171
- Bərpa üçün informasiyanın əlavə edilməsi (Добавить информацию для
востановления). Bu əmr arxivi idarə rejimində yerinə yetirilir
və arxivə bərpa üçün
informasiya daxil edir.
- Arxivdə dəyişikləri qadağa etmək (Заблокировать архив). Bu əmr arxivə
ixtiyari dəyişiklikləri qadağan edir.
- SFX
arxivinə çevirmək (Преобразовать архив в SFX). Bu əmr arxivi SFX
arxivinə çevirir.
- Arxiv haqqında informasiya (Информация об архиве). Bu əmri yerinə
yetirdikdə arxiv həqqında informasiya pəncərəsi açılır.
Tarixcə (История) menyusu- Bu menyu tarixcəni təmizləmək (Очистить
историю) üçündür. Əvvəllər yaradılmış arxivlərin tərkibinə baxışı təmin edən arxivlər
siyahısından ibarətdir. Tarixcəni təmizləmək əmri bu siyahını təmizləyir.
Seçilmiş (Избранное) menyusu- Bu menyu qovluqdakı fayl və arxivlərin
siyahısını əks etdirir. Ondan sonra açılmış cari qovluğu və ya arxivi siyahıya daxil
etmək üçün menyunun
Seçilmişə əlavə etmək (Добавить в избранное)
əmrini yerinə
yetirmək kifayətdir.
Seçilmişi nizamlamaq əmri isə siyahıdakı qovluq və ya arxivləri
ləğv və adını redaktə etmək, siyahıya açılmış qovluğu və arxivi əlavə etmək, siyahının
strukturunu dəyişmək imkanı verir. Bunun üçün növbəti pəncərədə müvafiq olaraq
Ləğv etmək (Удалить),
Redaktə etmək (правка),
Əlavə etmək (Добавить),
Yuxarı
(Вверх),
Aşağı (Вниз) düymələrindən birini sıxmaq lazımdır.
Parametrlər (Параметры) menyusu- Müəyyən olunma (Установки). Əmri
yerinə yetirdikdə açımış çox bölməli dialoq pəncərəsində proqramın əlavə
parametrlərini, məsələn: arxiv formatını, avtomatik olaraq arxivin yerləşəcəyi qovluğu
müəyyən etmək olar.
Protokola baxış (Просмотр протокола). Bu əmri yerinə yetirdikdə rar.loq protokol
faylı açılır.
Protokolun təmizlənməsi (Очистить протокола). Protokol faylını təmizləyir.
? menyusu- Menyu proqramla işləmək qaydaları və proqram haqqında məlumat
almağa xidmət edir. O aşağıdakı əmrlərdən ibarətdir.
Məzmun (Содержание). Əmr proqramla işləmək qaydalarına mövzular üzrə baxışı
təmin edir.
Proqram haqqında (О программе). Bu əmri yerinə yetirdikdə açılan pəncərədə
proqram haqqında informasiya əks olunur.