Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Əsas kapitalın mənəvi aşınması isə



Yüklə 0,94 Mb.
səhifə72/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   68   69   70   71   72   73   74   75   ...   126
FF Mikro

Əsas kapitalın mənəvi aşınması isə maşın və ava-danlıqların texniki tərəqqinin təsirilə «dəyərdən» düşməsi prosesidir. Əsas kapitalın mənəvi aşınmasının da iki halı ola bilər. Bunlardan biri ondan ibarətdir ki, investisiya əmtəələri istehsal olunan sahələrdə əmək məhsuldar­lığı­nın yüksəldilməsi nəticəsində əsas kapital ünsürləri az xərclə istehsal olu­nur, onların qiyməti bir qayda olaraq əvvəlki illərə nisbətən aşağı düşür və beləliklə, eyni istehlak dəyərinə malik olan avadanlıqları sı­xış­dırıb sıradan çıxarır-lar. Odur ki, onların real dəyəri ilk dəyərlə deyil, bərpa dəyəri, yəni həmin dövrdə cəmiyyətdə onun neçəyə başa gəldiyi dəyərlə qiymətləndirilir. Buna uyğun olaraq fəaliyyətdə olan əsas kapi­tal ünsürlərinin dəyərindən, isteh-sal olunan məhsulların üzərinə əvvəl­ki­nə nisbətən az dəyər keçirilir. Mənəvi aşınmanın ikinci növünün mahiy­yəti isə ondan ibarətdir ki, köhnə maşın və avadanlıqlar eyni miq-darda məhsulu daha az əmək sərf olunmaqla və daha qısa müddətdə istehsal etmək imkanı verən yüksək məhsul-darlıqlı və təkmilləşdirilmiş maşın və avadanlıqlarla əvəz olunur. Bunun nəticəsində, mövcud əsas kapital ünsür-lərinin texniki xüsusiyyətləri dəyişmir, onlar fiziki cəhətdən yaxşı vəziyyətdə ola, lakin yeniləri ilə müqayisədə istehlak olunmağa «yararsız» və­ziyyətə düşə bilərlər.

Buradan aydın olur ki, mənəvi aşınmanın ikinci növünün nəticələri ziddiyyətlidir.Bu, özünü onda göstərir ki, bir tərəfdən müəssisə itirir, digər tərəfdən isə cəmiyyət qazanır, çünki hələ fiziki cəhətdən köh­nəlməmiş əsas kapital ünsürlərinin dəyərinin bir hissəsinin itirilməsi yeni əsas kapital ünsürlərindən istifadə olunmasından əldə edilən qənaət hesabına ödənilir.

Nəzərdən keçirilən müddəalarda söhbət dəyərdən – onun məh­sulun üzərinə keçməsindən, ödənilməsindən və s. gedir.Lakin real hə­yatda dəyər qiymət vasitəsilə təzahür edir.Təcrübədə isə əsas kapital ünsürlərinin qiyməti bəzi hallarda heç bir əsas olmadan yüksək müəy­yən olunur.Bu zaman söhbət mənəvi köhnəlmədən yox, istehsalın iqti­sadi səmərəliliyi ilə heç bir əlaqəsi olmayan və «bütün qaydaların ziddinə olan» texnikanın bahalanmasından gedir.Bu, fəaliyyətdə olan əsas kapital ünsürlərinə süni surətdə üstünlük verir, onların «daha çox fayda verən texnika» olmaları haqqında yanlış təsəvvür yaradır.Təbii­dir ki, bu, əsas kapitalın təzələnməsi prosesini ləngidir, elmi-texniki tərəqqiyə əngəl törədir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin