Mövzu 1: Fənnin predmeti və vəzifələri


Mövzu 9: Korporativ İdarəetmə Standartlarının tətbiqi mexanizmi



Yüklə 248,44 Kb.
səhifə38/50
tarix19.06.2022
ölçüsü248,44 Kb.
#61794
1   ...   34   35   36   37   38   39   40   41   ...   50
referat 3332 (1)

Mövzu 9: Korporativ İdarəetmə Standartlarının tətbiqi mexanizmi
90-cı illərin əvvəllərindən başlayaraq dünya ölkələrində investisiya resurslarına tələb və onun əldə olunması üçün rəqabətin kəskin artımı baş vermiş, bununla da yeni maliyyə mənbələrinin axtarılmasına zərurət yaranmışdır. Bununla belə, keçid iqtisadiyyatı ölkələrində yaranmış ciddi böhran, Qərb ölkələrində baş vermiş korporativ qalmaqallar investorları öz maliyyə vəsaitlərinin yerləşdirilməsinə daha ciddi diqqət yetirmələrinə sövq etmiş, eyni zamanda investisiya mühitinin qiymətləndirilməsinə daha həssas yanaşma zərurətə çevrilmişdir. Belə bir şəraitdə şirkətlərdə korporativ idarəetmənin təşkilinin qiymətləndirilməsi ön plana çəkilmişdir. Korporativ idarəetmənin ümumi üslub və prinsiplərinin formalaşmasında təkcə dövlət orqanları deyil, həmçinin qeyri-hökumət (ictimai, sahibkarlıq və s.) təşkilat və qrupları da iştirak edirlər. Əgər dövlət orqanlarının fəaliyyəti ilk öncə şirkətin fəaliyyəti haqqında məlumatların açıqlanması üzrə müəyyən standartların məcburiliyinin möhkəmləndirilməsi, səhmdarların hüquqlarının müdafiəsi, onlara bərabər münasibətin təmin edilməsi və digər maraqlı tərəflərin mənafelərinin nəzərə alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmişdirsə, işgüzar dairələrin və digər qeyri-hökumət strukturların fəaliyyəti isə işgüzar cəmiyyətin əksəriyyəti tərəfindən könüllü şəkildə qəbul edilə biləcək, eyni zamanda milli xüsusiyyətləri nəzərə almaq şərtilə beynəlxalq prinsiplərə uyğun korporativ idarəetmə qayda və prosedurlarının yaradılmasına istiqamətlənmişdir. Bu cür iş prinsipinin nəticəsi olaraq müxtəlif ölkələrdə korporativ idarəetmə məcəllələri tərtib olunmağa başlanmışdır. Bunların arasında 1991-ci ildə Böyük Britaniyada Maliyyə İnformasiyaları üzrə Şura, London Fond Birjası və mühasibat işçilərinin professional ittifaqından ibarət Komitə tərəfindən hazırlanmış "Kedberi Məcəlləsi", 1998-ci ildə dünyanın ən iri pensiya fondu olan Kaliforniya İstefada Olan Mülki İşçilərin Pensiya Fondu tərəfindən hazırlanmış "ABŞ-da korporativ idarəetmənin əsas prinsipləri və istiqamətləri", 1999-cu ildə Maliyyə bazarları üzrə Komitə tərəfindən hazırlanmış "Yunanıstanda korporativ idarəetmə prinsipləri", 2000-ci ilin yanvarında korporativ idarəetmə üzrə alman işçi qrupu tərəfindən hazırlanmış "Almaniya korporativ idarəetmə sistemi üçün ən yaxşı təcrübə" Məcəlləsinin adlarını çəkmək olar. Korporativ idarəetmə standartları (prinsipləri, məcəlləsi, tövsiyələri) - ən yaxşı korporativ idarəetmə təcrübəsinə uyğun olaraq təsərrüfat cəmiyyətlərinin idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini müəyyən etməklə, onların işinin effektiv təşkili və səhmdarların hüquqlarının qorunması üçün zəmin yaratmaqla cəmiyyətin şəffaf fəaliyyətinin təmin olunmasına dair qaydaları təsbit edən sənəddir. Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl müəssisələrin idarəetmə sisteminin təkmilləşdirilməsində müasir beynəlxalq standartların tətbiqi məqsədi ilə Azərbaycanın Korporativ İdarəetmə Standartlarının hazırlanmasına ehtiyacı görülmüş və bunun üçün İqtisadi İnkişaf Nazirliyinin nəzdində dövlət orqanları, şirkətlər və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət müvafiq İşçi Qrupu yaradılmışdır. Azərbaycanın Korporativ idarəetmə Standartları Azərbaycan Respublikasının qanunvericiliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1999-cu ildə ilk dəfə qəbul etdiyi və 2004-cü ildə yenidən baxılaraq daha da təkmilləşdirilən Korporativ İdarəetmə Prinsipləri və bu sahədə mövcud olan beynəlxalq standartlara əsaslanaraq hazırlanmışdır. İlkin olaraq Standartlara riayət etmək könüllü şəkildə həyata keçirilir. Dünya təcrübəsində sonradan "riayət et və ya izah et" prinsipinin tətbiqi məsləhət görülür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər Standartlara riayət etməlidirlər, əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar.
Standartların strukturu 8 fəsildən ibarətdir:
1. Səhmdarların (iştirakçıların) ümumi yığıncağı
2. Səhmdarların hüquqları
3. Müşahidə şurası
4. İcra orqanı
5. Maliyyə hesabatlığı, şəffaflıq və məlumatların açıqlanması
6. Daxili nəzarət sistemi, daxili audit funksiyası və risklərin idarə edilməsi
7. Korporativ idarəetmə üzrə müşavir
8. Maraqlı tərəflər
Hazırda dünya miqyasında korporativ idarəetmə sahəsində gedən sürətli inkişaf və islahatları nəzərə alaraq, gələcəkdə Standartların strukturunda və ya tərkibində dəyişikliklər ola bilər. İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda investisiya mühitinin cəlbediciliyini daha da artırmaq üçün yerli özəl və dövlət müəssisələrində qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiqinin ən yaxşı şəkildə həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Yüklə 248,44 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin