Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


İNFORMATİKANIN TƏDRİSİ METODİKASININİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə79/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   75   76   77   78   79   80   81   82   ...   94
Informatika-Muhazireler-2

İNFORMATİKANIN TƏDRİSİ METODİKASININİ
ÜMUMİ MƏSƏLƏLƏRİ
İNFORMATİKA ELM SAHƏSİ VƏ ORTA ÜMUMTƏHSİL
MƏKTƏBLƏRİNDƏ TƏDRİS FƏNNİ KİMİ
İNFORMATİKANIN PREDMETİ VƏ İTM FƏNNİ
İTM kursunun orta ümumtəhsil məktəbində tədris fənni kimi formalaşması
prosesi dünyanın qabaqcıl alimləri arasında informatikanın bir elm kimi predmeti,
onun əsas anlayışlarının müəyyən edilməsi ətrafında hələ də başa çatmamış
diskussiyalar şəraitində davam edir. Elmin və uyğun tədris fənninin qarşılıqlı münasi-
bətlərinin mürəkkəbliyinə baxmayaraq, tamamilə aşkardır ki, elmin dəqiq müəyyən


 179
edilmiş predmetinə əsaslanmadan tədris fənninin məzmununun formalaşdırılmasına
yanaşma çətindir. Bu vəziyyət bir də ona görə mürəkkəbdir ki, elmi ədəbiyyatda və
mətbuatda "informatika" termini təkcə elm sahəsinin adı kimi deyil, həm də "EHM-
lərin istifadəsinə əsaslanan maşınlaşdırılmış və ya avtomatlaşdırılmış proses", "ümumi
informativ tərəqqinin hissəsi", "industriya (sənaye) fəaliyyəti sahəsi", "istehsalat
sahəsi", "informatika industriyası" və s. kimi işlədilir.
İnformatika elmi-informasiya fəaliyyəti kimi məktəb informatika fənninin
formalaşdırılması üçün əsas götürülə bilərmi?
Bəzi amillər bu suala müsbət cavab verməyə şərait yaradır. Bunlardan biri
elmi-informasiya fəaliyyətinin hesablama texnikasından geniş istifadəni nəzərdə
tutmasından və deməli, kompüter savadının mənimsədilməsindən ibarətdir.
İkinci amil isə onunla müəyyən olunur ki, göstərilən fəaliyyət həm də
informasiyanın çevrilməsini, ötürülməsini və istifadə olunmasını özündə saxlayır.
Məsələn, kompüterlərin tətbiqi ilə məktəbdə fizika və ya riyaziyyat kurslarından
məsələlər həllinə də baxılır ki, bu da əlbəttə elmi informasiyanın EHM köməyilə
işlənməsinə aid edilə bilər. Bununla bərabər, informatikanın predmetinin belə
traktovkası xeyli dar və özünəməxsusdur. Elmi informasiya fəaliyyəti əslində
kompüterlərin tətbiqləri ilə əlaqədar olsa da, burada kompüter elm sahəsinin predmeti,
onun əsas məzmunu üçün deyil, tədqiqat metodu üçün vasitədir, tədqiqat metodunun
kompanentidir. Bundan başqa, informasiya fəaliyyəti, bu terminin geniş mənasında,
həm də elmi informasiya üzərində əməliyyatlar çərçivəsindən çıxır.
"Elmi informasiya" anlayışının özünün tərifi ətrafında da diskusiyalar davam
etməkdədir. Praktikada (və deməli, həm də təlimdə) istifadə olunan geniş informasiya
obyektiv həqiqətin bu və ya digər aspektlərini özündə əks etdirsə də, elmi
informasiyaya aid edilmir. Əsasları tədris fənnində mənimsənilməli olan informatika
təkcə elmi tədqiqatlar sferası ilə məhdudlaşa bilməz, onun vəzifəsi şagirdləri
istehsalatın bütün sahələrində, o cümlədən texnikada, texnologiyada, idarəetmə fəaliy-
yətində kompüterlərdən istifadə etməyə hazırlamaqdan ibarətdir.
Beləliklə, aşağıdakı nəticəyə gəlirik.


 180
İnformatikanın predmetinin elmi-informasiya fəaliyyəti və elmi-
informasiyanın xassələri vasitəsilə tərifi ümumtəhsil və peşə məktəblərinin yeni tədris
fənni üçün əsas götürülə bilməz.
"İnformatika" termini təxminən 1970-ci ildə fransızlar tərəfindən daxil edilmiş
və tezliklə geniş yayılmışdır. İlk vaxtlar təkcə amerikanlar, ingilislər və ... ruslar
həmin termini qəbul etmək istəməmişlər. İngilis dilli ölkələr bu termini ona görə qəbul
etmək istəməmişlər ki, onlarda bu terminin ekvivalenti olan "Somputer
Schense" termini fransızlardan əvvəl daxil edilmişdi. Ruslarda isə həmin terminin
qəbul edilməməsinə yəqin ki, yeni terminologiyaya konservativ münasibət səbəb
olmuşdur. Şifahi şəkildə bu termindən istifadə olunmuşsa da, həmin termin uzun
müddət tanınmamışdır.
"İnformatika" termininin dəqiqləşdirilməsinə akademik V.M.Qluşkov baxılan
elm sahəsi üçün terminin kağızlı və kağızsız informatika kimi təsnifatını təklif etməklə
cəhd göstərmişdir. Onun işlərində "kağızsız informatika" termini "maşın informati-
kası" mənasında işlədilir .
Müasir dövr ictimai həyatın bütün sahələrində, o cümlədən təhsil sistemində
kağızlı və maşınlı informatika vasitələrinin rasional uzlaşdırma yollarının axtarılması
ilə xarakterikdir. Tamamilə aydındır ki, yeni tədris fənninin adında işlədilən
“informatika” termini əslində “kağızsız (maşınlı) informatika” termininin sinonimidir.
Akademik A.P.Yerşov hesab edir ki, informatika "informasiyanın ötürülməsi
proseslərini öyrənən təbii elmin adıdır". Buna oxşar tərif orta məktəblər üçün sınaq
dərs vəsaitində də verilmişdir: "İnformatika informasiyanın işlənməsi və toplanması
qanunlarını və metodlarını tədqiq edir".
İnformasiyanın işlənməsi qanunlarının və metodlarının informatikaya aid
edilməsi tamamilə doğrudur. Göründüyü kimi, tərifin ikinci, sonrakı redaktəsində in-
formatikanın təbii elmlər qrupuna aid olması istinadı yoxdur. Bu dəyişiklik redaktə
xarakteri daşımayıb, yüksək mahiyyətə malikdir.
Əgər elmlərin təbii, ictimai və texniki sahələrə qəbul edilmiş bölgüsü nöqteyi-
nəzərincə baxsaq, etiraf etməliyik ki, informatikanın təbii-elmi xarakterinə münasibət
mübahisəlidir. İnformatikanın maşınlı vasitələrinin layihələndirmə və konstruksiyalan-
dırma nəzəriyyəsinin bir çox aspektləri, eləcə də informasiyanın çevrilməsi və


 181
saxlanması üçün qurğular texniki elmlər vasitəsilə tədqiq olunur. Bununla bərabər,
informasiya prosseslərinin sosial aspektlərini də nəzərdən qaçırmaq olmaz.
Tərif özünün qısa və lakonik olması ilə diqqəti cəlb edirsə də, burada
informatikanın predmeti bir qədər geniş verilir. Axı, informasiyanın işlənməsi və
toplanması "kağızlı" metod və vasitələrlə də həyata keçirilir. Məsələn, inşa mətninin
məktəbli tərəfindən tərtib edilən planını informasiyanın işlənməsinə, kitabxana fondu-
nun genişləndirilməsini informasiyanın toplanmasına aid etmək olar; amma bunlar
terminin müasir mənasında informatikanın vəzifəsi deyildir.
Akademik A.A.Dorodnitsın özünün bir sıra çıxış və məqalələrində
informatikanın predmetini təhlil edərək, belə nəticəyə gəlir ki, "informatikanın tərkibi
bir-birindən ayrılmayan və əhəmiyyətli dərəcədə əlaqədar olan üç hissədən – texniki
vasitələrdən, proqram vasitələrindən və alqoritmik vasitələrdən ibarətdir".

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin