Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan



Yüklə 0,94 Mb.
səhifə90/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   86   87   88   89   90   91   92   93   ...   126
FF Mikro

Ədəbiyyat siyahısı

1.İqtisadi nəzəriyyə T.S.Vəliyevin,Ə.P.Babayevin,M.X.Meybullayev.Dərslik. Bakı 2001

2. 1. O.Məmmədli,M.İsmayılov,F.İ.İsmayılov.İqtisadi nəzəriyyə.Dərs vəsaiti,. Bakı 2010.

2. M.Meybullayev.Mikroiqtisadiyyata giriş.Dərs vəsaiti,.Bakı 2010.



3. E.Kərimov,B.Osmanov. İqtisadi nəzəriyyə.Dərslik, Bakı 2010.

1.Milli iqtisadiyyat və onun tipləri

Mövcud ölkənin milli iqtisadiyyatının mahiyyəti elmi-metodloji yanaşma, onun prinsipləri, meyarları ilə səhih öyrənilə, və mötəbər təhlil oluna bilər. Ümumiyyətlə, obyekt, proses, hadisə elmi-metodoloji prinsiplər əsasında öyrənildikdə təməlli olur, səhih bilik əldə edilir. Bu, tamamilə milli iqtisadiyyatın öyrənilməsinə də aiddir. Elmi və tarixi təcrübə baxımından və mənafelər yanaşması ilə milli iqtisadiyyat müxtəlif təbiətli xassələri ifadə edir. Bunun üçün, ən azı, ölkələrin milli iqtisadiyyat modellərinin qərarlaşması tarixinə, onların inkişaf qanunauyğunluqlarına, daxili anatomik strukturlarına və nəticə etibarilə, onların xalis milli və iqtisadi mənafelərə uyğun gəlib-gəlməməsi məsələsinə dərindən varmaq lazımdır. Məcmu şəkildə bunların vasitəsilə təhlil mövcud ölkənin milli iqtisadiyyat sistemi modelini səciyyələndirmək və müəyyənləşdirmək üçün mötəbər elmi yanaşma üsulu hesab edilə bilər.Deməli, milli iqtisadiyyat elə-belə götürüldükdə mücərrəd kateqoriyadır. Zahiri yanaşma yolu ilə onun hansı konkret mahiyyətə malik olması aydınlaşdırılmalıdır. Milli iqtisadiyyat» tarixi və çağdaş baxımdan əsasən aşağıdakı Təsnifatla səciyyələndirilməlidir: sağlam (sivilizasiyalı) milli iqtisadiyyat, müstəmləkə xarakterli milli iqtisadiyyat, yarımmüstəmləkə xarakterli milli iqtisadiyyat». Axırıncı iki qrup model təmənnalı asılılıq və iqtisadi struktur dərəcəsi ilə fərqlənən, fəqət bir-birinə nisbətən yaxın olan milli iqtisadiyyat növləridir (modelləridir). Belə milli iqtisadiyyata malik olan ölkələr, regionlar başqa dövlətlər tərəfindən istila edilmələri və qeyri-müstəqil olmaları ilə əlaqədardır. Bunların hər ikisində mövcud ölkənin bilavasitə milli və iqtisadi mənafeləri hesaba alınmır, zorakı va guc üsulu ilə iqtisadiyyat öz təbii-tarixi inkişaf xəttindən sapdırılır Onların hər ikisinin iqtisadiyyat sistemi dərəcələri müxtəlif plan asılı iqtisadi inkişaf yönümlü kimi səciyyələndirilməlidir. Muəyyən bir ölkənin milli iqtisadiyyatı kənardan asılı olaraq formalaşırsa o, mövcud ölkənin, onun xalqının iqtisadi manfelərini müvafiq şəkildə təcəssüm etdira bilməz. Burada iqtisadiyyat ümumən xaricdən idarə olunduğu üçün oranın əsas mənafelərinin təzahürünü ifadə edəcəkdir.Tarixi təcrübə birmənalı təsdiq edir ki, sağlam (sivilizasiyalı, normal) milli iqtisadiyyat kateqoriyası ilə o ölkələr xarakterizə olunurlar ki, onlarda real siyasi, huquqi, milli və ümumiyyətlə, dövlət mustəqilliyi hakim mövqe tutmuş və tutur. Deməli, həmin təbiətli iqtisadi modelin qudrətinin ilkin həlledici səmini milli dövlət hakimiyyətinin müstəqilliyi, millətin siyasi va hüquqi azadliğidir. Tam milli hakimiyyət ilə səciyyələnən ölkələr üçün həmin modelin qararlaşması və bərqərar olması təbii bir proses kimi cərəyan edir (məs., Almaniyanin. Yaponiyanın, Türkiyənin, Isveçin, Finlandiyanın və i.a.).Sağlam (sivilizasiyalı) milli iqtisadiyyat anlayışı öz adına müvafiq olaraq dolğun mütərəqqi, elmi və əməli məzmuna malikdir. O aşağıdakı elmi nəticələrə gəlməyə əsas verir: Mövcud ölkədə milli dövlət, siyasi hakimiyyət tam hökmran vəziyyətdə ardıcıl, mustəqil fəaliyyət göstərməlidir.Dövlət hakimiyyəti təbii-tarixi prosesə uyğun iqtisadi siyasət yeritməlidir və beləliklə, özünü belə siyasət yeritməkdə qüdrət sahibi kimi göstərməlidir. Bu, hər şeydan əvvəl öz real ifadəsini mahiyyət etibari ilə ölkənin milli və iqtisadi mənafeləri və bunlardan irəli gələn təbii inkişaf tələbatanı rəhbər tutmaqda tapmalıdır. İqtisadiyyatın, məhsuldar qüvvələrin səmərəsiz inkişaf meyli hiss olunan kimi onun qarşısını almaq üçün dərhal səriştəli tədbirlər görülməlidir. Ümumiyyətlə, onların hərtərəfli. kompleks inkişaf təmin edilməli, iqtisadiyyatda zəngin struktur mahiyyətli xətt yeridilməlidir. Sənayedə istehsal başlıca olaraq bitmiş, son hazır məhsul dərəcəsinə çatdırılmalıdır, istehsalın kombinasiyalaşmasına əhəmiyyət verilməlidir. Yəni xammal emalı həmin kombinələşmə miqyasında ardicil pillələrlə, tam məhsul dərəcəsinə qədər çatdırılmalıdır. Başqa sözlə, xammal mümkün qədər ilkin emalla yarımfabrikat istehsalı ilə bitməməlidir.Sivilizasiyalı milli iqtisadiyyat heç də təkcə sənayenin insisafi ilə səciyyələnmir. O, digər maddi istehsal sahələrinin də ahangdar inkişafı ilə üzvi surətdə bağlıdır. Bunların arasında aqrar bölmənin öz xüsusi yeri olmalıdır. Maddi istehsal təbii amillərlə çox bagli olsa da bu amillə kifayətlənib, strukturu yalnız bununla başa çatmış hesab etmək düzgün deyildir. İndi iqtisadi inkişaf etmiş ölkələrin heç də hamısı yüksək, hərtərəfli təbii zənginliyə malik deyiliər. Amma iqtisadi cəhətdən qüdrətlidirlər. Bu işdə hakimiyyətin qüdrət sahibi olması, intellektual mülkiyyət mühum əhəmiyyət kəsb edir. İqtisadiyyatın bütün sahələrində sinqulyar xarakterli müəssisə və təsərrüfatların (yəni xırda, kiçik və orta) inkişafı və normal fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmalıdir.

--- İstehsalın bütün infrastruktur sahələri də ahəngdar inkişaf etdirilməlidir.

--Azad iqtisadiyyat, başqa sözlə, sivilizasiyalı bazar münasibətləri real sürətdə təşəkkül tapmalıdir. Daxili və xarici ticarət geniş milli meydan almalıdır.

---Sağlam milli iqtisadiyyatın formalaşmasında və inkişafında sahibkarların,biznesmenlərin fəallığı vəəzmkarlığı,əhalinin iş qabiliyyətli hissəsinin işçililiyi və işgüzarlığı,milli qeyrət hissi müstəsna əhəmiyyətə malikdir.



---Sağlam milli iqtisadiyyatın modelində keyfiyyət məsələsi onun bütün dairəsini əhatə etməli,məhsul istehsalı dünya standartları səviyyəsi ilə və beləliklə, rəqabət qabiliyyətli olması ilə səciyyələnməlidir.O,bütöv canlı bir orqanizm kimi mükəmməl anatomik quruluşa və fizioloji dövrana malik olmalı, burada iqtisadiyyat, müxtəlif istehsal sahələri birmənalı, üzvi bütövlük şəklində formalaşmalıdır.Başqa sözlə, bu obyektiv bir meyl kimi hakim olmalı və belə istiqamət götürülməlidir. İqtisadi artım və inkişaf dinamik xarakter kəsb etməlidir.Göründüyü kimi, sağlam (sivilizasiyalı) milli iqtisadiyyat yaratmaq baxımından müasir Azərbaycan hökuməti və xalqı qarşısında mürəkkəb, çətin, lakin nəcib və şərəfli bir vəzifə durur. Qeyd etmək lazımdır ki, milli iqtisadiyyat anlayışı ilə makroiqtisadiyyat anlayışı bir-birilə çox yaxındırlar, üzvi şəkildədirlər. Lakin öz mahiyyətlərinə görə bir-birindən fərqli cəhətləri da vardır. Ölkənin makroiqtisadiyyatı dedikdə, ilk növbədə onun xalq təsurrüfatı sahələrinin məcmusu, orada təkrar istehsalın halqalarının, momentlərinin, yəni istehsalın, bölgünün, mübadilənin və istehlakın vəhdəti başa düşülür.Ölkənin milli iqtisadiyyatı dedikdə isə makroiqtisadiyyatın milli baxımdan, başqa sözlə, onun mənafeləri baxımından vəziyyəti, mahiyyəti başa düşülür. Elm va təcrübə öyrədir ki, ölkələrin milli iqtisadiyyatlarının vəziyyəti, onların inkişaf xarakteri, strukturu və səviyyələri,bütövlükdə iqtisadi bazisləri, hər şeydən əvvəl, mənafelərin təzahürü kimi bərqərar olur. Yuxarıda göstərilən anlayış yəni sağlam, sivil milli iqtisadiyyat müstəqil inkişaf etmiş ölkənin, millətin özünün mənafelərinin ifadəsini təzahür etdirir. Ümumən ölkənin iqtisadi sərvəti, təbii resursları bilavasitə hansı sərəncamda olursa, onlar ilk növbədə onun xüsusi mənafelərinə xidmət edir. Böyük mütəfəkkir filosof Hegel qeyd etmişdir ki, məhz mənafelər xalqların həyatını uyğun səmtə doğru hərəkətə gətirir. Saglam milli iqtisadiyyat bazar münasibətlərinin inkişafının ana xəttini təşkil edir. O. rəqabət qabiliyyətli əmtəə dövriyyəsinə malik olur, iqtisadi sərbəstlik, sabit pul tədavülü, dinamik inkişaf, diversifikasiya meyli, yüksək rifah va i.a. onda səciyyəvi hal olur.Dünyanın super inkişaf etmiş zəngin, sivilizasiyalı ölkələri (məs. ABS. Yaponiya, Isveç, Finlandiya va i.a.) hər şeydən əvvəl yaratdıqları sağlam milli iqtisadiyyatları ilə həmin zirvəni fəth etmişlər. Sağlam milli iqtisadiyyat- suverenlik rəmzidir.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin