Missiyanın hazırlanması və ifadəsi. Bütün təşkilata münasib olan missiyanı qısa və yığcam formada ifadə etmə ümumi məqsəd hissi yarada və gələcəkdə resursların bölüşdürülməsi zamanı prioritetlərinin müəyyənləşdirilməsi və qərarların qəbulunda əldə əsas kimi tutulacaq prinsipləri təyin edə bilər. Eyni zamanda səhv formalaşmış müddəa, xüsusən də “ana məhəbbəti və alma piroqundan” başqa heç nə ifadə etməyən müddəalar təşkilata faydadan çox zərər gətirə və işçilərin, menecerlərin və hətta müştərilərin də rişxənd hədəfinə çevrilə bilər. Huley və başqaları(Hooley et al., 1992) missiyanın səmərəli ifadə edilməsi elementlərini nəzərdən keçirirlər. Səmərəli ifadə olunan missiya aşağıdakıları əhatə etməlidir:
Strateji məqsəd (bax. Hamel and Prahald, 1989) və yaxud nəzərə alına bilinən gələcəkdə təşkilatın nə əldə etmək istədiyinin təyini. Hamel və Prahald Komatsu kompaniyasının (yerqazan avadanlıqlar istehsalçısı) strateji məqsədinin Caterpilları “küncə sıxışdırmaq” və Apollo amerikan kosmik proqramının strateji məqsədinin isə “Şuradan qabaq Aya insanın çıxarılması” misallarını çəkir. Gələcək məqsədin yuxarıdakı misallarda olduğu kimi heç də həmişə rəqabətli olması zəruri deyil. Universitet kimi təşkilatların gələcək niyyəti bir sıra layiqli sosial məqsədlərin əldə edilməsi olmalıdır. Xeyriyyə təşkilatlarında isə, bu, konkret insan və ya canlı qrupunun yaşayış keyfiyyətinin yüksəldilməsi ola bilər.
Aparılan bütün əməliyyatlara mənəvi-etik tərz verən təşkilatın dəyərləri göstərməlidir. Qərargahı Yeni Zelandiyada olan çoxmilli korporasiya Fletcher Challenge öz məqsəd müddəasında dəyərlərini aşağıdakı kimi verir: Fletcher Challenge kompaniyası öz işində vicdanlılılıq mövqeyində duracaq, insana istiqamətlənmiş idarəetmə stilindən istifadə edəcək, fəaliyyətində şəffaflığa, ünsiyyətə, öhdəliliyə, innovasiyaya və hakimiyyətin mərkəzsizləşdirilməsinə, məsuliyyətliliyə, hesabatlılığa əsaslanacaq”. Əgər belə bəyanat verilibsə, onda ona mütləq riayət edilməlidir. Birləşmiş Krallığın “yüksək mənəvi dəyərlərə malik xarici siyasəti” ayrı-ayrı şərhçilərin əxlaqi cəhətdən şübhəli hesab edə biləcəkləri xarici rejimlərə verdikləri dəstəyə görə çox tənqid edilir. Təşkilatın fərqli bacarıqları aydın surətdə ifadə olunmalıdır; onlar dəqiq surətdə müəyyənləşdirməlidirlər ki, təşkilatın eyni tip təşkilatdan fərqi nədir,- həmin təşkilatın fərqləndirici mahiyyəti nədir. Bir çox təşkilatlar üçün bunun edilməsi elə də asan olmasa da, bu, mütləq edilməlidir. Təşkilat öz fərdiliyini və nə üçün ayrıca təsərrüfat subyekti kimi fəaliyyət göstərdiyini izah etməli və onda hansı xüsusiyyətlərin olduğu suallarına cavab verməlidir. Təşkilatın xidmət göstərmək istədiyi məqsəd müştərilərinə və xidmət göstərilməsi planlaşdırılan müştərilərin tələbatlarına və ya funksiyalarına görə bazarın müəyyənləşdirilməsi. Pərakəndə ticarət mağazası olan Mothercare açıq şəkildə bazarın bir hissəsinə istiqamətlənib və onun şüarı da bunu göstərir: “hər şey gələcək ana və uşaqlar üçün”. Riçard Brenson kimi(Virgin) bir çox uğurlu sahibkarlar öz bizneslərini məqsəd müştəriləri və onların ehtiyaclarının dəqiq müəyyənləşdirilmək və məhsullarının aid olduğu bazar sahələrində onlara xidmət etmək əsasında qurmuşlar. Nəhayət, missiya təşkilatın bazarda tutduğu və ya tutmaq istədiyi vəziyyəti dəqiq müəyyənləşdirməlidir. Bu təşkilatın xüsusi vərdiş və bacarıqları ilə bazarın müəyyənləşdirilməsi arasında bağlılığın nəticəsidir. Təşkilatın həddən artıq məhdud müəyyənləşdirilməsi təhlükəlidir. O təkcə məqsəd bazarlarını göstərməməli, həm də xidmət göstərilən fəaliyyət növlərini əhatə etməlidir. Öz fəaliyyətini ancaq fotokimyəvi metodlarla əldə edilmiş təsvirlərin saxlanılması rakursundan müəyyənləşdirən fotoaparat istehsalçıları təsvirlərin əldə edilməsinin və saxlanılmasının rəqəmsal vasitələri tərəfindən olan risk və təhlükəni inkar edirlər. Fəaliyyət növünün müəyyən edilməsi zamanı əsas məsələ təkcə kompaniyanın təqdim etdikləri deyil, həm də müştərilərin rəylərinin nəzərə alınması vacibdir.
Levitt(Levitt, 1960) kompaniyaların uzaqgörməz təsəvvürlər əsasında öz bizneslərini müəyyənləşdirməsinə dair çoxlu misallar çəkir. Dəmir yolu biznesi ilə məşğul olanlar düşünürdülər ki, onlar nəqliyyatda deyil, dəmiryol biznesində fəaliyyət göstərirlər. Elə buna görə də onlar alternativ nəqliyyat növlərini nəzərə ala bilmədilər. Neft sənayesi biznesi ilə məşğul olanlar düşünürdülər ki, onlar enerji istehsalı və satışı biznesində deyil, neft istehsalı biznesində fəaliyyət göstərirlər. Biznesin müəyyənləşdirilməsi zamanı (məhsul və ya xidmətin) fiziki xüsusiyyətlərə həddən artıq diqqət göstərərək səhv edilməməli və müştərilərin əldə etdiyi məcmu məhsul və ya xidmətlər və onlarla əlaqədar faydalar öyrənilməlidir. Bu bölmənin əvvəlində qoyulmuş “Biz hansı biznesdə fəaliyyət göstərmək istəyirik?” sualına cavab vermək nisbətən daha çətindir. Burada təşkilatın seçim variantları dərin təhlil olunmalı və ümumiyyətlə dünyanın, xüsusən də kompaniyanın bazarının nə cür dəyişəcəyini başa düşülə bilməsi vacibdir.Biznesin stratejı planlaşdırılması: Nədən başlamalı? Bazar iqtisadiyyatı şəraitində işləyən hər hansı firma öz məhsullarının vaxtında satışını daim mənfəət təminatı kimi təmin etməyə çalışır. Bunun üçün o, a) bazarın konyunkturuna; b) rəqabətə; c) özünün resurs imkanlarına adekvat olan uzunmüddətli fəaliyyət proqramını işləyib hazırlayır. Bu cür proqram firmanın strategiyasını əks etdirir. Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. «Strategiya» termini yunan dilindən tərcümədə «stratos» – ordu və «ado» aparıram sözlərini bildirir. Hərbi terminologiyanın idarə edilməsində görünür, sahibkarlığın döyüş xarakterini bir daha təsdiq edir. Strategiya – çoxcəhətli anlayışdır. Onun ən mühüm xüsusiyyətləri kimi aşağıdakı tərifləri vermək olar ki, bunlar bu anlayışın mahiyyətinə tamamilə cavab verirlər:
• son nəticənin əldə edilməsi vasitəsi;
• təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi;
• firmanın fəaliyyətinin bütün əsas aspektlərinin əhatə edilməsi;
• firmanın bütün planlarının bir-birinə uyğunluğununun təmin edilməsi;
• hərəkət planı;
• mühafizə, yəni rəqabət mübarizəsində qələbəyə yönəldilmiş hərəkətlər kimi nəzərdən keçirilir;
• hərəkətlərin ardıcıllığı, yəni plan reallaşmaya bilər, lakin hərəkətlərin ardıcıllığı hər halda təmin edilməlidir;
• ətraf mühitdə mövqe, bu, öz əhatəsi ilə əlaqə deməkdir;
• perspektiv, yəni cəhd etdiyi vəziyyəti qabaqcadan görmək;
• firmada işin təşkilinin güclü və zəif tərəflərinin analizinin nəticəsi və onun inkişafının imkan və əngəllərinin müəyyən edilməsi;
• ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqcadan hazırladığı reaksiya.
Firmanın inkişaf strategiyasının hazırlayarkən, onun bir sıra tələblərə cavab verməsinə nail olmaq vaciblir:
• nail olunması ümumi iş üçün həlledici olan əsas məqsədlərdən ibarət olmalı;
• koordinasiya edilmiş rəhbərlik bildirilməli;
• mütərəqqi təşəbbüsə kömək olmalı;
• başlıca qüvvələr lazımi yerdə və lazımi vaxtda cəmləşməli;
• zəmanətli resursları təmin etməli;
• maksimum nəticə əldə edilməsi zamanı resurslardan minimum istifadə üçün taktiki hərəkətlərin çevikliyini nəzərdə tutmalıdır.
Strategiya arzu olunan məqsədlərin sadə tərifi və onların həyata keçirilməsinin razat üsulları ola bilməz. Arzu olunanı gerçək hesab etmək hələ strategiyanı işləyib hazırlamaq demək deyil. Strategiya arzulardan deyil, firmanın real imkanlarından doğmalıdır. Ona görə də, strategiya, hər şeydən əvvəl, firmanın öz fəaliyyətinin obyektiv xarici və daxili vəziyyətinə reaksiyasıdır. İnkişaf strategiyasının əsaslandırılması prosesi xarici və daxili təsərrüfatçılıq mühitinin nəticələrindən asılıdır, hər şeydən əvvəl, bazarın tələblərinin üzə çıxarılması və onların yerinə yetirilməsi üçün firmanın imkanlarının müəyyənləşdirilməsi ilə şərtləndirilir. Firmanın inkişaf strategiyası gələcəkdə onun bazarda yaşamaq qabiliyyətini təmin edəcək yanaşmalar kompleksinin işlənib hazırlanmasını nəzərdə tutur. Yalnız inkişaf strategiyası və onun firmanın strateji planı formasında sənədlə təsdiqi qəbul edildikdən sonra həmin firma marketinq və istehsal sahəsində öz planlarını əsaslandırmağa başlayacaq, idarəetmənin təşkilati strukturunu quracaq, investisiyaların ölçüsünü müəyyənləşdirəcək, personalın əmək haqlarını müəyyən edəcək və s.
Dostları ilə paylaş: |