Radioaktiv, kimyəvi zəhərlənmə zonalarında,
bakterial zəhərlənmə ocaqlarında əhalinin
davranış və fəaliyyət qaydaları.
Radioaktiv maddələrlə zəhərlənmiş ərazidə əhalinin mühafizə və davranış
rejimləri radiasiyasının səviyyəsindən asılı olaraq mülki müdafiə tərəfindən
müəyyən edilib elan olunur. Məqsəd adamların təhlükəsiz dozadan artıq
şüalanmaya məruz qalmalarının qarşısını almaqdır. Radiasiyadan mühafizə rejimi-
zəhərli sahədə adamların ardıcıl olaraq əvvəlcə radiasiya daldanacağından,
bundan sonra isə adi binalarda qalması və mühafizə vasitələri işlətməsi
müddətlərini təyin edir.
Zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda adamlar hökmən
fərdi mühafizə vasitələrini işlətməli, 2 saylı radiasiyadan mühafizə dərmanını (Aİ-2
apteçkasından) içməlidirlər. Təhlükəsizlik vasitələrini çıxarmaq, açıq əllə ətrafdakı
əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmmaq, hərəkət və iş vaxtı toz
qaldırmaq, açıq yerlərdə yemək yemək, su içmək, paltarı, ayaqqabları çöldə
təmizləmədən yaşayış binalarına girmək, ehtiyac olmadan binalardan kənara
çıxmaq olmaz.
Kimyəvi zəhərlənmə ocağında davranış qaydaları belədir. Mülki Müdafiə
qərargahının xüsusi göstərişi olmadan sığınacaqdan çıxmaq, sığınacağın kipliyi
pozulan hallarda fərdi aptekçədən antidot dərman qəbul edəndən sonra əleyhqaz
taxmaq, dərini qoruyan paltar geymək və ancaq mülki müdafiə işçilərinin göstərişi
üzrə mühafizə qurğusunu tərk etmək, açıq yerlərdə (qurğudan kənarda) qalan
hallarda dərhal əleyhqaz taxmaq, xüsusi qoruyucu paltarlar geymək və
zəhərlənmə ocağından çıxmaq, xüsusi qoruyucu paltarlar olmadıqda dərhal
köynəyin və pencəyin ətəklələrinin şalvarın içinə salmaq, şalvarın balaqlarını
topuqda, köynəyin qollarını biləkdə qaytanla bağlayıb kipləşdirmək, üstdən
sintetik və ya rezinli parçadan plaş geyinmək, zəhərli sahələrdən çıxandan sonra
tibbi müayinədən və tam sanitariya təmizlənməsindən keçmək lazımdır.
Yoluxucu infeksion xəstəliklər aşkar edilərkən pəncərə və qapı yerlərini
yaxşı kipləşdirmək lazımdır. Yalnız su kəmərindən və şübhə törətməyən su
mənbələrindən istifadə edilməlidir. Qab qacaq yuyulandan sonra qaynadılmalıdır.
Hər bir şəxsin ayrıca qab-qacaqdan, məişət və tualet əşyalarından istifadə etməsi
məsləhət görülür.
Adamların bir-biri ilə təmasda olması məhdudlaşdırılmalıdır. Yoluxucu
xəstəliyin əlamətləri aşkara çıxan kimi (hərarətin yüksəlməsi, ürək bulanması,
qusma, mədə pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli,
xəstə ayrıca otaqda və ya otağın ayrıca hissəsində yerləşdirilməli, yataq
ləvazimatı, qab-qacağı, mebeli dezinfeksiyadan keçirilməlidir.
Xəstə ilə təmasda olan bütün şəxslər tam sanitariya təmizlənməsindən
keçməlidirlər.
|