Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə57/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   53   54   55   56   57   58   59   60   ...   94
Informatika-Muhazireler-2

Formanın hazırlanması:
Access verilənlər bazası işləmək üçün istifadəçiyə qrafik interfeysin
layihələndirilməsi sahəsində geniş imkanlar verir. Bunun mühüm vasitələrindən biri
giriş-çıxış formalarıdır ki, bu da verilənlər bazası cədvəllərində yazıların ilkin
yüklənməsini həyata keçirməyə, verilənlərə nəzarət edilməsi funksiyasını yerinə
yetirməyə, həmçiıün verilənlərdə düzəlişlər etməyə (yeni yazırılar əlavə etmə, silmə
və sahədəki verilənləri dəyidişrməyə) imkan verir.


 127
Formanın alınmış maketinə uyğun olaraq Access vasitələrinin köməyilə
ekran formasının qurulması həyata keçirilir. Bu zaman hazırlıq işləri mərhələsində
istifadəçinin formaya qarşı qoyduğu tələblər nəzərə alınmalıdır. Burada məlumatların
hansı cədvəldən götürülərək əks etdirilməsi, formada hansı sahələrin verilməsi,
hesablanacaq sahələrin lazım olub-olmaması, formanın rəsmiləşdirilməsinə xidmət
edən qrafik elementlərin olması, mətni və şəkilləri şərh edən xətlərdən istifadə
ediləcəyi göstərilir.
Formanın quruluşu, formanın layihələndirilməsi rejimində əks etdirilir. Bu
rejimdə formanın sahələrinin və elementlərin sazlanması istifadəçi tərəfindən aparıla
bilər. Layihələndirmə pəncərəsində formanın başlıq, verilənlər və əlavə qeydlər
sahələri ayrılır. Formanm sahələri müxtəlif qrafik obyektlərdə doldurulur. Cədvəl
yazılışları ilə əlaqədar olan və müəyyən sahə verilənlərının əks etdirilməsi üçün
nəzərdə tutulan qrafik obyektlərə idarəetmə elementləri deyilir. Idarəetmə
elementlərinin əsas tipləri sahə, siyahı sahəsi və siyahıdır. Cədvəllərlə və ya sorğularla
əlaqədar olmayan qrafik obyektlər ilk növbədə formanın maketinin yaradılması üçün
istifadə olunan və sahələrin uzərindəki qeydləri (rekvizitlərə istifadəçilərin verdiyi
adlar), tətbiq edilən obyektləri, həmin obyektlər üzərindəki qeydləri və başlıqları
özündə birləşdirir. Həmin elementlər haqqındakı informasiya formanın maketində
saxlanılır. Forma, eləcə də onun hər bir elementi onlara nəzarət edilməsi və
düzəlişlərin aparılmasını təmin edən xassələrə malikdir. Elementin xassəsi onun xarici
görünüşünün, ölçünün formanın harasında yerləşməsinin, giriş-çıxış rejimlərinin,
makrosların və ya proqramın təyin edilməsinə imkan verir. Xüsusiyyətlər dialoq
pəncərəsində əks etdirilir və burada hər bir xüsusiyyət və onun qiyməti üçün yer
ayrilir. Formadan müxtəlif məqsədlər üçün, məsələn, nəzarət edilən cədvəldə başqa
yazılara keçilməsi, yazılarda düzəliş aparılması (əlavələr edilməsi, təkrarlanması,
bərpası, çıxarılması, saxlanması), forma ilə işin yerinə yetirilməsi (acılması,
bağlanması, təmizlənməsi, yenilənməsi) ücun muvafiq idarəetmə düymələri nəzərdə
tutula bilər.
Formanın yaradılması üçün ilkin pəncərədən «Форма» obyekti seçilir. Bu
obyekt seçildikdən sonra formanın yaradılmasının iki üsulu verilir. Həmin rejimlər
aşağıdakılardır:
-
Создание формы в режиме конструктора (formanın layihəçi rejimində
yaradılması);
-
Создании формы с помощью мастера (formanın ustanın köməyi ilə
yaradılması).


 128
Birinci üsuldan istifadə etdikdə yeni açılan pəncərədə formanın yaradılması,
müxtəlif elementlərin, yazı və sahə elementlərinin əlavəsi üçün alətlər paneli verilir.
Bu panelin hər bir elementindən istifadə etməklə bazanın ayrı-ayrı cədvəllərinə
istənilən formanı vermək olar. Seçilən alətdən asılı olaraq formanın yaradılması
mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır. Qeyd edək ki, layihəçi rejimində
formaların hazırlanması əslində böş cədvələ müxtəlif obyeklərin: adi yazıların,
sahələrin, siyahıların, şəkillərin, düymə və keçirici açarların, qrafiklərin, müxtəlif
redaktorların elementlərinin əlavəsi həyata keçirilir.
İknci üsulla formaların yaradılması zamanı üsul seçildikdən sonra birinci
mərhələdə forma veriləcək cədvəl və sahələr seçilir. Sonrakı mərhələdə formanın
xarici görünüşü müəyyənləşdirilir (lentvari, bir sütunda, cədvəl şəklində, icmal cədvəl
kimi, icmal diaqram kimi və s.). Ücüncü mərhələdə formanın stili verilən sahədən
forma tərtib edənin istəyinə görə müəyyənləşdirilir. Bundan sonra sonuncu mərhələyə
keçilir. Bu mərhələdə formaya ad verilir. Eyni zamanda formanın verilənlərin daxil
edilməsi üçün açılması və ya maketin dəyişdirilməsi variantlarından biri seçilərək
verilir. Əgər maketin dəyişdirilməsi variantı seçilərsə, onda ekrana verilən formada
hər bir sahəni aktivləşdirərək onun üçün ayrılmış sahəni dəyişmək və ya yeni
elementləri əlavə etmək olar.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin