Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


Dövri strukturlu alqoritmlərin proqramlaşdırılması



Yüklə 406,25 Kb.
səhifə30/69
tarix23.11.2022
ölçüsü406,25 Kb.
#70001
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   69
referat 1776

Dövri strukturlu alqoritmlərin proqramlaşdırılması
Turbo Paskal dilində dövri strukturalı alqoritmlərin proqramlaşdırılması məqsədilə üç cür operatordan istifadə edilir.

  1. Dövr operatoru.

Operatorun ümumi şəkli aşağıdakı kimidir:
FOR := TO DO
;
Burada, FOR, TO, DO –dilin ehtiyat sözləridir (ingiliscə “üçün”, “qədər”, “yerinə yetirmək” mənasını daşıyır);
- dövrün parametric olub İNTEGER tipli dəyişəndir (eyni zamanda ixtiyari nizami tip ola bilər);
- dövr parametrinin tipində olan parametrin başlanğıc qiymətidir;
- son qiymət dövr parametrinin tipində olan parametrin son qiymətidir;
- Turbo paskal dilinin ixtiyari operatorudur.
Opertor belə yerinə yetirilir: Əvvəlcə dövr parametrinə başlanğıc qiymət mənimsədilir. əgər o son qiymətdən kiçikdirsə onda idarəetmə operatora verilir, əks halda idarəetmə növbəti sətrə verilir. Növbəti mərhələdə başlanğıc qiymətin üzərinə vahid əlavə edilir və proses analoji olaraq yerinə yetirilir. Qeyd edək ki, burada ,
şərti ödənilməlidir.
Dövr daxilində olan sətirlər bir neçə olarsa, onda həmin sətirlər BEGİN END arasında verilməlidir. Yalnız bir sətir olduqda isə bu operatorlarsız da sətiri vermək olar.
Dövr operatorunun digər bir variantı da mövcuddur:
FOR := DOWNTO DO
;
Bu operatorda da istifadə edilən dəyişənlər üçün qaydalar əvvəlki variantda olduğu kimidir. Opertatorun fərqi ondan ibarətdir ki, hər sonrakı təkrarlanmada başlanğıc qiymətdən bir vahid çıxılır və onun qiyməti son qiymətdən kiçik olduqda idaretmə növbəti sətrdəki operatora verilir. Burada
şərti ödənilməlidir.

Yüklə 406,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin