M vzu 1 matriSL r v determinantlar matrisl r. Matrisl r z rind
Teorem (bazis minoru haqqında).Bazis sətirləri (sütunları) xətti asılı deyildir. A matrisinin istənilən sətri (sütunu) onun bazis sətirlərinin (sütunlarının) xətti kombinasiyasından ibarətdir.
ölçülü düzbucaqlı matrisdən düzəldilmiş bütün mümkün k-tərtibli ( )minorların ümumi sayı olacaq. Matrisin ranqının hesablanması üçün iki üsul var.
1 üsul. Matrisin ranqını tapmaq üçün hesablamanı onun aşağı tərtibli minorlarından başlayıb yuxarı tərtibli minorlara keçmək və bu prosesdə sıfırdan fərqli r-tərtibli minoruna rast gəldikdən sonra, ancaq onu haşiyələyən (r+1)-tərtibli minorları hesablamaq lazımdır; əgər -i ( ) haşiyələyən (r+1)-tərtibli minorların hamısı sıfırdırsa, onda matrisin ranqı r-dir. Əgər (r+1)-tərtibli haşiyələyən minorlardan biri, məsələn, sıfırdan fərqli olarsa, onda matrisin ranqı r-dən böyük olmalıdır və bu prosesi -i haşiyələyən (r+2)-tərtibli minorları hesablamaqla davam etdirməliyik. Əgər -i ( ) haşiyələyən bütün (r+2)-tərtibli minorlar sıfır isə, onda matrisin ranqı r+1 olmalıdır, əks halda (r+2) tərtibli minorlara keçmək lazımdır və s.
2 üsul. Matrisin ranqını hesablamaq üçün onu əvvəlcə aşağıdakı elementar çevirmələr vasitəsilə sadə şəklə gətirmək lazımdır:
2) İxtiyari iki sətrinin və ya sütununun yerlərinin dəyişdirilməsi; 3) Hər hansı sətir və ya sütun elementlərinin sıfırdan fərqli ixtiyari bir ədədə vurulması; 4) Hər hansı bir sətir elementlərinin müəyyən bir ədədə vurulub başqa sətrin uyğun elementləri ilə toplanması; 5) Bütün elementləri sıfır olan sətir və sütunların matrisdən kənar edilməsi.
Matris üzərində aparılan belə elementar çevirmələr matrisin ranqını dəyişmir.