Mövzu 7. Korporativ idarəetmədə maraqlı tərəflərin rolu Korporativ idarəetmə şirkətlərin istiqamətləndirilməsi və nəzarəti işində struktur və prosesləri əhatə edən münasibətlər sistemidir. Bu struktur və proseslər rəhbərlik, müşahidə şurası, nəzarət paketi və azlıq təşkil edən səhm sahibləri, digər maraqlı tərəflər arasında münasibətləri tənzimləyir. Yaxşı təşkil edilmiş korporativ idarəetmə həmçinin hesabat sisteminin təkmilləşdirilməsinə və nəticədə şirkətin məsul işçiləri tərəfindən aldatma və ya qanuna riayət etməmək halları ilə bağlı riskin azaldılmasına kömək edir. Effektiv idarəetmə sistemi tətbiq edilən qanun və müddəaların yerinə yetirilməsinin təmin edilməsinə kömək etməli və gələcəkdə şirkətlərə baha başa gələn qanunvericilikdən uzaq olmağa kömək edəcəkdir. Korporativ idarəetmə-şirkətin rəhbərliyi, müşahidə şurası, səhmdarları və digər maraqlı şəxslər arasında qarşılıqlı münasibətlər kompleksidir. Korporativ idarəetmə sistemi isə şirkətin idarə edilməsi və ona nəzarət üçün nəzərdə tutulmuş struktur və proseslərdən ibarətdir. Şirkətlərdə Korporativ idarəetmənin əsas məqsədi ədaləti, şəffaflığı, qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail olmaqdır. Dünya Bankının(WB) istifadə etdiyi anlayışa görə: “Korporativ idarəetmə özündə qanunvericiliyi, qanunvericilik aktlarını, özəl sektordakı işgüzar təcrübəni birləşdirir. Bu da şirkətlərə maliyyə və kadr resursları cəlb etməyə, təsərrüfat fəaliyyətini uğurla həyata keçirməyə, beləliklə də öz səhmdarları üçün uzunmüddətli dəyər yaratmaqla və təsisçilərinin maraqlarına riayət etməklə fəaliyyətini davam etdirməyə imkan yaradır”. Əgər, hər hansı bir şirkət güclü rəqabət mühitində fəaliyyət göstərmək, gəlir əldə etmək və inkişaf etmək istəyirsə, buna yalnız effektiv korporativ idarəetmə sistemi vasitəsilə nail olmaq mümkündür. Beynəlxalq iqtisadi qurumların araşdırmalarına əsasən Effektiv Korporativ İdarəetmənin (EKİ) 4 əsas prinsipi fərqləndirilir:
dürüstlük: sərmayədarlar öz əmlaklarının, sərmayələrinin etibarlı qorunmasından əmin olmalıdırlar;