Tələblə təklifarasındakı nisbətinsəviyyəsinə görə. satıcılar b) istehlakçılar.
Satıcılar bazarı dedikdə, mövcud qiymətlər şəraitində konkret məhsula tələbatın həcminin həmin məhsulun satıcılarının təkliflərinin həcmindən çox olduğu bazarlar başa düşülür. Bu bazar üçün istehlakçıların, alıcıların rəqabəti xarakterikdir.
Alıcılar və yaxud istehlakçılar bazarı dedikdə, mövcud qiymətlər şəraitində istehsalçıların və satıcıların təklifinin həcminin tələbatın həcmindən çox olduğu bazarlar başa düşülür. Bu bazarlarda istehlakçılar, alıcılar hakim mövqeyə malikdirlər və onun üçün satıcıların rəqabəti xarakterikdir.