Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Kapital haqqında anlayış. Əsas kapitalıın mahiyyəti, ondan istifadə göstəriciləri,fiziki və mənəvi aşınması



Yüklə 0,94 Mb.
səhifə70/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   66   67   68   69   70   71   72   73   ...   126
FF Mikro

1. Kapital haqqında anlayış. Əsas kapitalıın mahiyyəti, ondan istifadə göstəriciləri,fiziki və mənəvi aşınması.

2. Əsas kapitalın amortizasiyasıvə onun növləri.

3. Dövriyyə kapitalının mahiyyəti və ondanistifadə göstəriciləri.
1. Kapital haqqında anlayış. Əsas kapitalıın mahiyyəti, ondan istifadə göstəriciləri,fiziki və mənəvi aşınması.
Investisiya ehtiyatları və ya kapitalın dövriyyəsini daha dərindən təhlil etdikdə aydın olur ki, onun ayrı-ayrı hissələri müxtəlif sürətlə dövr edir və özlərinin də­yə­rini is-tehsal olunan məhsulların üzərinə eyni cür keçirmirlər. Buna uyğun olaraq kapitalı iki yerə bölmək olar: 1) Əsas kapital; 2) Dövriyyə kapitalı.

Investisiya əmtəələrinin istehsal prosesində uzun müddət işti­rak edən, öz dəyərini hazırlanan məhsulların üzərinə xidmət etdikləri müddət ərzində hissə-hissə, tədriclə keçirən, yararsız vəziyyətə düşüb təsər­rü­fatdan çıxana qə-dər ilkin (natural) formasını saxlayan hissəsinə əsas kapital deyilir. Bunlara binalar, tikililər, qurğular, maşınlar, ava­dan­lıq­lar, nəqliyyat vasitələri və s. daxildir. Əsas kapitalın özünü də iki yerə bölmək olar: 1) Istehsal təyinatlı əsas kapital; 2) Qeyri-istehsal təyinatlı əsas kapital. Birinciyə istehsal sahələrində-sənaye, kənd təsərrüfatı, yük nəqliy-yatı, tikinti və i.a. – istifadə olunan əsas kapital ünsürləri, ikinciyə isə qeyri-istehsal sahələrində – mənzil-kommunal tə­sərrüfatı, təhsil, səhiyyə, elm, mədəniyyət, incəsənət, dövlət idarəetmə orqanları, kredit sistemi və başqa xidmət sahələrində – istifadə olunan əsas kapital ünsürləri aiddir.

Firmaların (sahələrin, ölkənin) istehsal potensialı, başqa sözlə, hər hansı bir zaman kəsiyində (ay, rüb, il) lazımi çeşiddə və keyfiyyətdə məhsul buraxmaq qabiliyyəti istehsal təyinatlı əsas kapital ünsürləri ilə müəyyən edilir. Bəzi hallarda istehsalla məşğul olan firmaların istehsal gücləri haqqında danışılır.Lakin elə hallar da olur ki, istehsal güclə­rin­dən tam istifadə olunmur, onların bir hissəsi yeniləşdirilir, bir hissəsi tə­mir olunur, bir hissəsi isə işçilər tətil etdiklərinə, yaxud da istehsal olu­nan məhsullara tələbat olmadığına görə boş dayanır.

Istehsal sahələrində istifadə olunan əsas kapital ünsürləri «tex­noloji» və «yaş» quruluşuna malikdirlər. Əsas kapitalın texnoloji quru­luşu dedikdə onun aktiv hissəsi ilə (istehsal prosesində bilavasitə iştirak edən iş maşınları, avadanlıqlar və s.) passiv hissəsi (binalar, tikililər və s.) arasındakı nisbət nəzərdə tutulur. Əsas kapitalın «yaş» quruluşu isə onları xidmət etdikləri müddət üzrə səciyyə-ləndirməyə imkan verir.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin