Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Bazar konyukturası nəzərə alınmaqla qiymətləndir­mədə aşağı­dakı üç üsuldan istifadə olunur



Yüklə 0,94 Mb.
səhifə78/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   74   75   76   77   78   79   80   81   ...   126
FF Mikro

Bazar konyukturası nəzərə alınmaqla qiymətləndir­mədə aşağı­dakı üç üsuldan istifadə olunur: 1) Kapital bazarları üsulu; 2) Söv­də­ləş­mə üsulu; 3) Sahələr üzrə qiymətləndirmə üsulu. Kapital bazarları üsulu ilə qiymət-ləndirmə zamanı dünyanın fond bazarlarında eyni tipdən olan (oxşar) firmaların satın alındığı qiymətlər əsas götürülür.Bu üsul­dan istifadə etmək üçün müqayisə olunan firmaların maliyyə vəziyyət­lə­ri və qiymətlər haqqında dəqiq və ətraflı informasiya olmalıdır.Bu za­man müqayisə üçün qiymətlər/mənfəət; qiymətlər/pul axını; investisiya kapitalı/mənfəət göstəricilərindən geniş istifadə olunur.

Sövdələşmə üsulunda nəzarət səhm zərfinin satın alındığı qiy­mət təhlil olunur.Burada da qiymətlər/mənfəət; qiymətlər/pul axını; in­ves­tisiya kapitalı/mənfəət göstəricilərindən istifadə edilir.

Sahələr üzrə qiymətləndirmə üsulu ayrı-ayrı sahələr­də sabitləş­miş göstəricilərə əsaslanır.Məsələn, reklam agentliyinin satış qiyməti onun bir ildə əldə etdiyi mənfəətin 75%-nə, çörəkxananınkı satışın illik məbləğinin, habelə onun avadanlıqlarının və ehtiyatlarının dəyərinin 15%-nə bərabər götürülür.Avtomobillərin icarəyə verilməsi sahə-sində ixtisaslaşmış agentlik satılarkən hər avtomobilin qiyməti 1000 dollara bərabər götürülür və avtomobillərin sayı 1000-ə vurulmaqla onun (agentliyin) bazar dəyəri tapılır.Bu üsulun üstünlüyü ondadır ki, o, bazar qiymətlərinə əsaslanır. Onun çatışmazlığı isə özünü müqayisə olu­nan şirkətlər haqqında məlumatların (xüsusilə də keçmiş dövrlərə aid məlumatların) əldə edilməsindəki çətinliklərdə və dəyişən bazar kon­yukturasının nəzərə alınmamasında göstərir.

Xərc nəzərə alınmaqla qiymətləndirmədə isə hər şeydən əvvəl, firmadakı mövcud aktivlər qiymətləndirilir.Bu zaman müxtəlif cür təs­hihetmələr (köhnəlmə, aşınma) nəzərə alınmaqla, balans hesabatları əsa­sında müəssisənin maliyyə vəziyyəti, maddi (torpaq, binalar, tikili­lər, maşın­lar, avadanlıqlar) və qeyri-maddi (peşə və ixtisaslar, ticarət markası və i.a.) aktivləri qiymətləndirilir.Bu metodun üs-tünlüyü on­da­dır ki, o, mövcud aktivlərə əsaslanır.Onun ça-tışmazlığı isə qeyri-maddi aktivlərin, şirkətin perspektivinin nəzərə alınmasındakı çətinlik­lərlə əlaqədardır.

Təcrübədə bu metodların hər birindən həm ayrı-ayrılıqda, həm də onların hamısından eyni vaxtda istifadə oluna bilər və olunur.Bəzi hallarda bu işə təcrübəli eks-pertləri də cəlb edirlər.

Əsas kapitalın istehsal prosesində uzun müddət istifadə edilməsi, tədriclə aşınması və bu müddət ərzində təkrar istehsal prosesinin dəyişməsi ilə əlaqədar olaraq, onların qiymətləndirilməsi üçün bir sıra digər metodlardan da istifadə olunur.Bunlar əsas kapitalın tam ilk, bərpa və qalıq dəyəri ilə qiymətləndirilməsi üsullarıdır.

Əsas kapitalın tam ilk dəyəri dedikdə onun satın alınması (və ya hazırlanması) ilə əlaqədar xərclər nəzərdə tutulur.

Bərpa dəyəri müasir şəraitdə əsas kapitalın təkrar istehsalı ilə əlaqədar olan xərcləri ifadə edir.Bu, bir qayda olaraq əsas kapitalın yenidən qiymətləndirilməsi yolu ilə müəyyən edilir.

Əsas kapitalın qalıq dəyəri dedikdə isə onun tam ilk və ya bərpa dəyəri ilə köhnəlmə məbləği arasındakı fərq nəzər-də tutulur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin