Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 7.1 MS Excel cədvəl prosessoru və onun elementləri. Sadə cədvəllərin tərtibi və



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə51/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   47   48   49   50   51   52   53   54   ...   94
Informatika-Muhazireler-2

MÖVZU 7.1
MS Excel cədvəl prosessoru və onun elementləri. Sadə cədvəllərin tərtibi və
hesablamaların aparılması qaydaları
Plan:
1. MS Excel cədvəl prosessoru və onun elementləri
2. MS Excel cədvəl prosessoru sadə cədvəllərin tərtibi
3. MS Excel cədvəl prosessorunda hesablamaların aparılması qaydaları
Müxtəlif hesablamaların aparılması, cədvəl verilənlərinin işlənməsi, müxtəlif
fəaliyyət növlərinə uyğun məlumatların hesabatlar şəklində tərtibi xüsusi proqram
vasitələrindən istifadə ilə xeyli asanlaşdırılır. Belə vasitələrdən biri də Excel cədvəl
prosessorudur. Excel cədvəl prosessoru ofis proqramlarından olub, «Пуск» düyməsini
basdıqdan sonra açılan siyahıdakı «Программы» bölməsinin seçilməsi və yeni açılan
pəncərədə Microsoft Offise bəndinin açılmasından sonra ardıcıllıqdan Microsoft
Office Excel-lə yüklənir. Yüklənmədən sonra ekranda Excel-in işçi pəncərəsi görünür.
Pəncərənin birinci sətrində cədvəl prosessorunun və sənədin adı göstərilir. İlkin
variantda sənədin adı «Книга 1» kimi verilir. Lakin istifadəçi istəyindən asılı olaraq
bu ad dəyişdirilə bilər. Sonrakı sətirsə Excelin menyularının adları, formatlaşdırma və
standart alətlər panelləri yerləşir. Word mətn redaktorundan fərqli olaraq növbəti sətid
düsturlar sətridir. Belə ki, sətrin ilk sahəsində aktiv olan xananın ünvanı, sonrakı
sahədə isə onun məzmunu göstərilir, daha sonra xanalardan ibarət olan Excel işçi
cədvəli görünür.
Excel cədvəli rəqəmlərlə nömrələnmiş sətirlərdən və hərflərlə adlandırılmış
sütunlardan ibarətdir. Belə sütunların sayı 256-dır. Hər bir xana sətir və sütunun
kəsişməsi olduğundan şahmat taxtasındakı kimi A1, G5, İ45 və s. kimi adlandırılır.
Əslində bu görünən cədvəllər Excelin işçi vərəqləri adlandırılır. Ümumilikdə isə
işçi vərəqlər Excel kitabında birləşdirilir. İşçi cədvəldən sonrakı sətirdə Excel cədvəl
prosessorunun yüklənməsi ilə aktiv olan işçi vərəqlərin siyahısı verilir. Onlardan hər
hansı birinin seçilməsi həmin işçi vərəqin ekrana verilməsini təmin edir.
İşçi vərəqin hər hansı xanasının üzərində Mous-un göstəricisini qoyaraq
düymənin basılması onun seçilməsinin müəyyənləşdirir. İstənilən sətri seçmək üçün
ona uyğun rəqəmin üzərində düyməni basmaq kifayətdir. Sütunu seçmək üçün ona
uyğun hərfin üzərində düyməni basmaq lazımdır. Cədvəlin bir neçə xanası düyməni
basılı saxlamaqla hərəkət etdirməklə yerinə yetirilir. Bu seçmədə seçilmiş hissəyə aid
sol yuxarı küncdəki xananın rəngi digər seçilmiş xanalardan fərqlənir. Əgər istifadəçi


 108
bütün işçi vərəqi seçmək istəyirsə sadəcə olaraq yuxarı sol küncdəki adsız xanada
düyməni basmaq kifayətdir.
İşçi vərəqin sətirlərini ölçülərini dəyişmək üçün onun aşağı sərhəddi olan xəttin
üzərində duraraq, müəyyənləşdirici rəqəm olan xanada, düyməni basılı saxlamaqla
aşağı çəkmək lazımdır. Sütunu ölçülərini də dəyişmək üçün sağ sərhəddə uyğun xəttin
üzərində durmaqla sərhəddi çəkmək lazımdır.
İşçi vərəqə yeni xana, sətir və sütun əlavə etmək üçün «Вставка» menyusunun
uyğun «Ячейки» ( xanalar), «Строки» ( sətirlər), «Столбцы» (sütunlar ) əmrlərindən
istifadə olunur.
Əgər kitabın siyahıda verilən vərəqlərindən əlavə işçi vərəq lazım olarsa, onda
yenə həmin menyunun «Лист» əmrindən istifadə edilir.
Sətir, sütun və ya xananın ləğvi üçün «Правка» menyusunun «Удалить» əm-
rindən istifadə edilir. İşçi vərəqin ləğvi üçün isə həmin menyunun «Удалить лист»
əmri istifadə ediləcək. Bu menyunun «переместить/ скопировать лист» əmrindən
istifadə etməklə aktiv işçi vərəqin siyahıdakı yerini dəyişmək və ya surətini həmin
sıyahıya əlavə etmək mümkündür. İstənilən işçi vərəqin adını dəyişmək üçün onun adı
üzərində düyməni ardıcıl olaraq iki dəfə basmaq və köhnə adı silərək, yenisini əlavə
etmək olar.
Cədvəl xanalarına adi verilənlər klaviatura vasitəsilə əlavə edilir. İstənilən
xananın formatlaşdırılması isə «Формат» menyusunun «Ячейки» əmri vasitəsilə
yerinə yetirilir. Bu əmr verildikdən sonra açılan pəncərədə pəncərə başlığında olan
birinci «Число» rejimini seçməklə xanada yazılmış 
ədədlərin formatı
müəyyənləşdirilir. Yəni burada olan ədədlər ümumi təyinatlı, sırf ədədi, pul miqdarı
göstəricisi, maliyyə göstəricisi, vaxt, tarix, faiz, kəsr, eksponensial, mətn tipli və digər
tiplər ola bilər. Hər bir seçilən ədədi tip özünə uyğun formatlarda verilməlidir.
İkinci rejim «Выравнивание» rejimidir. Bu rejimdəki parametrlərlə xanada
yazıların həm üfiqi, həm də şaquli yerləşmə qaydaları, məlumatların yazılma
istiqaməti, eyni xanada yazı sətirlərinə keçid və s. müəyyənləşdirilir.
«Шрифт» rejimi xanada və ya seçilmiş xanalarda yerləşən verilənlərin əks
etdiriləcək şrift, hərflərin ölçüsü, rəngi və s. müəyyənləşdirilir.
«Граница» rejimi xana və xanaların sərhədlərinin parametrlərini, xəttin tipi,
qalınlığı, rəngi verilir.
«Вид» rejimi xana daxilinin formatını, rənginin, xana daxili veriləcək naxışların
tipini müəyyənləşdirilir.
«Защита» rejimi xananın mühafizəsini təmin edir. Lakin bu mühafizə ümumi
kitab mühafizə olunduqda aktivləşə bilər.


 109
Tərtib olunmuş cədvəldə sütunların, sətirlərin ölçülərinin dəqiqləşdirilməsi
də «Формат» menyusunun uyğun əmrlərindən istifadə olunur. Həmin menyunun
«Условное форматирование» əmri ilə seçilmiş xanaların müəyyən şərtlər daxilində
formatlaşdırılmasını da aparmaq mümkündür.
Sadə cədvəl hesablamalarını aparmaq məqsədilə toplama (+), çıxma (-), vurma
(*), bölmə (/), qüvvətə yüksəltmə (^) əməliyyatlarını aparmaq lazımdır. Hesablama
əməliyyatlarında riyaziyyatın ilkin qaydalarına riayət etmək lazımdır. Hər hansı
xanada hesablama aparılacaqsa əvvəlcə “=” işarəsi qoyulur və daha sonra riyazi
hesablamaya uyğun ifadə yazılır. İfadənin yazılışı qurtardıqdan sonra Enter
düyməsinin basılması ilə nəticə hesablanaraq xanada yerləşdirilir. Lakin qeyd edək ki,
nəticə olan xana seçildikdə hesablama düsturu işçi pəncərənin düsturlar sətrində
verilir. Məhz buna görə də hesablama yazılışlarında düzəlişlərin aparılması məqsədilə
həmin düsturlar sətrindən istifadə etmək lazımdır. Bunu misalla göstərək. Məsələn A1
xanasında 3, B1 xanasında 6, C1 xanasında 3 rəqəmləri yazılıb. D1 xanasında
“=(A1+B1)/C1” yazıb Enter düyməsini bassaq D1 xanasında nəticə olan “3”
yerləşəcək. xana seçildikdə isə düsturlar sətrində “=(A1+B1)/C1” ifadəsi görünəcək.
Eyni hesablama prosesi A, B, C sütunlarının ardıcıl sətirləri üçün də aparılacaqsa yeni
hesablama düsturlarını yazmağa gərək yoxdur. Bu halda D1 xanasını seçib onun
üzərindəki düzbucaqlının aşağı sağ küncündəki qalın qara “+” işarəsinin üzərində
düyməni sıxmaqla aşağı çəkmək lazımdır. Hesablamalar uyğun xanalara müvafiq
hesablanaraq yerləşdiriləcək.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Excel cədvəl prosessorunda
hesablamalar və əməliyyatlarda xanaların adlarından istifadə edilməsi onların
məzmununun hesablama baxımından əhəmiyyətli olmadığına və beləliklə də prosesin
xanalar üzrə aparılmasına imkan yaradır.
Əgər biz iki və daha çox yanaşı sütunda yerləşən ədədlərin həm sətirlər, həm də
sütunlar üzrə cəmlərini hesablamaq istəyiriksə. Onda həmin xanalar həm sağdan bir
boş sütun, həm də aşağıdan bir boş sətir saxlanmaqla seçilir. Daha sonra alətlər
panelində olan “ ∑” işarəsini basmaq lazımdır. Bu halda cəmləmə avtomatik
aparılaraq lazımi uyğun xanalara yerləşdiriləcək.
Əgər alınan nəticənin yuvarlaqlaşdırılması və ya vergüldən sonrakı rəqəmlərin
dəqiqliyə görə sayının artırılması alətlər panelində olan
düymələrlə, ya da ki,
əvvəldə qeyd olunmuş «Формат» menyusunun «Ячейки» əmrinin «Число»
rejimindən istifadə etmək olar.
Qeyd etmək lazımdır ki, hesablamaların nəticələrini bir yerdən başqa yerə
apardıqda , əgər həmin xanada yekun nəticə varsa və həmin nəticə digər xanalardakı


 110
məlumatlardan asılıdırsa, onda həmin nəticə itir. Bu nəticənin itməməsi üçün nisbi
ünvanlardan deyil, mütləq ünvanlardan istifadə edilməsi lazımdır. Bunun üçün,
məsələn D1 xanasının məlumatını digər yerdə istifadə edərkən “=D1...” deyil “
=$D$1...” yazılışından istifadə edilməlidir.
Nəticənin itirilmədən istifadəsi üçün istifadə ediləcək ikinci qayda xanalara
istifadəçi tərəfindən adların verilməsidir. Bunun üçün nəticə olan xana seçilir, sonra
«Вставка» menyusunun «Имя» əmri seçilir. Həmin əmrin «Присвоит» bəndini
seçməklə xanaya ad verilir: məsələn “NN”. Sonra istənilən xanada, hətta digər işçi
vərəqdə həmin adın verilməsi, onun malik olduğu nəticənin istifadəsinə imkan verir.
Yəni, əvvəlki misala qayıtsaq (nəzərdə tuturuq ki, D1 xanasına “NN” adını vermişik)
yazılışın “=NN...” kimi verilməsi həmin nəticənin istifadəsinə imkan verəcək.
Ümumiyyətlə, Excel cədvəl prosessorunda istənilən işçi vərəqin, kitabın
məlumatlarını digərində istifadə etmək mümkündür. Lakin bunun üçün istifadə
mənbəyi olan fayl və ya kitabın adı, işçi vərəq. onun xanası mütləq göstərilməlidir. Bu
belə göstərilir “=[kitabın adı] işçi vərəqin adı! xananın mütləq ünvanı”.
Excel cədvəl prosessorunda bəzən xanaların birləşdirilməsi tələb olunur. Belə
halda, birləşdiriləcək xanalar seçilir və daha sonra alətlər panelində olan
işarəsi
basılır. əgər müəyyən mərhələdə həmin birləşdirilmiş xanaların yenidən əvvəlki
vəziyyətə qaytarılması lazım olarsa, yenə də həmin xana seçilir və yuxarıdakı düymə
basılır. Qeyd etmək lazımdır ki, xanaların birləşdirilməsi və əməliyyatların yerinə
yetirilməsində xananın məzmununu tipini nəzərə almaq lazımdır.. Adətən müəyyən
hesablama səhvlərinə və eləcə də məntiqi səhvlərə yol verildikdə bu haqda ekrana
xəbərdarlıq verilir. Düzgün hesablama aprılmayan xanaların sol yuxarı küncündə kiçik
yaşıl üçbucaq verilir. Həmin üçbucağın üzərində durub, sağ düyməni basmaqla açılan
pəncərənin əmrlərinin köməyi ilə istənilən səhvin mənbəyini, prosesin yerinə yetirilmə
ardıcıllığını müşahidə etmək olar ki, bu da sonda səhvin aradan qaldırılmasında yararlı
olar.
Müxtəlif obyektlərin əlavəsi, görünüşlə əlaqədar rejimlərin seçilməsi,
yaradılmış kitabın yaddaşda saxlanılması, müxtəlif düzəlişlərin aparılması qaydaları
Word mətn redaktorundakı ilə analoji olduğundan onlarla işçləmə qaydaları ilə tanışıq.


 111

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin