185
biliklər, həm də fəaliyyət üsulları aparıcı kompanent olur. Belə fənlərə riyaziyyatı
və ana dilini misal göstərmək olar. Orta məktəbdə proqramlaşdırmanın
və hesablama
texnikasının müxtəlif səviyyələrdə öyrənilməsi təcrübəsi, mövcud dərsliklərin və
metodik vəsaitlərin təhlili göstərir ki, İTM
fənni də həm biliklər, həm də fəaliyyət
üsullarından ibarət olan ikili aparıcı funksiyaya malikdir. Bunların ikisinin bir-biri ilə
müqayisəsində fəaliyyət üsulları ön plana keçir (çünki fənnin başlıca vəzifəsi şagird-
lərin kompüter savadının təmin edən bacarıqlar və vərdişlər formalaşdırmaqdan
ibarətdir).
Peşəkar kompüter istifadəçilərinin fəaliyyətinin təhlili
göstərir ki, onlar üçün
kompüterdən istifadə qaydalarının mənimsənilməsi EHM-də məsələ həll etmək
bacarığında və vərdişlərində cəmlənir. Bu nöqteyi-nəzərdən fəaliyyət qaydalarının
aparıcı funksiya olması fikri əslində "kompüter savadı" terminində özünü göstərir.
Məlumdur ki, "savad" termininin mahiyyəti şifahi və yazılı nitq vərdişlərinin
müəyyən dərəcədə mənimsənilməsinin təmin olunmasından ibarətdir.
Buna analoci
olaraq, kompüter savadını da kompüterdə məsələlər həlli bacarığının səviyyəsi kimi
təyin etmək olar.
İTM fənninin məzmununa xas olan aparıcı funksiya – fəaliyyət qaydaları
alqoritmləşdirmə, riyazi modelləşdirmə, proqramlaşdırma, alqoritm
və proqram tərtib
olunması üzrə materiallar əsasında problemli, təfəkkürü inkişaf etdirən tapşırıqlar
işlənməsinə xüsusi tələblər verir. Fənnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki,
belə tapşırıqların yerinə yetirilməsində kompüter öyrənilmə obyekti kimi iştirak edir.
Dostları ilə paylaş: