birincisi: bütün bəşəriyyətə aid olub, bütün ölkələr, xalqlar və sosial təbəqələrin maraq və talelərinə toxunur;
ikincisi: mühüm iqtisadi və ictimai itkilərə gətirir, kəskinləşmə halında isə insan sivilizasiyasının mövcudluğuna təhlükə yarada bilər;
üçüncüsü: öz həlli üçün ümumplanet miqyasında əməkdaşlıq, bütün ölkə və xalqların birgə hərəkətlərini tələb edir.
Qlobal problemlərin miqdarı çox genişdir. Onların ən əsaslarını nəzərdən keçirək:
1.Sülh və tərksilah problemləri, yəni dünya müharibəsinin qarşısının alınması.
2.Ekoloji problemlər, meşəsizlik, səhralaşma, daşqınlar, yanğınlar, və müasir sənayemizin “irsi”: atmosferin və hidrosferin çirklənməsi, ozon “deşikləri”, dünya istiləşməsi və s. nəzərdə tutulur.
3.Demoqrafiya problemləri (əhalinin say tərkibi) və onunla bağlı olan ərzaq problemi.
4.Energetika problemləri. Getdikcə bəşəriyyətin istifadə etdiyi enerjinin miqdarı çoxalır. Nəticədə də atmosferə buraxılan istilik dünya istiləşməsinin səbəblərindən birinə çevrilib.
5.Xammal problemləri.
6. Dünya okeanından (su hövzələrindən ) istifadə problemləri.
7. Kosmosu sülh yolu ilə mənimsəmə problemləri.
Təbiidir ki, qlobal problemlər yalnız bununla tükənmir, əslində onların sayı, qeyd etdiyimiz kimi, çoxdur. Bunlara iri şəhərlərdə həyat şəraitinin getdikcə pisləşməsini, mədəni və mənəvi əxlaqın böhranını, ailədə yüksək adət-ənənənin itirilməsini, təhlükəli xəstəliklərin yayılmasını, terrorçuluğu, narkomaniyanı və s. aid etmək olar.
Qlobal problemlərin ikisi daha təhlükəlidir. Bunlardan biri müharibə və sülh problemi, digəri isə müasir dünyada sənayenin sürətli inkişafının ekoloji baxımdan dağıdıcı xarakter almasıdır.
Bəşəriyyətin qarşısında duran ən kəskin problem müharibə və sülh problemidir. Dövlətlər arasında müharibələr min illər boyu getmişdir. Bunun nəticəsində isə bir çox nəsillərin böyük zəhmətlərinin nəticələri məhv olmuşdur.
Bəşəriyyətin yaratdığı maddi və mənəvi sərvətlərin məhv edilməsi bütün müharibələrin labüd nəticəsidir. Müharibə dövlətlər, siniflər, xalqlar, millətlər arasında mütəşəkkil silahlı mübarizədir, həmin qüvvələr arasındakı əlaqələr və münasibətləri ifadə edən siyasətin zorla həyata keçrilməsidir.Tarixdə müharibələr çoxlu qırğınlar törətmiş, bəşəriyyətə fəlakətlər gətirmişdir. Birinci dünya müharibəsində on milyon nəfər öldürülmüş, bundan iki dəfə çox adam şikəst olmuş, milyonlarla adam aclıq və epidemiyalardan tələf olmuşdur. Ikinci dünya müharibəsində isə əlli mln nəfərə yaxın adam öldürülmüş, on milyonlarla adam yaralanmış və şikəst edilmişdir. Bu dövrdə 82 mln. nəfərdən çox insan həyatı məhv edilmiş, minlərlə şəhər və yüz minlərlə yaşayış məntəqəsi tamamilə dağılmışdır.
Dünyada baş verən müharibələrin tarixi, məhv olmuş insanlar dağılmış kənd və şəhərlər, cəmiyyətə dəymiş iqtisadi ziyan bunların statistikası hamıya məlumdur. Müharibələrin başlanma səbəblərini hər dövlət istədiyi kimi izah etmişdir. Lakin bir ümumi səbəb təkzib edilməzdir: müharibə aparan təcavüzkar dövlət özgə torpaqlarını, o cümlədən həmin ərazinin yeraltı və yerüstü sərvətlərinin ələ keçirməklə guya öz xalqına xöşbəxtlik gətirmək istəmişdir. Əslində isə yeni müharibə üçün əsas yaradılmışdır.
Müasir kütləvi qırğın silahları atom və istilik nüvə bombaları, kimyəvi və bakteroloji silahlar bəşəriyyətin gələcəyi üçün böyük təhlükədir. Dağıdıcı vasitələr nə qədər çox olarsa, dünya müharibəsi təhlükəsi də o qədər güclü olar. Mütəxəssislərin hesablamalarına görə dünya istilik – nüvə müharibəsinin ilk zərbəsi 700 – 800 milyondan çox adamın ölümü ilə bütöv ölkələrin məhvi, yerin səthi və atmosferinin təhlükəli dərəcədə zəhərlənməsi ilə nətizələnə bilər. Dünyada mövcud olan silahlar elə bir dağıdıcı gücə malikdir ki, dünya müharibəsi baş versə sivilizasiya məhv olacaq. Yer planetdə yaşayış üçün biosfer və atmosfer yararsız hala düşəcək. Çernobul qəzasını xatırlayaq, bu, atom müharibəsinin qarşısında adi bir zərrəcikdir.
Müharibə təhlükəsinə, dünya istilik nüvə müharibəsi təhlükəsinə qarşı mübarizə, bütün dünyada sülh uğrunda mübarizə bəşəriyyətin sağlam qüvvələrinin fəaliyyət birliyinin əsas sahəsidir. Müasir dövrdə nüvə müharibəsi təhlükəsinin qarşısını almaq üçün bütün dövlətlərin, birinci növbədə nüvə silahları olan dövlətlərin səylərini birləşdirməsi zəruridir. Çünki, bu dövlətlərdə toplanmış yerüstü ballistik raketlər, dəniz bazalı raketlər, raketlərlə təchiz edilmiş təyyarə və vertolyotlar azmış kimi indi də “strateji müdafiə təşəbbüsü” adı altında kosmosda nüvə silahlarından qorunmaq üçün bazaların yaradılmasına cəhd göstərilir. Kosmik gəmilərin işə salınması və istifadə edilməsində çoxlu bərk tullantılar yaranır, fəzada zərərli tullantılar yığılır və bunlar nəinki, kosmik gəmilərin, hətta təy-yarəçilərin qəzaya uğramasına səbəb olur. Alimlər hesablayıb ki, indi mövcud olan nüvə silahlarının gücü planetimizdəki canlıları 30 dəfə məhv etmək üçün kifayət edər. Hələ bura qeyri-rəsmi mövcud olan silahları da əlavə etsək, dəhşətli mənzərə alınar. Vaşinqtonda keçirilən “Dünya nüvə müharibəsindən sonra” adlı konfransda bu dəhşətli müharibənin törədəcəyi fəlakətlərin nəticələrini belə müəyyən ediblər: zəhərli qazlar və tüstü ilə müşayiət olunan kütləvi yanğınlar; günəş işığını udaraq Yer səthini qaranlıqlaşdıran süni buludların yaradacağı “nüvə gecəsi”; planetin radiasiya balansının pozulması; temperaturun təqribən 40-50 dərəcə aşağı düşməsi ilə yaranan “nüvə qışı”ndan sonra sağ qalan insanların və digər canlıların kütləvi şəkildə məhv olması. Nüvə müharibəsi başlanarsa, burada nə qaliblər, nə də məğlublar olacaq, o, hamının- bütün bəşəriyyətin məhvi ilə nəticələnə bilər.
Hazırda insan özünü və bütün yer kürəsinin məhv edəcək real dünya raket – nüvə müharibəsi təhlükə doğurmuşdur. BMT və hegemon dövlətlər silahların istehsalının dayandırılması və tərksilah uğrunda mübarizə aparmalıdırlar. Bu məqsədlə nüvə silahları və digər kütləvi qırğın silahları tamamilə məhv olunmalı və istehsalı dayandırmalıdr.
Dünyanın bir sıra dövlətləri nüvə silahına malikdir. Bunlara misal olaraq ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Ukrayna, Belarus, Qazaxıstan, İsrail, Hindistan nüvə silahına malikdirlər. Bununla yanaşı bir sıra dünya dövlətləri silahlarının əldə edilməsinə can atır. Bu ölkələrə Brazilya, Argentina, CAR, Kuba, İran, Liviya və Suriya aiddir. Hal – hazırda dünyanın 170 yaxın dövləti nüvə silahını yaymamaq barədə beynəlxalq anlaşmaya qoşulmuşdur. Nüvə tədqiqatlarına nəzarət Beynəlxalq Atom Enerjisi Agentliyinə həvale edilmişdir.
Nüvə enerjisindən xeyirxah məqsədlər üçün istifadə edilsə, o, bəşəriyyətin sonu yox, xilası ola bilər. Çünki mütəxəssislərin hesablamalarına görə, neft, daş kömür, qaz və s. kimi ənənəvi enerji daşıyıcılarının bu cür geniş istifadəsi nəticəsində 70-80 ildən sonra bu ehtiyatlar tamamilə tükənəcək. Energetika böhranı, enerji daşıyıcılarının qıtlığı artıq bir sıra ölkələri bürüyüb. Gələcəkdə də bu böhrandan yeganə çıxış yolu atom enerjisidir. Axı bir stəkan suda olan ağır hidrogen reaksiyaya girərək 300 l benzinin yandırılmasından hasil olan qədər enerji verə bilər. Və bu zaman suyun heç bir kimyəvi dəyişikliyə məruz qalmadığını nəzərə alıb, okeanları gözümüzün qabağına gətirsək, bu enerjinin nə qədər olduğunu təsəvvür belə etmək mümkün deyil.
Dünya ictimaiyyətini narahat edən ən böyük problemlərdən biri də qlobal ekoloji problemlərdir, dünya okeanının, ətraf mühitin çirklənməsi, meşə massivlərinin məhv edilməsidir. Hesablamalar göstərir ki, ildə orta hesabla dünya okeanına 20 mlrd.ton zərərli vasitələr axıdılır. Belə hallar Baltik, Azov, Xəzər və Qara dənizdə tez – tez baş verir. Aralıq dənizinə ildə 1 mln. ton karbohidrat, 600 min ton yuyucu vasitələr, 100 min ton civə axıdılır ki, bu da canlıların məhvinə və ekoloji tarazlığın pozulmasına səbəb olur. Planetimizin 2/3 hissəsini su tutur, bu da atmosferdə olan kimyəvi maddələrin son nəticə çoxunun su hövzələrinə qayıtması ilə nəticələnir. Dəniz və okenların ekoloji vəziyyətinin pisləşməsini çayların ekoloji vəziyyətindən kənarda qala bilməz.
Insan fəaliyyəti nəticəsində hər il atmosferə 20 mld ton karbon qazı buraxılır, bu da xəstəliklərin artması ilə nəticələnir. Yanacaq məhsullarının yandırılması nəticəsində ayrılan karbon oksidləri insan və heyvan orqanizmlərinə çox zəhərləyici təsir göstərir. Mütəxəssislərin hesablamlarına görə, bir gündə təkcə min avtomobil 3.5 ton karbon qazı və 800 kq – a qədər digər kimyəvi maddələr buraxır. Atmosferdəki zərərli maddələr yağış vasitəsilə su hövzələrinə düşdükdə, su hövzələri çirklənir və bu da ətrafdakı insanların və digər canlıların xəstələnməsinə səbəb olur. Çirklənmənin həcminə görə Aralıq dənizi, Atlantik okeanı, şimal zonaları və Şimal dənizi durur.
Gördüyümüz kimi, planetimiz hec zaman bu günku qədər fiziki və siyasi yüklərin ağırlığına məruz qalmamışdır. İnsan hec zaman təbiətdən bu qədər xərac almamışdı və özunun yaratdığı qüvvə qarşısında bu qədər aciz olmamışdı. Ekologiya elminin yaranması da elə məhz ekoloji problemlərin kəskinləşməsi ilə bağlı olmuşdur. Ekologiya elmi bir tədqiqat sahəsi olaraq canlı orqanizmlərin ətraf muhitlə murəkkəb qarşılıqlı təsir kompleksini öyrənir. «Ekologiya» terminini Ernst Hekkel 1866-cı ildə «Ümumi morfologiya» monoqrafiyasında işlətmişdir. Hekkel «ekologiya» deyərkən, müəyyən ərazidə yaşayan heyvanlar və bitkilərin əlaqəsi, onların bir-birinə və yaşadıqları mühitə münasibətləri haqqında elmi nəzərdə tuturdu. Planetimizdə həyatın inkişaf etdiyi bütün təbəqələr də – biosfer, atmosferin bir hissəsi, su mühiti – hidrosfer və yer qabığının üst qatı olan litosfer ekoloqların tədqiqat obyektidir. Eyni zamanda bəşəriyyətin mütərəqqi hissəsi təbiətin mudafiəsinə qalxmışdır. Muasir ekoloji hərəkat öz diqqətini tərəqqinin kəsirləri, inkişafın həddi, maliyyə və texnoloji qərarların çoxunun tutarsızlığı üzərində cəmləşdirir, Yerin təbii balansının bərpa olunması uğrunda cıxış edir.
Son illər Avropa Şurası öz fəaliyyətində ekologiyanı öz daimi obyektinə çevirmişdir. Qabaqcıl millətlərin öz iqtisadiyyatını inkişaf etdirməkdə insan və təbiətin harmoniyası istiqamətində Avropa Şurası bir çox tədbirlər görmüşdür. Bu tədbirlərə aşağıdakıları aid etmək olar:
- təbiətin qorunması üçün həmin sahədə tətbiq olunan vergi sistemində müəyyən güzəştlər edilməsi;
- enerji və ehtiyatlara qənaət yarada bilən texnologiya işləyib hazırlanması və mənimsənilməsi;
- tullantılardan istifadə edilməsi;
- istilik yanacağı ilə havaya karbon qazınm yayılmasmın qarşısmı almaq üçün müəyyən texniki yollar axtarmaq və s.
Hazırda cəmiyyətin enerjiyə olan tələbatımn ödənilməsində başqa mənbəələrdən - küləkdən, günəşdən, dəniz suyunun qabarmasmdan alınan enerjidən istifadənin artmasına üstünlük verilir.
Bütün bunlara görə təbiət – insan münasibətlərində yeni ekoloji təfəkkürün formalaşdırılması, yeni istehlak fəlsəfəsinin yaradılması zərurəti meydana çıxmışdır: ekoloji cəhətdən təmiz ərzaq məhsulları istehlakənın artması, tələbatda bəzi könüllü şüurlu məhdudiyyətlik, heyvanlarm müdafiəsinin inkişafı (ət yeməkdən, xəz geyinməkdən imtina və s.). Lakin göstərmək vacibdir ki, istehlak və istehsal üzrə həyata keçirilən bu gür yeni model hələki, bir neçə inkişaf etmiş ölkə çərçi-vəsində yayıla bilir. Bu ölkələrdə yaşayan əhali dünya əhalisinin 20%-ni təşkil edir.
Qlobal problemlərdən biri də ərzaq çatışmamazlığıdır. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində ərzaq problemi həll edilməz bir problemə çevrilibdir. Həmin ölkələrdə kənd təsərrüfatı əsas sahə olaraq qalır, elmi-texniki tərəqqinin üstünlüklərindən istifadə edilmir, iqtisadi strukturlar zəifdir. Bitkiçiliyə sahibliyin və bitkiçilikdən istifadənin köhnə, geridə qalmış formaları, primitiv aqrotexniki metodlar əmək məhsuldarhğının artırılması imkanlarından qat-qat geridir, əhali artımında isə bütün Avropanı qabaqlayır.
Beləliklə, bütün dünyada aclıqdan korluq çəkənlərin sayı azalmaq əvəzinə sürətlə artır. Belə ki, aclıqdan korluq çəkənlərin ümumi sayı 70-ci illərdə 400 mln., 80-ci illərdə 500 mln. nəfər təşkil etmiş, (Afrikada ərzaq böhranınm kəskinləşməsi ilə), 90-cı illərdə 700 mln. nəfərə çatmışdır. Əfsusla qeyd etmək lazımdır ki, bu proses daimi və kütləvi xarakter daşıyır, hazırda bu, yuxarıda qeyd etdiyimiz kimi, 800 mln-dan çoxdur.
İnkişaf etməkdə olan ərzaq böhranının səbəbinə gəlincə, burada siyasi, iqtisadi, sosial, demoqrafik, aqrar-texnoloji, mədəni-etnik səviyyə və bu kimi müxtəlif, rəngarəng amillər çulgalaşır. Məhz bu problemlərə məcmu halında, vahid-bütöv şəkildə yanaşmaqla ərzaq məsələsini həll etmək olar.
Ekspertlərin hesablamalarına görə, insanların ərzaq məhsulları ilə təchiz olunması üçün kənd təsərrüfatı üzrə elm və istehsalın hazırki inkişaf səviyyəsini qənaətbəxş hesab etmək olmaz. İnsanların ərzaq məhsullarına olan tələbatını ödəmək üçün istehsal üç dəfə artmalıdır. Ona görə də bioloji texnologiyanm sürətlə artırılması tələb olunur. Bu gün bir kalori ərzaq istehsalına 10 kalori enerji sərfı yol verilməz hal kimi qeyd edilir.
Əhali indiki sürətlə hər il yüz milyon nəfər artarsa, hər il bir o qədər taxıl istehsalı artırılmalıdır. Dünyada ərzaq istehsalı problemini həll etməyin müxtəlif hesablama üsulları və proqnozları var. Onların biri becərilən torpaq sahələrinin genişləndirilməsidir. Yapon alimi İ.Kuxikoya görə, becərilən torpaqların sahəsi 3,9 mld hektara, ingilis alimi Bernala görə, 2,7 mld hektara çatdırmaq lazımdır. Lakin bəzi alimlərin hesablamalarına görə, dünya üzrə yaxın 25 ildə torpağın eroziyalaşması bütünlükdə istehsalın həcminin 20 faiz azalmasına, neft, qaz, uran ehtiyatlarımn isə 2100-cü ilədək praktiki olaraq tükənməsinə səbəb olacaqdır. Məhşur Brazilya iqtisadçılarının hesablamalarına görə hazırda bəşəriyyət 6,5 milyard torpaq sahəsi becərə bilər. Lakin indi cəmi 800 milyon hektardan bir az artıq torpaq sahəsi becərilir. Rus alimi L.İ.Prosolov isə göstərir ki, elmi – texniki inqilabın bütün imkanlarından faydalanmaqla qurunun 2/3 hissəsini yaxud 11 milyard hektara qədərini yararlı vəziyyətə gətirmək mümkündür.
Bəşəriyyətin ən ümumi prоblеmləri sırаsınа bu gün qlоbаl təhlüкə хаrакtеri аlmış cinаyətкаrlıq prоblеmi də аiddir. Bеynəlхаlq tеrrоrizm, nаrкоtiк və silаh аlvеri ХХ əsrin sоnundа millətlərüstü səviyyəyə çıхmışdır. Milli iqtisаdiyyаtın blокаdаyа аlınmаsı, həttа оnun dаğıdılmаsı üçün şərаit yаrаdаn virtuаl mаliyyə prоblеmi, хüsusən də «vаlyutа (dоllаr) suvеrеnliyi» prоblеmi də bu gün sivilizаsiyаnın böhrаnını dərinləşdirən аmillərdəndir.
Beləliklə, gördüyümüz kimi, bütün qlobal problemlər bir-biri ilə sıx əlaqədardır və ona görə də hamısı öz həllini gözləyir. Bunun üçün də bəşəriyyət birləşib bir yerdə çalışmalıdır.
Dövrumuz bizə nə verəcək – yeni problemlər və ya rahat gələcək? Bəşəriyyət 150, 200 ildən sonar necə olacaq? Görəsən, insan oz zəkası və arzusu ilə, özunu və bizim planeti başımız ustundə duran bir çox təhlükələrdən xilas edə biləcəkmi? Bu suallar, şübhəsiz, bütün insanları narahat edir, bəşəriyyətin gələcəyi diqqət mərkəzində dayanır, bu da gələcəyin proqnozlaşdırılmasının fəlsəfi-metodoloji problemlərini xususi bir qrup kimi təsnif etməyə əsas verir. Qeyd etmək lazımdır ki, bu aspekt «gənc futurologiya elminin» kövrək məqamlardan biridir. Bu problemin işlənməsi bəşəriyyətin inkişafının muasir mərhələləsində mədəni inkişafın ən vacib tələblərindən biridir. Alimlər razılaşırlar ki, «səhvi görmək və düzəltmək» prinsipi ilə yeridilən hər yerdə qəbul edilmiş siyasət səmərəsizdir. «İrəlicədən görmək və qarşısını almaq» - yeganə realist yoldur. Gələcəkdə aparılan tədqiqatlar bütün dünya ölkələrində insanların tələbatlarını ödəmək və ekoloji prosesləri pozmamaqla nəhəng təbii qövvələrin və ehtiyatların mübadiləsini necə istiqamətləndirmək sualına cavab verəcəkdir.
1968-ci ildən başlayaraq italiyalı iqtisadçı Aurelio Peççei dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu mütəxəssisləri sivilizasiyamızın gələcəyini müzakirə etmək ücün hər il Romaya dəvət etməyə başladı. Bu toplantılar «Roma klubu» adı altında şöhrət qazandı. Bu, bəşəriyyətin qlobal problemlərini araşdıran beynəlxalq ictimai təşkilatdır.
Bu kluba 30 ölkənin 100 – dən artıq elmi – ictimai xadimi və işgüzar adamları daxildir. Roma klubu alimlərinin fikrincə, qlobal problemlər insanın təbiətdən daha qəddarcasına istifadə etməsinin, ETT – nin daha çox mənfəət götürmək məksədlərinə tabe edilməsinin, ekoloji tarazlığın pozulmasının, ictimai inkişafa kortəbilik və təsərrüfat quruculuğunda pozğunluq, uzun zaman davam edən müstəmləkəçilik siyasətinin hərbiləşmənin və s nəticəsidir. Başqa sözlə, müasir dövrün qlobal problemləri – XX əsrin ikinci yarsındakı sosial – iqtisadi inkişafın və elmi – texniki tərəqqinin kortəbiiliyi və qeyri bərabərliyinin təbii – tarixi nəticəsidir.
1972-ci ilin yazında «Roma klubu»nun ilk kitabı – «Artımın hədləri» işıq üzü gördu. XX əsrin 80-ci illərinin ortalarında «dünya modeli» adını almış 15 qlobal proqnoz verilmişdi. Onlardan ən məşhurları bunlardır: J.Forresterin «Dunya dinamikası», D.Medouz və J.Forresterin yazdıqları «Artımın hədləri», M.Mesarovic və E.Pestelin «Bəşəriyyət dönuş məntəqəsində», A.O.Erreranın «Baricolenin Latın Amerikası modeli», V.Leontyevin «Dunya iqtisadiyyatının gələcəyi», «Dunya 2000 ildə. Prezidentə məruzə» və başqaları. Sistemli analiz əsasında qlobal proqnozlaşdırmanın banisi və atası sayılan Amerika alimi J.Forrester hesab edilir. Əhalinin sayı və ətraf mühitin çirklənməsi kimi 2 əsas amili nəzərə almaqla, cəmiyyətin iqtisadi inkişaf modelinin variantlarını hazırlamaq üçün riyazi usullardan və EHM istifadə etmək cəhdi J.Forresterin danılmaz xidmətidir. J.Forrester öz işinin əhəmiyyətini onda görürdü ki, bu iş «gələcəyin alternativlərini tədqiq etməyə qərarlı olanlarda mövcud problemlərin təcili həll olunması hissini yaradacaq və onların işini effektiv şəkildə yönəldəcək». Həqiqətən, J.Forresterin davamçıları məktəbi yarandı. Roma klubunun toplantılarında ilk qlobal proqnoz – «Artımın hədləri»- hazırlandı. Onun müəllifləri D.Medouzun rəhbərliyi altında dunyanın dinamik modelini yaradaraq, istinad məlumat komponentləri kimi buraya əhali, kapital qoyuluşu (fondlar), məkan, çirklənmə, təbii ehtiyatların istifadə edilməsini daxil etdilər. Müəlliflərin fikrincə, məhz bu göstəricilər dünya sistemində baş verən dəyişkənliklərin dinamikasında mühüm movqedə dayanır.
Növbəti model M.Mesarovic və E.Pestelin «Bəşəriyyət dönuş məntəqəsində» daha çox əsaslandırılmışdı. Məsələ yalnız onda deyil ki, burada iqtisadi, sosial və siyasi proseslər, ətraf mühitin və təbii ehtiyatların vəziyyəti mürəkkəb çoxmərtəbəli ierarxik sistem kimi verilmişdir. Müəlliflər dünyaya amorf tam kimi yox, bir-birindən fərqli, lakin qarşılıqlı təsirdə olan regionlar sistemi kimi baxır. Mesarovic və Pestel belə hesab edirlər ki, əgər cəmiyyət onların planetlər sisteminin bütün hissələrinin tarazlaşdırılmış inkişafına – «üzvi inkişafa» kecid tövsiyyələrinə əməl etməsə, bəşəriyyət gələcəkdə tədricən bütün planeti əhatə edən, uzun sürən ekoloji, enerji, ərzaq, xammal, demoqrafik böhranlar ilə uzləşəcək.
BMT-nin ətrаf mühit və inкişаf üzrə коmissiyаsı (MКОSR) «Bizim gələcəyimiz» аdlı məruzəsində (1987) «Dаvаmlı inкişаf коnsеpsiyаsı»nı irəli sürmüşdür. Bu коnsеpsiyа BMT-nin 1992-ci ildə Riо-dе-Jаnеyrоdа çаğırılmış коnfrаnsının sənədlərində ətаflı işlənmişdir. Коnsеpsiyа ХХI əsrin bеynəlхаlq münаsibətlərində dövlətlərin dаvrаnış коdекsini кəsb еdi. Коnsеpsiyаnın mərкəzi idеyаsını qlоbаl prоblеmlərin кəsкinləşdiyi bir dövrdə insаnlаrın mənаfеləri və tərəqqi məsələləri təşкil еdir. Dаvаmlı inкişаf коnsеpsiyаsının хüsusiyyətlərindən biri оndаdır кi, burаdа екоlоji prоblеmlər аrtıq tехniкi prоblеmlər кimi dеyil, sоsiаl prоblеmlər кimi səciyələndirilir. Yохsulluğun bütün təzаhürlərini аrаdаn qаldırmаq məqsədini güdən sоsiаl inкişаf bəşəriyyətin gələcəк inкişаfının əsаsı еlаn оlunur.
Dаvаmlı inкişаfın həyаtа кеçirilməsində qlоbаl idаrəеtmə аspекtinə çох mühüm əhəmiyyət vеrilir: 1) sоsiаl inкişаfın əsаs аləti кimi sоsiаl özgələşmənin bütün fоrmаlаrının аrаdаn qаldırılmаsınа, intеqrаsiyа və sоsiаl müdаfiənin təmin еdilməsinə yönələn bеynəlхаlq siyаsət göstərilir; 2) qlоbаl prоblеmlərin həlli üçün qlоbаl bеynəlхаlq tərəfdаşlıq ruhundа əməкdаşlığın zəruriliyi vurğulаnır. Qeyd olunur ki, qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır.
Dostları ilə paylaş: |