdir.

Dyui təcrübəni çox geniş şəkildə anlayaraq onu innsanın təbiətə münasibətlərini, bəzən hətta təbiətin özünü də daxil etməklə insan həyatının fəallığı ilə eyniləşdirir. Onun fikirlərinə görə, təcrübə hadisələr və simalar aləmi, təcrübədə qavranılan aləm, habelə insanın fəaliyyəti və taleyi, magiya və mistika, bir sözlə, yaşanılan hər şeydir. Təcrübənin bu şür anlanması onun hansı metafizik əsaslarını axtamaq zərurətini istisna edir. Müasir filosoflar da Dyuinin xidmətlərini elə məhz fundamentalizmin əsaslarını sarsıtmasında görürlər. Başqa sözlə, əvvəlki fəlsəfə bütün, o cümlədən mənəvi hadisələrin hansısa davamlı əsaslarının olmasını düşünürdü.Əksər müasir filosofların fikirlərinə görə, belə əsaslar, və ya “ilkin başlanğıclar” mövcud deyildirlər. Dyuinin özü materializmlə idealizmin bir-birinə əksini Qədim Yunanıstanda əməyin fiziki əməklə əqli əməyə bölgüsündən çıxarır.Dyui hesab edir ki, bu gün materializmlə idealizmi qarşı-qarşıya qoymağa əsas yoxdur. Təcrübəyə uyğun və qeyri-uyğun “mahiyyətlərə” bölgü tanış deyil, yəni təcrübədə fasiləsiz prinsipi təsir göstərməkdədir. Hər bir bölgü nisbi əhəmiyyətə malikdir, buna görə bu və ya digər ideyaların “materializm” və ya “idealizm” halında dondurulması düzgün deyil.

Öz qarşısında sosial təcrübəni, ümumiyyətlə təcrübəni təkmilləşdirmək vəzifəsini qoyan Dyui bu cür rekonsrtuksiyanın üsulları, müvafiq metodun yaradılması məsələsini də qaldırmalı idi. Bu işdə o praqmatik tərzdə şərh olunmuş elmi metoda əsaslanırdı. Bu metod təctübənin müxtəlif sferalarında yaranan konkret problemlərin həlli priyomlarından ibarət idi. Dyuiyə görə, ilk əvvəl hansısa çətinliyin və ya problemli situasiyanın spesifikasını müəyyənləşdirmək tələb olunur. Bundan sonra təklif olunan qərarın bütün mümkün nəticələri nəzəri cəhətdən araşdırılmalıdır. Nəhayət, növbəti mərhələdə o, reallaşdırılmalı və ekdperimentdə yoxlanmalıdır. Lazım olduqda təklif olunan qərar dəyişdirilə bilər. Təklif olunan qərarların heç birisi məlum reseptlərə arxalanmayıb ehkama çevrilməməlidir. Qərar bütövlükdə bu spesifik situasiyanın pzünəməxsus xarakteri ilə şərtlənməlidir. Beləliklə, bütün prosedur sınaq və səhvlər metoduna əsaslanıb eksperiment xarakterini daşıyır. Bu metodun əsas cəhəti isə onun öz-özünü korreksiya etməsidir.

Sosial problemlərin həllinə gəlincə, Dyui hesab edir ki, davranışımızda əvvəlcədən müəyənləşdirilmiş son məqsəd və idealları rəhbər tutmaq niyyətləri çox təhlükəlidir. Problemli situasiya uğurla həll olunduqda, təklif olunan hipotez və ya nəzəriyyə həqiqət hesab olunmalıdır. Şübhəli və ya problemli situasiyanı əvəz etmiş yeni, artıq müəyyən olan situasiya reallıq statusunu əldə edir. Beləliklə, ümumən praqmatizmdə olduğu kimi, Dyuinin konsepsiyasında da idrak prosesi dərk olunan predmeti yaratmasa da, onu başqa şəklə salır, dəyişdirir.

“Elmin metodunun və ya “zəka metodunun” perspektivlərini Dyui cəmiyyətin azad fərdlərə sosial və digər eksperimentlər aparmaq, cəmiyyət həyatını daima yaxşılaşdırmaq üçün ən geniş imknalar açan demokratik quruculuğu ilə əlaqələndirir. Buna görə də “artımın özü yeganə mənəvi məqsəddir”. Əlavə olaraq qeyd etmək lazımdır ki, sosial rekonstruksiyanın ən mühüm prinsipini yalnız sülh vasitələrindən istifadədə görən Dyui hər hansı zorakılığı qəti şəkildə rədd edirdi.


V

Ekzistensializm və ya mövcudluq fəlsəfəsi XX əsrdə bir çox Avropa ölkələrində, habelə ABŞ-da geniş yayılan fəlsəfi cərəyanlardan biridir. Onu baniləri Qərbdə alman filosofları K.Yaspers və M.Haydegger, fransız filosofları Jan Pol Sartr, Qabriyel Marsel, habelə M.Merlo-Ponti və A.Kamyu hesab olunurlar. Personalizm kimi dini fəlsəfi cərəyan da ekzistensializmə yaxındır.

Ekzistensializm akademik doktrina deyil. Onun əsas mövzuları olan insanın mvcudluğu, şəxsiyyətin taleyi, inam və inamsızlıq, həyatın mənası problemləri hər bir rəssama, yazıçıya, şairə tanışdır. Buna görə də bu cərəhyan bir tərəfdən yaradıcı ziyalılar arasında populyarlıq qazanmış, digər tərəfdən də ekzistensialistlərin özlərini incəsənətin dilinə müraciət etməyə təhriuk etmişdir (J.P.Sartr, Q.Marsel). Eksitensializmin dini (K.Yaspers, Q.Marsel, M.Buber) və ateist ( M.Haydegger, Sartr, A.Kamyu, M.Merlo-Ponti) növlərini bir-birindən fərqləndirirlər. Lakin ekzistensializm haqqında ateist sözünü şərti mənada işləymək olar, çünki Allahın öldüyünü bəyan edən bu ekzistensialistlər bununla belə Allahsız yaşamağın mümklün olmadığını qeyd edirlər. Ekzistensialistlər B.Paskalı, Kyerkeqoru, F.M.Dostoyevskini və F.Nitsşeni özlərinin sələfləri hesab edirlər. Ekzistensialistlərə həmçinin E.Qusserlin həyat fəlsəfəsi və fenomenologiyası böyük təsir göstərmişdir.

Fəlsəfədə XIX əsrin sonunda- XX əsrin əvvəllərində yayılmış metodologizmdən və qnoseologizmdən fərqli olaraq ekzistensialistlər ontoloqiyanı (varlıq haqqında təlimi) dirçəltməyə cəhd göstərirlər. Həyat fəlsəfəsinə onu yaxınlaşdırna o cəhətdir ki, ekzitensialistlər varlığı bilavasitə verilmiş kimi dərk etməyə və ənənəvi rasional fəlsəfəinin və elmin intellektualizmini aradan qaldırmağa can atırdılar. Ekzistensialistlərə görə, varlıq nə hisslərimizlə bizə verilən empirik reallıq, nə də elmi təfəkküürün təklif etdiyi rasional konstruksiya , nə də ki, klassik rasionalizmin dərk etdiyi “mahiyyətlər” deyil. Bütün bu hallarda obyektlə subyekt qarşı qarşıya qoyulur. Varlığı yalnız subyektlə obyektin əzəldən ayrılmaz olduğunu intuitiv olaraq qəbul etməklə dərk etmək mümkündür. Lakin həqiqi varlıq qismində təəssüratların özünü qeydə alan həyat fəlsəfəsindən fərqli olaraq ekzistensializm psixologizmi aradan qaldırmağa və sadəcə təəssürat, yəni nə isə subyektiv olan bir şey kimi adlandıra bilməyəcəyimiz bilavasitə təəssüratın nüvəsini tapmağa cəhd edir. Bu kimi nüvə keyfiyyətində ekzistensializm subyekt tərəfindən “dünyada özünün varlığını yaşaması”nı irəli sürür. Burada varlıq mövcudluq, yəni ekzistensiya formasında verilmiş olur. Həyat fəlsəfəsində özünə qapanan “həyat”, təəssürat adlandırılan şeydən fərqli olaraq ekzistensiya açıq olmaqla onun cazibə mərkəzinə çevrilən başqa şeylərə üz tutur. Ekzistensiya heçə üz tutan və özünün müvəqqətiliyini dərk edən varlıqdır. Buna görə də Haydeqqer tərəfindən ekzistensiyanın strukturunun təsvir edilməsi insanın bir-neçə mövcudluq moduslarının (xassələrinin) təsvir edilməsidir. Ekzistensiyanın qayğı, qorxu, qətilik, vicdan və s. kimi modusları ölümlə şərtlkənir. Onlar heçlə müxtəlif əlaqə üsullarını, ona yaxınlaşmanı, ondan qaçmanı kəsb edir. Yaspers qeyd edir ki, məhz sərhəd situasiyalarında (yəni ölüm qarşısında dərin sarsıntı hisslərinin keçirildiyi anlarda) insanın öz dərin köklərinə, ekzistensiyasına gözləri açılır.

Beləliklə, ekzistensiya adlandırdığımız varlığımızın əsas cəhəti onun açıq olmasıdır ki, bunun da ilkin şərti ekzistensiyanın müvəqqəti olmasıdır. Ekzistensiyanın müvəqqətiliyi xalis kəmiyyət olan və onu dolduran məzmuna laqeyd olan obyektiv zamandan fərqlənir. Ekzistensialistlər həqiqi, və ya ekzistensial müvəqqətiliklə (başqa sözlə, tarixi müvəqqətiliklə) ondan törəmə olan fiziki zamanı bir-birindən fərqləndirirlər. Onlar zaman fenomenində gələcəyi bilməni qeyd edir və onu ekzistensiyanın qətilik, layihə, ümid kimi modusları ilə əlaqədə nəzərdən keçirir, bununla da zamanın simasızlaşdırılmış kosmik yox, şəxsi-tarixi xarakterə malik olduğunu və insanıln fəaliyyəti, axtarışları, gərginliyi, gğzləmələri ilə əlaqədə olduğunu qeyd edirlər. İnsanın mövcudluğunun tarixiliyi onda öz ifadəsini tapır ki, o, həmişə özünü “atıldığı” və hesablaşmalı olduğu müəyyən situasiyada tapır. Müəyyən xalqa, təbəqəyə mənsub olma, fərddə bu və ya digər bioloji, psixoloji kefiyyətlərinin olması ekzistensiyanın əzəldən situativ xarakterə malik olmasının, onun “dünyada varlıq” olmasının ifadəsidir. Müvəqqətilik, tarixilik, situativlik ekzistensiyanın sonlu olmasının moduslarıdır. Ekzistensiyanın digər mühüm xassəsi transsendirmə, yəni öz hüdudlarından kənaar çıxmasıdır. Transendnet olan və transsendirmə aktının özü ekzistensializmin müxtəlif nümayəndələri tərəfindən müxtəlif cür şərh olunur. Dini eksitensializm nöqteyi-nəzərindən transsendent olan Allahdır. Sartr və Kamyu bu fikirdədirlər ki, transsendensiya ekzistensiyanın ən dərin sirri kimi çıxış edən heçdir. Transsendent olanı rasional cəhətdən dərk etmək mümkün olmadığından, ona yalnız “işarə etmək” mümkün olduğundan transendent olanın real olduğunu vurğulayan Yaspersin, Marselin və yaradıcılığının yetkin çağlarındakı Haydeggerin əsərlərində simvolik, hətta mifopoetik məqamar (Haydegerdə) üstünlük təşkil edir.Qarşılarında transsendent olanın illüziya olduğunu sübut etmək məqsədəini qoyan Sart və Kamyunun təlimi bu mənada tənqidi, hətta nigilist xarakter daşıyır.

Ekzistensiya və transsendent olan haqqında təlimin sosial mənası şəxsiyyətlə azadlıq konsepsiyalarında açıqlanır. Ekzistensializmə görə, şəxsiyyət məqsəddir, kollektiv isə onu təşkil edən fərdlərin maddi mövcudluğunu təmin edən vasitədir. Cəmiyyət hər bir şəxsiyyət azad mənəvi inkişafını təmin etməli, onu qəsdlərdən müdaifə edən hüquq qaydalarını yaratmalıdır. Lakin cəmiyyətin rolu əslində neqativ səciyyəlidir: onun fərdlər üçün təmin edə bildiyi azadlıq iqtisadi, siyasi və s. azadlıqdır, yəni nədənsə azad olmadır. Əsil azadlıq, yəni “müəyyən şey üçün” azadlıq isə sosial sferanın o biri tərəfində, yəni fərdlərin maddi nemətlərin istehsalçıları, hüquqi münasibətlrəin subyektləri kimi yox, ekzistensiya klimi toqquşduqları mənəvi həyat aləmində başlayır. Cəmiyyət bu arada şəxsiyyəti yalnız məhdudlaşdırır. Buna görə də diqqət ictimai insan yox, fərdi insan üzərində cəmləşir. Sonuncu isə öz-özlüyündə yox, “transsendent olanın” təzahürü kimi əhəmiyyət kəsb edir. Bununla əlaqədar fərdiyyətlə şəxsiyyət bir-birindən fərqləndirilir. Ekzistensializm insanda bir-neçə qatı qeyd edir: təbii, empirik fərdiliyi öyrənən təbii (bioloji, fizioloji, psixoloji) qatı; sosiologiyanın öyrəndiyi sosial qatı; tarix, fəlsəfə, incəsənətin öyrəndiyi mənəvi qatı; və nəhayət, elmi dərki mümkün olmayan, yalnız fəlsəfənin “işıqlandıra” (Yaspers) biləcəyi ekzistensial qatı.

Ekzistensializm nə azadlığı zərurətin dərki kimi şərh edən maarifçi - rasionalist mövqeni , nə də ki azadlığı insanın fitri qabiliyytələrini açıqlanması kimi şərh edən humanist- naturalist mövqeni qəbul etmirlər. Ekzistensializmə görə, azadlığı yalnız ekzistensiya əsasında dərk etmək mümkündür. Ekzistensiyanın strukturu isə transsendensiyada ifadə olunduğuna görə , azadlığın şərhi transsendent olanın şərhinin özündən asılıdır. Marsel və Yaspersə görə, azadlığı yalnız Allahda tapmaq olar. Transsendensiyanı heç kkimi şərh edən Sartra görə isə azadlıq empirik mövcudat kimi şərh olunan varlığa münasibətdə mənfilikdir. İnsan o mənada azaddır ki, o, özünün heç nədən asılı olmayan subyektivliyindən başqa heç nə ilə hesablaşmayıb özü-özünü layihələndirir, yaradır, özünü seçir. İnsan tənhadır, onun heç bir ontoloji “dayağı” yoxdur. Sartrın azadlıq haqqında təlimi ifrat individualizmin ifadəsidir. Azadlıq ekzistensializmdə insanın şəxsiyyət olduğuna görə daşımalı olan ağır yük kimi göz önünə gəlir. O, öz azadlığından imtina da edə, hamı kimi ola bilər. Lakin bunun üçün o,öz şəxsiyyətindən imtina etməlidir. Haydeggerin təlimində insanın daxil olduğu dünya “man” adlanır (alman dilində bu, şəxssiz əvəzlikdir). Bu simasız dünyada hər şey anonimdir. Burada hərəkət subyektləri yoxdur. Hamı “başqalarıdır”. İnsanən özü də özünə münasibətdə “başqadır”. Bu dünyada heç kim heç nəyi həll etmir, buna görə də heç nəyə görə məsuliyyət də daşımır.

Ümumən ekzistensializm tarixi və elmi zəkaya inamını itirmiş XX əsr insanının əhval-ruhiyyəsinin ifadəsidir. Onun tarixi prosesin zəruriliyinə inanan rasionalizmə və klassik idealizmə, eləcə də pozitivizmə qarşı çıxması buna görə də təsadüfi deyil. Nə ilahi qüvvəyə, nə tarixin məntiqinə, nə də elm və texnikanın qüdrətinə inamı olmayan ekzistensializm qüvvyəə yox, zəifliyə, insanın özünə, onun müvəqqətiliynə müraciət edir. Ekzistensializmə görə, bu günkü insan yalnız öz zəifliyində güc tapa bilər. O, əbədi və sonsuz olanın qarşısında yox, ölüm qarşısında həyatın mənasını tapa bilər. Ekzistensializm öz qarşısında insanı özündən kənarda azadlıq tapa bilmək ümidlərindən və bu ümidlərlə bağlı olan büütn illüziyalardna azad etmək, onu öz daxilinə baxmağa məcbur etmək məqsədini qoymuşdu.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin