İnformasiya texnologiyaları kafedrası İnformasiya texnologiyalarının



Yüklə 0,82 Mb.
səhifə1/4
tarix13.05.2022
ölçüsü0,82 Mb.
#57797
növüMühazirə
  1   2   3   4
Movzu 3 İNFORM TEXNOL ESASL


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Dövlət Aqrar Universiteti

İnformasiya texnologiyaları kafedrası

İnformasiya texnologiyalarının

ƏSASLARI

Fənnindən mühazirələr

Dosent MAHİL İSA OĞLU MƏMMƏDOV

Mövzu 3. Şəbəkə informasiya texnologiyaları
  • Lokal və Qlobal şəbəkələr.
  • Kompüter şəbəkələrinin topologiyası.
  • Kompüter şəbəkələrinin standartlaşdırılması.
  • İnterfeys, protokol və stek anlayışları.
  • Qlobal kompüter şəbəkəsi- İnternet texnologiyası və avadanlıqları.
  • Müəssisə şəbəkəsinin quruluşu.
  • Kompüter şəbəkələrinin əsas anlayışları
  • Kompüter şəbəkələrinin aparat və proqram təminatı
  • Lokal şəbəkələrin topologiyaları
  • Şəbəkə texnologiyaları. Kliyent-server texnologiyası
  • Açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli - Open System Interconnection - OSI modeli haqqında anlayış.
  • OSI modelinin səviyyələri

ƏDƏBİYYAT

 
  • Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015.
  • Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ. İnformatika. Ali məktəblər üçün dərslik. Bakı, 2011.
  • Quliyev N.Ə., Şamilov Z.Ə. İnformatika. Bakı, 2013.
  • Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B. “İnformatika” vəsaiti. Bakı: TQDK, 2015.
  • Muradova A. Məmmədov K. Kərimova P. İnformatika. Magistratura və dövlət qulluğuna hazırlaşanlar üçün. II nə.r. 3 cilddə. İ Cild. Bakı, “Zərdabi LT.D” MMC 2018, 148 səh
  • Sərifov R., Şərifova A., Zəkəriyyə F., Məmmədov O., Ələkbərzadə Ə., Şərifli K. İnformatika. Dərs vəsaiti. MAGİSTR OL TƏDRİS MƏRKƏZİ. 2018, 120 səh

Kompüter şəbəkələrinin əsas anlayışları

Kompüter şəbəkəsi - öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompüterlər qrupudur.

Kompüter şəbəkələri - sənayesi inkişaf etmiş ölkələrin informasiya infrastrukturunun əsas komponentlərindən biridir.

Kompüter şəbəkələri - müasir sivilizasiyanın iki əsas elmi-texniki sahəsinin —kompüter və kommunikasiya texnologiyalarının inkişafının məntiqi nəticəsidir.

Televiziya şəbəkələrindən fərqli olaraq kompüter şəbəkələri həmişə iki istiqamətlidir: A kompüteri В kompüterinə məlumat göndərirsə, В kompüteri də A kompüterinə cavab göndərə bilər. Məlumatın şəbəkə üzrə qoşulmuş bütün kompüterlərə eyni zamanda göndərilməsinə “broadkastinq” deyilir.

Kompüter şəbəkələrin təsnifatı üçün müxtəlif əlamətlərdən istifadə olunur.

Müasir kompüter şəbəkələrini bir sıra əlamətlərə görə təsnifləndirmək olar:

> kompüterlər arasında olan məsafə,

> topologiya,

> təyinatı,

> göstərdiyi xidmətlər sayı,

> mərkəzləşdirilmiş və ya qeyri-mərkəzləşdirilmiş idarə prinsipləri,

> ötürmə mühitinin növləri və s.

Lakin əksər hallarda onları ərazi əlamətinə görə, yəni şəbəkənin əhatə dairəsinə görə növlərə ayırırlar.



Şəbəkələrin iki əsas kateqoriyası mövcuddur - lokal və qlobal şəbəkələr.

Onlar arasında olan fərq sadədir. Belə ki,

> lokal şəbəkələr bir-biri ilə yaxın məsafədə yerləşən qurğuların qarşılıqlı əlaqəsinin təşkili üçün

istifadə olunurlar;

> qlobal şəbəkələr isə coğrafi olaraq paylanmış kompüter və ya lokal şəbəkələrin qarşılıqlı əlaqələrinin təşkili üçün istifadə olunurlar.

Lokal şəbəkələrə (Local Area Networks, LAN) adətən, əhatə dairəsinin radiusu 1-2 km-dən çox olmayan kompüter şəbəkələrini aid edirlər.

Lokal şəbəkələrdə, kompüterlərarası məsafələr qısa olduğu üçün bahalı və keyfiyyətli rabitə xətlərinin istifadəsi mümkündür.

lokal şəbəkələrin aşağıdakı fərqləndirici xüsusiyyətlərini xarakterizə etmək olar:

> yüksək ötürmə sürəti;

> ötürmə səhvlərinin səviyyəsinin aşağı olması;

> yüksək səviyyəli rabitə kanallarının olması;

> mübadilənin idarə olunmasının səmərəli, tez təsirli mexanizminin olması;

> şəbəkəyə qoşulan kompüterlərin sayının dəqiq təyin edilmiş və məhdud sayda olması zərurəti.



Lokal şəbəkə ilə aşağıdakı müxtəlif rəqəmli (rəqəmsal) informasiyalar ötürülə bilər:

> verilənlər,

> təsvirlər,

> telefon danışıqları,

> elektron məktublar və s.

lokal şəbəkələrin bir sıra çatışmazlıqları da mövcuddur. Belə ki,

> keyfiyyətli avadanlıqların alınmasına çəkilən böyük xərclər,

> səmərəli şəbəkə proqram təminatlarının əldə olunması ilə bərabər mütəmadi olaraq dəyişdirilməsinə, yenilənməsinə çəkilən nəzərdə tutula bilinməyən xərclər,

>hər dəfə yeni proqramların əldə olunması nəticəsində işçi heyətin öyrədilməsi ilə əlaqədar vaxt itkiləri, o cümlədən əlavə maddi xərclər

> şəbəkə təhlükəsizliyinin tam təmin olunması ilə əlaqədar ucu-bucağı görünməyən nəhayətsiz vaxt itkiləri və maddi xərclər və s.

Qlobal şəbəkələr (Wide Area Networks, WAN) müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, aralarındakı məsafəyə görə səpələnmiş lokal şəbəkələri, o cümlədən serverləri, ayrı-ayrılıqda kompüterləri birləşdirirlər.



Lokal şəbəkələrdə olduğu kimi, qlobal şəbəkənin də özünəməxsus çatışmazlıqları vardır. Belə ki,

> qlobal şəbəkələr üçün keyfiyyətli rabitə xətlərinin çəkilməsi baha başa gəlir,

> artıq mövcud olan, əvvəlcədən digər məqsədlər üçün nəzərdə tutulmuş rabitə xətlərindən

həm də qlobal şəbəkələrdə istifadə olunur,

> qlobal şəbəkələrin əksəriyyəti üm umi təyinatlı telefon və teleqraf kanalları əsasında qurulur və s.



Lokal şəbəkələri qlobal şəbəkələrdan ayıran asas farqlari nazardan keçirak:

> Rabita xatlarinin uzunluğu va keyfiyyyati. .

> Verilanlarin ötürmə üsullarının mürakkabliyi.

> Verilanlarin mübadilasi sürəti.

> Xidmətlərin müxtəlifliyi.

> Sorğuların yerinə yetirilmə operativliyi

> Kanalların bölüşdürülməsi

> Miqyaslama.



Lokal va qlobal şəbəkələrin sıx inteqrasiyası uyğun texnologiyaların qarşılıqlı birləşməsinə gətirdi

Verilanlarin ötürülməsi üsullarında yaxınlaşma optik-lifli rabitə xətlərinin istifadəsi nəticəsində baş verdi.

Lokal və qlobal şəbəkələrin yaxınlaşmasında IP protokolunun rolu vacibdir. Hal-hazırda IP protokolu - müxtəlif alt şəbəkələrdən vahid tərtibli şəbəkənin qurulması üçün lokal və qlobal şəbəkələrin istənilən texnologiyaları üzərində istifadə olunur.




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin