Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI


MÖVZU 5.5 Turbo Pascal dilinin qrafik operatorları və onlardan istifadə qaydaları



Yüklə 406,25 Kb.
səhifə34/69
tarix23.11.2022
ölçüsü406,25 Kb.
#70001
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   69
referat 1776

MÖVZU 5.5
Turbo Pascal dilinin qrafik operatorları və onlardan istifadə qaydaları
Plan:

  1. Turbo Pascal dilinin qrafik rejimi

  2. Turbo Pascal dilinin qrafiki operatorları

Bütün alqoritmik dillərdə olduğu kimi Turbo Paskal dilinin də proqram, mətn və qrafik iş rejimləri mövcuddur. Qeyd edək ki, qrafik rejimin operator və əmrləri ilə işləməzdən əvvəl həmin rejimə keçidi təmin etmək lazımdır. Bu məqsədlə hər şeydən əvvəl standart modulların elanı hissəsində yeni GRAPH modulunu elan etmək tələb olunur. Proqram daxilində qrafik rejimə keçidi təmin edəcək aşağıdakı prosedur və funksiyalardan istifadə edilir:


Qrafik rejimə keçid aşağıdakı kimi yerinə yetirilir. Əvvəlcə adapterin qrafik rejimdə işləməsini təmi edən prosedur verilir. Bu prosedurun ümumi şəkli aşağıdakı kimidir:
İNİTGRAPH (, , )
Burada, drayver- qrafik rejimin drayverinin tipini müəyyənləşdirən İNTEGER tipli dəyişəndir;
rejim- qrafik adapterin iş rejimini müəyyən edən İNTEGER tipli dəyişəndir;
yol- drayver faylının yerləşdiyi yaddaş qurğusu və qovluğu göstərən sətir tipli, yəni
STRİNG tipli dəyişəndir.
Drayveri müəyyənləşdirən sabitlər aşağıdakılardan biri ola bilər:
CONST
Detect=0; - tipin avtomatik müəyyən olunması;
CGA=1;
MCGA=2;
EGA=3;
EGA64=4;
EGAMono=5;
İBM8514=6;
HercMono=7;
ATT400=8;
VGA=9;
PC3270=10;
İstifadəçi göstərilən sabitlərdən istifadə etdiyi monitora uyğun olanı seçir və yuxarıdakı prosedurda < drayver > əvəzinə yazır. İstifadəçi işinin asanlaşdırmaq məqsədilə qrafik rejimin adapterinin tipini Detect=0 qəbul etmək məsləhət görülür. Çünki bu halda drayverin tipi kompüter tərəfindən avtomatik olaraq müəyyən olunur.
Qeyd etmək lazımdır ki, hər bir qrafik adapter müxtəlif rejimlərdə işləyə bilər. Hər bir monitora uyğun olan rejimlər xüsusi sorğuda verilmişdir. Lakin istifadəçi əgər qrafik adapterin müəyyən edilməsi üçün Detect=0 qəbul edibsə, sadəcə olaraq rejimin tam tipli, yəni İNTEGER tipli dəyişən olmasını verməsi kifayət edər. Həmin dəyişən də yuxarıdakı prosedurdakı , əvəzinə yazılır.
Drayverin yerləşdiyi qurğu və qovluq istifadəçi tərəfindən tapılmalıdır. Adətən istifadə etdiyimiz kompüterlərdə bu drayver, yəni EGAVGA.BGİ faylı C: qurğusunun BP qovluğunun BGİ altqovluğunda yerləşir. Yəni yuxarıdakı prosedurda < yol > əvəzinə ‘C:\BP\BGI’ yazmaq lazımdır.
Bütün qeyd olunanlardan sonra qrafik rejimə keçid yerinə yetirilməlidir. Keçidin düzgün olub-olmamasını yoxlamaq üçün GRAPHRESULT standart funksiyasının qaytardığı qiymət yoxlanılmalıdır. Əgər onun qaytardığı qiymət grOK və ya “0” olarsa, deməli, qrafik rejimə keçilib, əks halda, yəni başqa qiymət alınarsa, onda keçiddə baş verən səhv GraphErrorMsg (dəyişən) standart funksiyası ilə müəyyən edilərək lazımi tədbir görülür. Burada, dəyişən- GRAPHRESULT funksiyasının nəticəsinin mənimsədildiyi dəyişəndir.
Qrafik rejimdə iş qurtardıqdan sonra CLOSEGRAPH proseduru ilə rejim bağlanaraq ondan çıxılır. Əgər istifadəçi müvəqqəti olaraq, qrafik rejimdən çıxıb mətn rejiminə keçmək istəyirsə, onda sadəcə olaraq RESTORECRTMODE standart prosedurunu verməlidir. İstifadəçi qrafik adapterin yeni iş rejimini vermək istəyirsə, onda SETGRAPHMODE () prosedurundan istifadə edilir. Burada, rejim yeni təyin olunan rejimin göstəricisidir.
İstifadəçi istifadə etdiyi monitorun qrafik rejimdə ekranının həm üfiqi, həm də şaquli koordinatlarının maksimum sayını bilmək istəyirsə, onda uyğun olaraq GETMAXX və GETMAXY standart funksiyalarından istifadə edir. Belə ki, bu funksiyalar uyğun şəkildə üfiqi və şaquli koordinatların maksimum sayını qaytarır.
Qeyd: Ekranda koordinat başlanğıcı yuxarı sol künc hesab edilir.
Qrafik rejimdə işləyərkən istifadəçiyə tez-tez lazım olan aşağıdakı standart prosedurları verək:

  1. Kursorun yeni mövqeyinin təyin edilməsi:

MOVETO (X, Y)
Burada, X və Y- İNTEGER tipli ifadələr olub uyğun olaraq üfiqi və şaquli koordinatları göstərir.

  1. Qrafik ekranın təmizlənməsi:

CLEARDEVİCE
Sadə həndəsi fiqurların qurulması:
a) Nöqtə və xəttin çəkilməsi:
1.PUTPİXEL (X,Y, rəng)
Ekranın (X,Y) koordinatlarında , rəng ifadəsi ilə verilmiş rəngdə nöqtəni (pikseli) çəkir. Burada, X və Y- İNTEGER tipli, rəng- WORD tirli ifadə olmalıdır. Pixel- ekranda işıqlanan nöqtədir.

  1. GETPİXEL (X, Y)

(X, Y) koordinatında yerləşən nöqtənin (pikselin) rənginə uyğun WORD tipli qiyməti verir.
3. LİNE (X1, Y1, X2, Y2)
Başlanğıcı (X1, Y1), sonu (X2, Y2) nöqtəsində olan düz xətti çəkir. Burada X1, Y1, X2, Y2- İNTEGER tipli ifadələdir.

  1. LİNETO (X, Y)

Kursorun əvvəlcədən durduğu mövqenin koordinatları ilə (X, Y) koordinatını birləşdirən düz xətti çəkir. X, Y- İNTEGER tipli ifadələrdir.
b)Çoxbucaqlıların çəkilməsi:

  1. RECTANGLE (X1, Y1, X2, Y2)

Yuxarı sol küncü (X1, Y1) koordinatlı nöqtədə, aşağı sağ küncü isə (X2, Y2) nöqtədə yerləşən düzbucaqlını çəkir. Burada X1, X2, Y1, Y2- İNTEGER tipli ifadələrdir.
v) Qövslərin, çevrələrin və ellipslərin çəkilməsi:

  1. CİRCLE (X,Y, R)

Mərkəzi (X, Y) koordinatlı nöqtədə, radiusu R-ə (piksellə) bərabər olan çevrə çəkir. Burada X, Y- İNTEGER tipli, R- WORD tipli ifadələrdir.
2. ARC (X, Y, başlanğıc bucaq, son bucaq, R)
Mərkəzi (X, Y) koordinatlı nöqtədə yerləşən, radiusu R olan, başlanğıc bucağı- başlanğıc bucaq, son bucağı- son bucaq olan cevrə qövsü çəkilir. Burada, X, Y- İNTEGER; başlanğıc bucaq, son bucaq, R- WORD tipli ifadələrdir. Qeyd edək ki, bucaqlar saat əqrəbinin hərəkətinin əksi istiqamətində hesablanaraq dərəcələrlə verilir.
3.ELLİPSE (X, Y, başlanğıc bucaq, son bucaq, RX, RY)
Mərkəzi (X.Y) koordinatlı nöqtədə , başlanğıc və son bucaqları uyğun olaraq başlanğıc bucaq, son bucaq, radiusları isə Rx və Ry olan ellips cəkir.
Burada, X, Y- İNTEGER; başlanğıc bucaq, son bucaq, RX, RY- WORD tipli ifadələrdir.
q) Rənglər və fiqur daxilinin doldurulmasının təyini:
1. SETCOLOR (rəng)
Çəkiləcək xətlər və simvollar üçün rəng ifadəsi ilə verilən rəngi təyin edir. Rənglərə uyğun rəqəmlə 0..15 arasında dəyişir.
2.SETBKCOLOR (rəng)
Ekranın fonunun rəngini müəyyən edir.
3.SETFİLLSTYLE (ştrix, rəng)
Ştrixləmənin üslubunu təyin edir. Burada, ştrix- WORD tipli ifadə olub ştrixin tipini; rəng- WORD tipli ifadə olub ştrixin rəngini göstərir.
Ştrixləmə üçün 0..12 arasında rəqəmlərdən istifadə etmək olar.
Paskal dilində tərtib edilmiş proqramın yerinə yetirilməsi və idarəetmə ilə əlaqəli redaktorun əsas əmrləri aşağıdakılardır.
-Proqram mətnini fayl şəklində yadda saxlanılması üçün FİLE menyusunun SAVE AS və ya SAVE əmrlərindən istifadə edilir. Proqramın yaddaşdan çağırılması üçün FİLE menyusunun OPEN əmrindən, yeni faylın yaradılması üçün həmin menyunun NEW əmrindən istifadə edilir. Redaktordan çıxış üçün FİLE menyusunun EXİT əmri verilməlidir;
- Proqram daxilində düzəlişlərin aparılması üçün EDİT menyusunun əmrləri istifadə edilir: proqram hissəsinin surətinin yaradılması –COPY, bloka alınmış hissənin silinməsi CLEAR, bloka alınmış hissənin ekrandan kəsilərək götürülməsi-CUT (bu halda həmin hissə buferə (müvəqqəti yaddaşa yazılır) ), buferdəki məlumatın proqrama əlavəsi-PASTE və s;
- Proqram tərtib edildikdən sonra COMPİLE menyusunun eyni adlı əmri ilə kompilyasiya edilir. Bu isə həm proqramın maşın kodlarına çevrilməsini, həm də proqramda olan səhvlərin (sintaksis, sematik, məntiqi və tələbata digər uyğunsuzluqlar) tapılmasına şərait yaradır;
-Proqramın yerinə yetirilməsi üçün RUN menyusunun eyni adlı əmrindən istifadə edilir;
- Proqram nəticələrinin nəzərdən keçirilməsi məqsədilə DEBUG menyusunun OUTPUT (proqram mətni ekranda qalmaqla nəticələrə baxış) və USER SCREEN (nəticələrə tam ekranda baxış) əmrlərindən istifadə edilir.
Qeyd edək ki, burada digər əməliyyatların da yerinə yetirilməsi üçün əmrlər mövcuddur.



Yüklə 406,25 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin