Вставка (İnsert) menyusu: Bu menyunun əmrləri vasitəsilə sənədə müxtəlif məlumat və obyektləri əlavə etmək mümkündür. Menyunun əmrləri aşağıdakılardır:
Разрыв- Növbəti mətn hissəsinin yeni sətir. yeni səhifə və ya yeni sütundan başlanmasını, eləcə də yeni bölmənin yeni səhifə, cari səhifə, cüt və ya tək səhifədən başlanaraq daxil edilməsini müəyyənləşdirir;
Номера страниц- səhifəyə nömrələrin qoyulması, nömrələrin yerləşmə qaydalarının müəyyən edilməsini həyata keçirir;
Дата и время- Tarix və vaxtın müxtəlif formalarda mətnə, kursor duran mövqeyə əlavə edilməsini təmin edir;
Автотекст- Mətndə tez-tez rast gəlinən və artıq redaktorda mövcud olan avtomətnlərin əlavəsini, eləcə də istifadəçinin yaratdığı avtomətnlərin əlavəsini həyata keçirir;
Поле- Xüsusi sahələrin (vaxt, tarix, sənədin yaradılması, istifadəçilər, avtomatlaşdırma və sairlə əlaqədar) mətnə əlavə edilməsi;
Символ- klaviatura və seçilmiş əlifbalarda olmayan simvolların mətnə əlavə edilməsi;
Примечание- sənəd elementinə (sözə, söz birləşməsinə və s.) xüsusi qeydlərin verilməsi;
Ссылка- Sənədə haşiyələrin, sənəd elementləri olan şəkil, cədvəl və sairə nömrələrin verilməsini, qarşılıqlı müraciətlərin əlavəsinin və mündəricatların tərtibatını həyata keçirir;
Веб-компонент- Sənədə web-komponentin əlavə edilməsi;
Рисунок- Sənədə ClipArt, WordArt şəkillərinin, fayllardan götürülmüş şəkillərin, skaner və kameralarla götürülmüş şəkillərin, avtofiqurların, təşkilatı dioqramların və adi dioqram və qrafiklərin əlavəsini təmin edir;
Схематическая диаграмма- Sənədə sxematik dioqramların əlavəsi;
Надпись- Sənədə xüsusi çərçivədə olan yazıların əlavəsi;
Файл- Sənədə digər faylın məzmununun əlavəsi;
Объект- Sənədə müxtəlif redaktorların (Microsoft Excel-in. Microsoft Equation, CorelDraw və s.) obyektlərinin əlavəsi;
Закладка- Aktiv sənədə əlfəcinin (sonuncu əməliyyatın yerinə yetirildiyi sənəddəki mövqeyin) əlavəsi;
Гиперссылка- sənədə hipermüraciətin əlavə edilməsinin təmini;