Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Mikroiqtisadiyyatın subyektləri



Yüklə 0,94 Mb.
səhifə4/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   2   3   4   5   6   7   8   9   ...   126
FF Mikro

4. Mikroiqtisadiyyatın subyektləri.

Qeyd olunduğu kimi, iqtisadi subyektlərin fəaliyyətinin mikrosəviyyəli təhlili, onların istehsal həcmi, satış, alış, qazanc, məsrəf, mənfəət, itki və s. istiqamətlərdə baş verən davranışları ilə əlaqədardır. Belə davranış qaydaları əmtəəvə xidmətlərin hərəkəti ilə bağlı olub, külli miqdar iqtisadi subyektlərin qarşılıqlı əlaqəsindən irəli gəlir. İqtisadi subyektlər müxtəlif fərdlərdən, qruplardan ıbarət olaraq iqtisadi həyatda özlərini əsasən aşağıdakı kimi əks etdirirlər:

  • Ev təsərrüfatı;

  • Firma;

  • Dövlət.

Ev təsərrüfatı dedikdə bunlar iqtisadivahidlər olmaqla, iqtisadiyyatın istehlak sferasında fəaliyyət göstərən bir və ya bir neçə şəxs başa düşülür. O, əsasən özünün və ailə üzvlərinin istehsa1 və təkrar istehsalına təminat verən qərarların qəbul olunmasına üstünlük verir. Həm də istehsalın bu və уa digər amillərinin sahibi kimi şəxsi təlabatının maksimum ödənilməsinə cəhd göstərənlərdir.

Firma (miəssisə) dedikdə isə istehsal amillərindən istifadəetməklə satış məqsədi ilə məhsul islehsal edib, maksimum gəlir və ya mənfəət əldə etmək məqsədilə müstəqil qərarlar qəbul edənlərdir. Özünün və ya borc götürdüyü ka­pital hesabına işini təşkil etməklə risk və məsuliyyətə məruz qalır. Əldə etdiyi mənfəət şəxsi tələbatı ödəməkləistehsalın genişlənməsinəyönəldilir.

Dövlət-müxtəlif hökumət təşkilatları simasında çıxış edərək iqtısadi subyektlərin normal fəaliyyətinə təminat verən siyası vəhüquqi hakimiyyətdir. Həm iqtisadi subyektlərin, həm də bütövlükdə cəmiyyətin mənafelərinin normal reallaşdırılmasına nəzarət edir.

Beləliklə, mikroiqlisadiyyat ev təsərrüfatı, fırmaların, bankların, dövlətin qarşılıqlı fəaliyyətinin mövcudluğu şəraitində baş verən iqtisadi davranış qaydalarını öyrənir.

İqtisadi nəzəriyyənin müstəqil sahəsi kimi mıkroiqtisadi münasibətləri öyrənən A.Smit və klassik məktəbin digər nümayəndələri olmuşdur. Onlar müstəqil və təcrid olunan istehsalçı və istehlakçıların bazar davranışlarını öyrənmişlər. Müəssisəni mikroiqtisadiyyatın mənbəyi hesab etmişlər. Bununla da iqtisadi sistemin xarakterizə olunması, müəssisə şəraitındə mənfəətin əldəolunması imkanları mümkün olmuşdur. Sahibkarlar təbəqəsinin əmələ gəlməsi ilə müəssisələrin sayının artmasi, məntəət səviyyəsinin, məhsulun keyfiyyətinin minimum xərcə yüksəldilməsi mümkün olmuşdur.Beləliklə, müəssisənin daxili "'endeqon" amillərinin öyrənilməsi və təhlili hesabına strukturunun dəyişilməsi sahibkarlıq fəaliyyətinin istehsal amillərindən daha səmərəli istifadə etmək istiqamətini müəyyən etmişdir.

XVII-XIX əsrlərdə formalaşmış mikroiqtisadi nəzəriyyə sənaye cəmıyyətinin tələblərinə tam cavab verirdi. Çünki burada təkmil rəqabət mühitinə söykənən ayrl-ayrı fərdlərin və sahibkarların qərarlar qəbul etmək imkanlanrıvar idi. Lakin belənəzəriyyə artıq XX-XXI əsrin yeni tələblərinə cavab vermək iqtidarında deyil. Artıq kapital fərdı simasını dəyişib ictimai xarakter almışdır. Нəm də kapitalın mərkəzləşməsi və təmərküzləşməsi ilə iri inhisar birlikləri meydana gəlməklə təkmil rəqabət, qeyri-təkmil rəqabətə keçmişdir. Belə şərait dövlətin iqtisadiyyata müdaxiləsini əsaslandırmışdır. Ona görə də inhisarçı kapitalizm şəraitində bütün iqtisadi prosesləri, davranış qaydalarını fərdi müəssisə səyyəsində, yəni mikrosəviyyədə şərh etmək mümkün deyildir.
Mikroiqtisadiyyatın obyekti insanların iqtisadi fəaliyyəti və onların qarşılıqlı fəaliyyəti şəraitində meydana gəlir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin