İnternet ünvanlaşdırılması: əgər e-mail elektron poçt ünvanı Internet şəbəkəsinə
daxil olmuş insanların bir - biri ilə əlaqə saxlamalarına şərait yaradırsa, URL Internet-
də yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir. Yəni Internet-də yerləşən
hər bir fayl və ya resurs identifıkasiya edilir: URL (Uniform Resource Locators)-faylın
və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir. URL - serverdə istifadə
olunan protokolun adı ilə başlayır.
http. HTTP (Hypertext Transport Protocol)- Internet istifadə protokoludur.
HTTP Web-səhifələri Internet-dən çağırmaq üçün bir mexanizmdir. HTTP-nin əsasını
URL ünvanı təşkü edir. Ünvanın əvvəlində yazılmış http:// perifeksi müraciət olunan
sənədin ümumdünya hörümçək torunun bir hissəsi olduğunu göstərir. Daha sonra
əlaqənin tipi göstərilir. Ən çox yayılmış tip World Wide Web (WWW)-dir. Lakin
İnternetdə digər əlaqə tiplərindən də istifadə edilir: File Transfer Protocol (ftp) yə ya
Gopher. Tiplərin ardınca serverin ünvanı yazilır (host).. Bu ünvanı domen ünvanı
(domain adress) da adlandırırlar. Domen ünvanına domenin özü (serverin aid olduğu
təşkilatın tipi) və qovşağın adı daxildir. Nəticədə sintaksis URL ünvanı bir neçə
hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn,
URL ünvanı aşağıdakı şəkildə öla bilər:
http - serverlə əlaqə protokolu;
www - qovşağın tipi;
ab - qovşağm adı;
az - yuxarı təbəqəli dömen.
Web-qovşaq Web-səhifə və resurslann kompleksidir ki, buna ümumi infor-
masiya bloku kimi də baxmaq olar. Çox vaxt Web-qovşağın resursları bir serverə
yerləşir, amma bu əsas şərt deyil.
Brauzer: İstifadəçi Internetdə yerləşən hər hansı sənədi öz kompüterinə gətir-
mək üçün xüsusi baxış proqramlarından istifädə edir. İstifadəçi ilə WWW-da yerləş-
dirümiş informasiya arasında əlaqə yaradan bu proqram brauzer (browser) adlanır. Hal
hazırda çoxlu sayda brauzer proqramları mövcuddur, lakin bunlardan bir neçəsi popul-
yardır: Microsoft Internet Explorer, Opera, Netscape Navigator.
World Wİde Web-də resursun sizin kompüterə gətirilməsi aşağıdakı
mərhələlərlə baş verir:
- brauzerdə resursun tam ünvanı göstərilir;
- brauzer sorğunu sizin kompüterin qoşulduğu serverə göndərir;
151
- server həmin sorğunu URL ünvanında göstərilmiş qonşu serverə göndərir;
- qonşu server sorğuda URL ünvanı göstərilmiş axtarılan resürsu tapır və onu
sizin serverə göndərir;
-
- sizin server isə bu verilənləri kompüterinizdəki brauzerə ötürür, ilk baxışdan
üzun görünən bütün bu proseş verilənlərin harada yerləşməsindən asılı olmayaraq bir
neçə saniyə ərzində baş verir. Brauzerə gətirilmiş informasiyalara baxmaq, onları çap
etmək və diskə köçiirmək mümkündür. Əgər Internet-dən gətirilmiş hər hansı faylı
brauzerdə açmaq mümkün olmursa bu halda köməkçi proqramlardan istifadə edilir.
Web-server - istifadəçilərin Internetdəki Web-səhifələrə daxil olmasına şərait
yaradan xüsusi proqramlarla təmin olunmuş kompüterdir. Web-server informasiyaların
saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Əgər siz şəxsi Web-server
qurmaq qərarına gəlmisinizsə, bu halda daimi IP ünvanı almaqla İnternet şəbəkəsinə
qoşulmaq vacibdir. Web-server Web-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan
sənədin elektron surətini istifadəçiyə ğondərir. Belə sorğuların emal edilməsi və yerinə
yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman
server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya
obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da Web-serverin eyni vaxtda yüzlərlə
brauzerdən sorğu qəbul etməsinə imkan verir. Web-serverin əsas funksiyalarından biri
sistemin təhlükəsizliyini təmin etməkdir. Web-server ona daxil olan əvvəlki sorğular
haqqında heç bir informasiya saxlamır.
Internet - provayder (Internet Service provider (ISP)) Web-səhifənin Internet-də
yerləşdirilməsini təmin edir. Bu xidmət Web-hostinq (Web - hosting) adlanır.
Hər bir Web-saytda baş səhifə və ya əsas səhifə (Home Page) adlanan Web-
səhifə olur.
Home Page dedikdə, Internet-ə daxil olarkən brauzer proqramında avtomatik
açılan (peyda olan) Web-səhifə nəzərdə tutulur. Web-səhifələr HTML dilində tərtib
olunurlar.
Əgər indiyə qədər deyilənlər ümumdünya hörümçək torundakı (World Wide
Web) qlobal Internet-ə aid idisə, qeyd etmək lazımdır ki, TCP/IP protokolları ilə lokal
korporativ şəbəkə də qurmaq olar. Bu şəbəkədə də İnterneti-də olduğu kimi HTML
səhifələri, istinadlar, URL ünvanları, Web-saytlar yerləşdirmək olar və bu şəbəkənin
Internet şəbəkəsinə qoşulmağı o qədər də vacib deyil. Belə şəbəkə Intranet (İntra-
şəbəkə) adlanır və Internet-dən fərqi ondan ibarətdir ki, xaricdən bu şəbəkəyə
müraciət mümkün deyil. İntranetin köməyi ilə informasiya mübadiləsi təşkilat
daxilində aparılır ki, bu da həm vaxta, həm də pula qənaət deməkdir.
152
İntraşəbəkə qovşağına qoşulmuş kompüterlərdəki resursların bir hissəsini
Internet-də yerləşdirmək mümkündür. Çünki İntranet resursları WWW-də istifadə
olunan formata malikdir.
Internet xidmətləri:
İstifadəçi Internet-ə qoşulması üçün müxtəlif üsullardan istifadə edə bilər. Bu
üsullar bir-birlərindən baha –ucuz olmasına, rahatləğa və göstərilən xidmətlərə görə
fərqlənirlər Bu üsullar aşağıdakılardır:
-elektron poctu (e-mail):
-Telekonfrans (Usenet);
-Uzaqda yerləşdirilmiş terminalların emulsiya sistemi (Telnet);
-Ikilik say sistemində faylların axtarışı və ötürülməsi (FTP);
-menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi (Gopher);
Hepermətnə istinad etməklə sənədlərin axtarışı və ötürülməsi (WWW və ya
dünya hörümçək toru).
Bu üsullar müxtəlif vaxtlarda yaranmış, onların hər birinin öz imkanları var və
onlar informasiya mübadiləsi protokoluna görə bir birlərindən fərqlənirlər.
Abonentlər arasındakı əlaqə xidmətinə aşağıdakılar daxildir:
Elektron poçtu uzaq məsafəyə xəbərlərin ötürülməsini təmin edir. Elektron
poçtu vasitəsilə Internetdə informasiya göndərilir və əldə edilir. Internetin bu xidməti
vasitəsilə müxtəlif ölkələrdə milyonlarla insan arasında informasiya mübadiləsi baş
verir. Elektron poçtundan faylların, proqramların ötürülməsi üçün də istifadə olunur.
Internetin xidmətləri arasında elektron poçtu ilə əlaqə yaratmaq ən ucuz başa gəlir.
Elektron poçtu vasitəsilə xəbərlərin göndərilməsi üçün UUCP protokolundan istifadə
olunur. UUCP (UNIX to UNIX copy proqram) UNIX-UNIX köçürmə proqramı
deməkdir. Bu modem və adi telefon xətləri vasitəsilə xəbərlərin ötürülməsi üsuludur.
Elektron poçtundakı xəbər faylda yerləşir, sonra sistemdən sistemə ötürülür.
Bir çox kompüterlər Interaet-ə qoşula bilmirlər. IBM unversal kompüterləri
digər kompüterlərin dilində «danışa» bilmirlər. Bu zaman Telnet qovşağından istifadə
olunur. Telnet qovşağı siyahısına minlərlə elektron lövhə elanları və eləcə də geniş
yayılmış pulsuz şəbəkələr aiddir.
Telnet:// (ıızaq məsafəyə müraciət) - ciddi mətn sistemidir. Onun köməyi ilə
şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP,
Usenet-ə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb.
Usenet:// - kompüterlə diskussiya sistemidir. Usenet-də qeyddən keçmiş hər kəs
Internet-də yerləşən hər hansı mövzu ətrafında minlərlə diskussiya qruplarına qoşula
153
bilər. Hər bir qrupun içərisində müəyyən vaxt intervalında yüzlərlə xəbər (məqalə)
yerləşir.
Gopher://- sistemi şəkilsiz və hipermətinsiz www- yə oxşayır. Bu sistem az
sürətli modemlərdə işləyənlər üçün daha uyğundur.
Wais (Wide Area Information Server) - qlobal informasiya serveridir. Bu
proqram mətn sənədləri kolleksiyasını indeksləşdirir. Bu zaman mətni təşkil edən
sözlərin indeks siyahısı yaradılır. Wais axtarış serverində axtarış zamanı proqram
təminatı axtardığınız açar sözünə uyğun bütün sənədləri seçir. Wais Internet-in digər
əlavələrinə nisbətən daha populyardır.
İstifadəçi lnternetdəki hər hansı sənədə öz konipüterində baxmaq üçün brauzer
vasitəsilə Web- serverə sorğu göndərir. Bu sorğu əsasında Web-server şənədi (HTML
sənədini) Internet-də axtarıb tapır və onun surətinı brauzerə göndərir. Brauzerə
yüklənən sənəddəki qrafik təsvirlər, multimediya elementləri xüsusi yaddaşda - keş
yaddaşında saxlanıhr. Nəticədə həmin HTML sənədinə təkrar müraciət olunduqda
brauzer verilənləri keşdən alır ki, bü da sənədin yüklənmə växtına xeyli qənaət etmiş
olur. Keşin bu üstün cəhətindən istifadə edərək Web-sayt yaradarkən eyni qrafik
təsvirlərdən tez-tez istifadə etmək məsləhət görülür. Çünki bu halda Web-sayta xüsusi
stil verilməklə yanaşı, onun istənilən brauzerdə yüklənmə vaxtı xeyli azaldılmış olur.
Belə ki, təkrarlanan qrafik təsvirlər istifadəçilərin Web-brauzerinə yalnız bir dəfə
yüklənir və sonradan onlara təkrar müraciət olunduqda keşdən istifadə edilir.
|