Marksist siyasi iqtisadının tədqiq predmeti ictimai həyatın təhlilində sinfi yanaşmaya müvafiq olaraq əsasını mülkiyyət münasibətləri təşkil edən istehsal münasibətləridir. İstehsal münasibətləri həyat nemətlərinin istehsalı, bölgüsü, mübadilə və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir.İstehsal münasibətlərinin bu ən ümumi xarakteristikası istehsal münasibətlərinin ictimai istehsalın zəruri hissəsi olduğunu söyləməyə əsas verir.

XIX əsrin ikinci yarısmda marjinalizm nəzəriyyəsi formalaşdı. Həmin nəzəriyyənin klassikləri Avstriya iqtisadi məktəbinin nümayəndələri Karl Menger (1840-1921), Fridrix fon Vizer (1851-1926), Eygen fon Bem-Baverk (1851-1914), həmçinln ingilis iqtisadçısı Uilyam Stenli Cevons (1835-1882) idi.

Marjinalizm (ingilis sözü marginal - «son hədd») - bu, iqtisadiyyatı qarşılıqlı əlaqədə olan təsərrüfat subyektlərinin sistemi hesab edən və iqtisadi proses və hadisələri yeni ideyadan - hadisənin mahiyyətini deyil, onlarda başqa hadisələrin dəyişməsi ilə əlaqədar baş verən dəyişiklikləri səciyyələndirən son hədd , sərhəd kəmiyyətləri və vəziyyətlərindən çıxış edərək izah edən nəzəriyyədir. Marjinalizmin əsas kateqoriyaları: son hədd faydalılığı, son hədd məhsuldarlığı, son hədd xərcləri və s.