Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə65/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   61   62   63   64   65   66   67   68   ...   94
Informatika-Muhazireler-2

Server - lokal və uzaq kompüterlərdəkı verilənlərə daxil olmanı təmin edən
proqram və kompüterlər sistemidir.
Kliyent- serverlərdən verilənləri çağıran kompüterlərdır.
Şəbəkə - informasiya mübadiləsi aparan kompüterlər qrupudur, məsələn,
istifadəçi informasiyanı serverdən çağırır və onun sorğusuna cavab olaraq verilənlər
ona göndərilir. Kompüterlər arasındakı bu informasiya mübadiləsi naqil, koaksial
kabel, peyklər və mikrodalğalar vasitəsilə aparılır.
Internet şəbəkəsinin təqdim etdiyi xidməti iki kateqoriyaya bölmək olar:
Fiziki cəhətdən Internet birləşdirici vasitələrdən biridir. Birləşmənin elementar
tipi ev kompüterləridir. Bunlar informasiya xidmətinə (Copu Server, Microsoft
Network, Excplorer) və ya İnternet provayderə modem vasitəsilə telefon xəttinə
qoşulur.
Internet məhsuldarlığı və modeli muxtəlif olan kompüterləri birləşdirməyə,
onlar arasında informasiya mübadiləsi aparmağa imkan verir. Internet təkcə fiziki


 149
şəbəkə deyil. Real Internet - protokollar yığımıdır ki, onların köməyi ilə müxtəlif
kompüterlər informasiya mübadiləsi edirlər.
Internet-dən istifadə etməklə bir kompüter digərini idarə edə bilər. Məsələn,
kompüter digər kompüterlərdən faylları tapıb ona gondərilməsini idarə edə bilir. Bu
proses funksional uyğunlaşma adlanır.
İnternet protokolları:
İnternet çoxlu sayda şəbəkələrdə informasiya mübadiləsini təmin edir. Bu
şəbəkələrin hər biri protokol adlanan standartlar qrupuna uyğun verilənlərin göndəril-
məsini və qəbulunu idarə edir. Başqa sözlə protokollar İnternetdə şəbəkələrdəki əlaqə-
ni təmin edir.
Verilənlərin idarə protokolu şəbəkələrarası protokol (TCP/IP): Internet şəbəkə-
sini digər şəbəkələrdən fərqləndirən əsas cəhət onun istifadə etdiyi TCP/IP (TCP -
Transmission Control Protocol, IP - Interaet Protocol) protokollarıdır. TCP/IP ümu-
miyyətlə Internetlə kompüterlər arasında qarşılıqlı əlaqə protokolları kimi başa
düşülür. TCP/IP şəbəkədaxili əlaqələr texnologiyasıdır. Başqa sözlə desək İnternet onu
təşkil edən şəbəkələr arasında əlaqə yaradan vasitədir.
TCP şəbəkə ilə göndərilən verüənlərin paketlərə necə bölünmələrini təyin edir.
İP paketləri ünvanlaşdırdması və onların təyin olunan yerlərə çatdırılmasını təmin
edir. Beləliklə, protokollar kombinasiyası olan TCP/IP istənilən kompüter və ya şəbə-
kənin həmin protokolla işləyən digər kompüterlərə qoşulmağa və informasiya
mübadiləsi aparmağa imkan verir.
Verilənlərin Internet-dən çağırılmasının bir çox üsulları mövcuddur:
FTP - (File Transfer Protocol) faylları ötürmə protokolu. Burada faylların bir
kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kom-
püterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə
bilər. Başqa sözlə FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikilik
kodda olan mətn fayllar mübadiləsini aparmağa imkan verir. FTP vasitəsilə Internet-ə
qoşulmuş istənilən kompüterlə proqramlar və ya mətn faylları mübadiləsi etmək olar:
ftp://
Internet-də informasiya mübadiləsinin digər bir üsulu da var. Bu üsul hər bir
şəxsə və şirkətə öz qəzet və jurnalını buraxmağa, şəbəkədə virtual mağaza açmağa,
interaktiv kataloq və sorğu sistemi təklif etməyə, hətta bütün dünyada videotəsvir və
səs fayllarını yaymağa imkan verir. Bu Internet protokolu WWW (World Wide Web) -
ümumdünya hörümçək toru adlanır və Internet vasitəsi ilə ötürülən sənədlərdən
ibafətdir


 150
Tim Berners - Li 1992-ci ildə qrafik interfeys Web yaratdı. Bu interfeysi
yaratmaqda məqsəd sənədlərin axtarışını asanlaşdırmaq idi. Beləliklə, Web
texnologiyası tezliklə bütün dünyada yayıldı.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin