Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Sağlam milli iqtisadiyyatın formalaşması amilləri



Yüklə 0,94 Mb.
səhifə91/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   87   88   89   90   91   92   93   94   ...   126
FF Mikro

2. Sağlam milli iqtisadiyyatın formalaşması amilləri

Sağlam (normal) milli iqtisadiyyatın zəruri müqəddəm şərtləri vardır. Onun bərqərar olması üçün birinci paraqrafda göstərildiyi kimi, ilkin həlledici şərt dövlətin, millətin siyasi və iqtisadi suverenliyidir.Sağlam milli iqtisadiyyatın təşəkkül tapması üçün dövlət tənzimləmə mexanizminə malik olmalı və onu ardıcıl həyata keçirməlidir. Mürəkkəb, strateji məqsədlə heç bir proqram vəzifəni bunsuz yerinə yetirmək mümkün deyildir. Bu, tamamilə yeni müstəqilliyə qədəm qoymuş Azərbaycan Respublikası üçün də zəruridir.Bunu əyani surətdə təsdiq etmək üçün sivilizasiyalı, sağlam iqtisadiyyat bərqərar etmiş bəzi ölkələrin tarixi təcrübəsinə müxtəsər nəzər salaq. Keçən əsrin ortalarına yaxın Almaniya sağlam milli iqtisadiyyat yaratmaq məsələsini strateji əhəmiyyətli bir proqram kimi irəli sürür. Belə bir iqtisadiyyatı yaratmaq haqqında nəzəri. Konseptual əsaslar lazım idi. Elə həmin vaxtlar, konkret demiş olsaq 1841-ci ildə F.List adlı məşhur alman iqtisadçısının bu məsələni açıqlayan fundamental səciyyəli bir monoqrafiyası peyda olur. Bu kitabda həmin kateqoriya əsaslı təsvir olunmuş ve elmi konseptual əsaslar irəli sürülmüşdü. Buna görə də o dövrün bir çox məşhur iqtisadçı alimləri (amerikalı Keri, Patten və C.S.Mill) F.Listin təşəbbüsünü çox bəyənirlər. Almaniyanın birinci kansleri konsepsiya ilə maraqlanır, bəyənir və Almaniyada sağlam milli iqtisadiyyat modeli yaratmaqda ondan istifadə edilməsinə sərəncam verir. Bundan sonra Almaniyada müstəqil iqtisadiyyatın təşəkkülü sahəsində xüsusi dönüş yaranır. Vaxtilə Rusiya imperiyasının maliyyə naziri S.Y.Vitte bu alman iqtisadçısının yaratdığı milli iqtisadiyyat sistemi konsepsiyasını bəyənmiş onu müdafiə etmişdir..Deməli, həyati təcrübə göstərir ki, mövcud ölkənin xüsusiyyətlərini təcəssüm etdirən "sağlam milli iqtisadiyyat" modeli, bunun üçün mötəbər proqram əsaslarının olması, ona məqsədyönlü riayət edilməsi iqtisadiyyatın həmin istiqamətdə tanzimlənməsi üçün mühüm rol oynayır. Sağlam milli iqtisadiyyat yaratmağa doğru keçid dövrünə qədəm qoyulduğu bir zamanda mövcud ölkədə əmin-amanlıq zəruri gəraitini və şərtdir. Hələ vaxtı ilə iqtisadçılardan biri olan A.Smit sərrast bir dəqiqliklə qeyd edib ki, dövləti ən aşağı barbarlıq səviyyəsindən ən yüksək səviyyəyə qaldırmaq üçün ilk növbədə əmin-amanlıq lazımdır.Həm müstəqilliyin rəmzi üçün, həm də sağlam milli iqtisadiyyatın uğurlu təşəkkül tapması üçün çox mühüm amillərdən biri dövlətin özünün sabit milli valyutaya malik olmasıdır. Tarixi təcrübəyə, dünya praktikasına diqqət yetirilsə görərik ki, dövlət müstəqilliyi qazanan ölkə pul islahatı, öz milli valyutası, milli pulu haqqında düşünüb. Müstəqil dövlətin öz milli valyutası olmalıdır. Sağlam milli iqtisadiyyatın bərqərar olması, təşəkkül tapması, müxtəlif mülkiyyət formalarının, xüsusi sahibkarlığın güclü olmasindan çox asılıdır.Sağlam milli iqtisadiyyatın bərqərar olunmasının mühüm şərtlərindən biri kimi səmərəlilik və keyfiyyət onun bütün fəaliyyət sahələrini əhatə etməlidir.O,hər şeydən əvvəl, təbii, iqtisadi və əmək resurslarından səmərəli istifadə olunmasına, dinamik inkişafa, ahəngdar geniş təkrar istehsal tələbələrinə, xalq təsərrüfatının,xüsusilə sənayenin mütərəqqi strukturu problemlərinin düzgün həllinə, maddi dəyərlərin keyfiyyətliliyinə və onun dünya standartlarına yaxınlaşmasına ,uyğun gəlməsinə və beləliklə, rəqabət qabilliklərinə və s. cavab verməlidir.

Sağlam milli iqtisadiyyat təşəkkül tapdıqca kənardan asılılıq daim azalır və öz daxili iqtisadi qüvvələrinə arxalanma prinsipinə tam şərait yaranır.Öz daxili iqtisadi qüvvələrinə arxalanma prinsipi tarixən ölkələrə müstəqil inkişaf yolunda uğurlar qazanmağa real vasitə olmuşdur.Azərbaycan birinci növbədə öz daxili imkanlarını maksimum dərəcədə səfərbər etməklə islahatları uğurla aparmağa, iqtisadiyyat dirçəltməyə və yüksəlişə doğru istiqamətləndirilməlidir.Lakin ağır bir şəraitdə Azərbaycan üçün təkcə daxili imkanlar hesabına yüksək proqram səciyyəli vəzifələri yerinə yetirmək çətindir.Deməli, inkişaf etmiş xarici ölkələrin imkanlarından da istifadə etmək zərurəti meydana çıxır. Ümumiyyətlə, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə etmək də nəzərdən qaçırılmamalıdır. Bunun üçün Azərbaycan dövləti xarici iqtisadi əlaqələrin bütün məlum formalarından istifadə etmək məqsədini qarşıya qoymuşdur. Bu, bir çox xarici ölkələrin şirkətləri ilə birgə müəssisələrin yaradılmasında, xarici investisiyalardan istifadə olunmasında, faydalı kreditlərin alınmasında, iri beynəlxalq konsorsiumların iştirak etməsində və s. öz ifadəsini tapır. Qeyd etmək lazımdır ki, həm xarici investisiyadan istifadə edən ölkə və həm də xarici investor öz faydası və mənafeləri baxımından bu işə girişirlər, yəni hər iki tərəf bu fəaliyyət prosesində maraqlı olmalıdırlar ki, gözlədikləri faydaya nail olsunlar.Vaxti ilə A.Smit va D.Rikardo xarici (beynəlxalq) iqtisadi münasibətlərdə xərclərin müqayisəli üstünlüyü nəzəriyyəsini irəli sürmüşlər. Bunun ilk ideyasını A.Smit vermişdir. D.Rikardo isə onu yüksək nəzəriyyə səviyyəsində açıqlamış və habelə praktiki vəzifəsini də şərh etmişdir.Xərclərin müqayisəli üstünlüyü nəzəriyyəsinin mahiyyəti bundan ibarətdir ki, hər bir ölkə əmtəələrin istehsal xərclərindəki fərqlərdən istifadə edərək xarici iqtisadi əlaqələrdən, xarici ticarətdən fayda götürməlidir. A.Smit va D.Rikardo xərclərin müqayisəli üstünlük məsələsində ölkələrdə istehsalın ixtisaslaşdırılmasının məqsədəuyğunluluq prinsipini əsas götürmüşlər. Sonralar bu nəzəriyyə istehsal xərclərinin müqayisəli üstünlüyü təlimi adi altında yayılmışdır.Bu nəzəriyyənin həm müsbət tərəfləri və həm də müasirlik baxımından muəyyən mənada yaramayan tərəfi də vardır. Şübhəsiz müasir dövrdə müstəqilliyə qədəm qoyan ölkələr də bu təlimin yalnız özləri üçün faydalı cəhətlərindən istifadə edə bilərlər altında yayılmışdır.Xarici investorun başlıca məqsədi bilavasitə münasib mənfəət götürməkdir. Buna ehtiyacı olan ölkənin məqsədi isə milli iqtisadiyyatını inkişaf etdirmək, yeni müəssisələr yaratmaq, yaxud mövcud müessisələrdə fiziki aşınmaya məruz qalmış texnika və avadanlıqları modernləşdirməkdir. Əgər investisiya idxal edən ölkə üçün münasibdirsə o, nəticə etibarilə milli iqtisadiyyatın inkişafında labüd müsbət rol oynaya bilər. Birgə sahibkarlıq fəaliyyəti sənaye və başqa sahələrdə, xidmət sferasında əməkdaşlığın xüsusi formasıdır. Onun iştirakçıları bir qayda olaraq, müstəqil hüquqi statusa malik olurlar, müəssisələrin, obyektlərin inkişaf prosesini birgə riskə gedib idarə edirlər. Məlumdur ki, respublikada yerin təkində böyük neft ehtiyatları mövcuddur, lakin onları üzə çıxarmaq və neft hasilatını güclü surətdə artırmaq təkcə daxili imkanlar hesabına mümkün deyildir. Bu, indiki şəraitdə yalnız xarici güclü kapitalın, böyü investorların bu işə cəlb edilməsilə mümkündür.Ayrı-ayrı ölkələrin tarixi təcrübəsinə nəzər yetirildikdə xarici investisiyanın, onların hər birinin iqtisadiyyatının inkişafında oynadıqları rol qabarıq şəkildə təzahür edir. Xaricdən alınan investisiyalar son sənaye məhsulunun əldə olunmasında misilsiz rol oynayır. Müasir elmi tərəqqinin tələblərinə cavab verə bilən və xarici investisiya hesabına idxal edilən texnika, maşın, avadanlıq, cihaz fiziki aşınmaya məruz qalmiş eyni adli texnika növlərini əvəz edirsə bu, inkişaf üçün münasib yol açar, mövcud müəssisə tam istehsal gücü ilə keyfiyyətli məhsul buraxar və beynəlxalq bazarda o, rəqabətə tab gətirə bilər.Xarici kapitalın cəlb edilməsi yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Bu, həmçinin yüksək ixtisaslı mütəxəssislərin ölkədən xaricə axınının qarşısını alan amillərdən biridir.Qeyd etmək lazımdır ki, xarici kapitalın idxalı ilə bərabər ölkə də yeni idarəetmə təcrübəsi, müasir menecment standartları, yüksək istehsalat mədəniyyəti tətbiq olunmağa başlayır. İşçilərin bu müəssisələrdə işləyərkən əldə etdikləri mütərəqqi biliklər, vərdişlər, iş üsulları sonradan yerli müəssisələrdə də istifadə olunur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin