Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


MÖVZU 9 TOKSİKOLOGİYA ZƏHƏRLİ MADDƏLƏR



Yüklə 1,43 Mb.
səhifə15/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

MÖVZU 9

TOKSİKOLOGİYA ZƏHƏRLİ MADDƏLƏR

SƏNAYE ZƏRƏRLİ MADDƏLƏRİNİN TƏSNİFATI


  1. Sənaye toksikologiyasının mövzusu və onun inkişsafının əsas mərhələləri.

“Toksikologiya” toxikon (zəhər) və logos (anlayiş, elm, bilmək) kimi hərfi mənaları olan yunan sözlərindən yaranmışdır və sadə halda, “zəhərlər haqqında elm” kimi başa düşülməlidir.

Toksikologiya zərərli maddələrin xoşagəlməz təsirlərinin canlı orqanizmlərə və ekosistemlərə potensial təhlükəsi haqqında elmdir. Həmçinin toksiki təsirlərinin mexanizmlərini, diaqnostikasını, profilaktikasını və zərərlənmələrin müalicəsini öyrənir.

Toksikologiyanı üç, bir birilə əlaqəli olan istiqamətlərə ayirmaq olar: eksperimental-nəzəri, profilaktik (qiqienik) və kliniki. Birinci istiqamət maddələrin bioloji obyektlərə əsas qanunuyğunluqlarını öyrənir. Profilaktik toksikologiya zərərli maddələrin canlı orqanizmlərə və ekosistemlərə potensial təhlükələrin təsirinin qarşısının alınması ilə məşğul olur. İnsan orqanizmində kimyəvi maddələrin təsiri nəticəsində əmələ gələn xəstəliklərin öyrənilməsi və tədqiqi ilə klinik toksikologiya məşğyl olur.

Toksikologiyanın daha yeni bölməsi ekoloji toksikologiyadır. O, maddələrin canlı obyektlərə, populeasiyalara və ekosistemlərə təsirini öyrənir.

Hal-hazırda sənaye toksikologiyasina xüsusi yer ayrilir.

Sənaye toksikologiyası tamamilə yetkinləşmiş, müstəqil elm sahəsidir. Onun yaranması, hərtərəfli inkişafı və əhəmiyyəti bir tərəfdən texniki tərəqqi nəticəsində yeni materialların, kimyəvi birləşmələrin, üzvi və qeyri-üzvü maddələrin sənaye istehsalında istifadə edilməsi ilə, digər tərəfdən tibbi-bioloji elm sahələrinin nailiyyətləri ilə əlaqəlidir. Bu mənada kimya elminin inkişafı, kimya sənayesi müəssisələrində yeni-yeni maddələrin sintezi, metallurgiya və maşınqayırma sənayesi müəssisəlrində ovuntuların və kompozisiya materiallarının istehsalata tətbiqi də toksikologiyanın qarşısında yeni vəzifələr qoymuş və onun tədqiqat sahəsini daha da genişləndirir.

Müasir toksikologiya dərin nəzəri tədqiqatlara əsaslanır və onun hazırladığı tövsiyyələrin çox böyük praktiki əhəmiyyəti və geniş tətbiq sahəsi vardır. Heç də təsadüfi deyildir ki, hal-hazırda elmi və praktiki fəaliyyətlə məşğul olan yeni tip mütəxəsislərə - sənaye toksikoloqlarına böyük ehtiyac duyulur.

Toksikologiya orqanizm ilə zəhərli maddənin qarşılıqlı təsirini öyrənən elmdir.Sənaye toksikologiyası bir tərəfdən toksikologiyanın bir bölməsi olub istehsalat şəraitində rast gəlinən zərərli maddələrin təsirini öyrənir, digər tərəfdən o, əmək gigiyenasının bir bölməsidir.

Sənaye toksikologiyasının yaranma tarixi istehsalat əhəmiyyətli maddələrin insan orqanizminə zərərli təsirini öyrənən elmin inkişafı ilə sıx bağlıdır. O vaxtların müşahidələri əsasən dəm qazı (CO) və metalların yaratdıqları zəhərlənmələrə aid olmuşdur. Peşə zəhərlənmələri haqqında elmin tərəqqisi isə istehsalatın inkişafından daima geri qalırdı. Çünki XIX əsrin ikinci yarısınadək toksikologiya üzrə eksperimental tədqiqatlar aparılmırdı və istehsalat zəhərlərinin təsiri barədə yalnız işçilərdə zəhərlənmənin klinik təzahürləri meydana çıxdıqda mülahizə yürüdürdülər. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində istehsalat zəhərli maddələrinin təsiri heyvanlar üzərində aparılan tədqiqatlarla öyrənilməyə başlanmışdır.

Bir elm kimi sənaye toksikologiyasının baniləri XX əsrin əvvəllərində fəaliyyətə başlamış rus alimləri N.S.Pravdin, N.V.Lazaryev, qərb alimləri Meyer, Ferqyuson, Oberton və b. olmuşlar. Bu alimlərin tədqiqatları ilə sənaye toksikologiyasının nəzəri əsasları yaradılmış, onun məqsədləri və vəzifələri dəqiqləşdirilmişdir.

Sənaye toksikologiyası müasir şəraitdə hərtərəfli eksperimental tədqiqatlarla inkişaf etdirilir.
2. Sənaye toksikologiyasinin məqsədləri

Sənaye toksikologiyasının müxtəlif, geniş spektrli məqsədləri mövcuddur. Onlardan ən başlıcaları aşağıdakılardır.

İstehsalat proseslərində istifadə edilən yeni maddələrin və materialların toksikoloji baxımdan qiymətləndirilməsi və onların gigiyenik reqlamentləşdirilməsi-buraxılabilən qatılıq həddinin (BQH) təyin edilməsi - sənaye toksikologiyasının ən birinci vəzifəsidir. Bu vəzifənin yerinə yetirilməsi heç də asan deyildir. Kimyanın, energetikanın və bütövlükdə sənaye istehsalının sürətli inkişafı, məişət kimyası əşyalarının və avtomobil nəqliyyatının geniş istifadəsi ilə müşayiət edilən urbanizasiya təbii mühitə xas olmayan 1 milyonadək kimyəvi maddənin biosferə daxil olmasına səbəb olmuşdur və bu proses artan sürətlə davam edir. Bu günə qədər məlum olan kimyəvi maddələrin növü 4,5 mln.-dan çoxdur. İqtisadi inkişafı yüksək olan ölkələrdə hər il 500-dən çox kimyəvi maddənin tətbiq edildiyi barədə məlumatlar vardır.

Sənaye müəssisələrində iş zonasının atmosferinə və bütövlükdə təbii mühitə bu və ya başqa yolla yayılan maddələri buraxıla bilən qatılıq həddlərinin əsaslandırılmış qiymətlərinin müəyyən edilməsi ciddi problemlərdən biridir. Azərbaycanda və keçmiş Sovet İttifaqında 1000-dək zərərli maddə üçün reqlamentləşdirmə aparılmışdır.

İstehsalat şəraitində əksər hallarda bir neçə kimyəvi maddənin və fiziki amillırin birlikdə - kombinasiya edilmiş təsiri mümkün olur. Bir neçe toksiki maddənin və ya toksiki maddələrlə başqa amillərin birlikdə təsirinin reqlamentləşdirilməsi sənaye toksikologiyasının daha bir vacib vəzifəsidir.

Zərərli maddələrin BQH-nın müəyyən edilməsi ilə paralel olaraq sənaye toksikologiyası gigiyenik standartlaşma məsələlərini də həll edir. Bu halda zərərli aşkarların və ya komponentləırin reqlamentləşdirilən qatışıqlardakı miqdarı məhdudlaşdırılır.

Toksikologiyanın praktiki məqsədləri üçün zəhərli maddənin orqanizmə təsir mexanizmini və zəhərin orqanizmdə məruz qaldığı dəyişmələri – bioloji transformasiyanı öyrənmək olduqca vacibdir. Bunun üçün zəhərli maddənin orqanizmdə absorbsiyası, nəql edilməsi, toplanması və kənar edilməsi prosesləri ayrı-ayrılıqda araşdırılmalıdır. Alınmış məlumatlar zəhərlənmələrin ilkin əlamətlərini vaxtında aşkar etmək, məqsədə uyğun və effektiv müalicə-profilaktik tədbirlər hazırlamaq üçün istifadə edilə bilər.

Toksikologiyanın əsas məqsədlərindən biri də zəhərli maddələrin orqanizmin müxtəlif sistemlərinə və ayrı-ayrı oqanlarına spesifik təsirini, o cümlədən generativ (nəsilvermə) funksiyasına təsirini öyrənməkdən ibarətdir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki insan orqanizminin kimyəvi maddənin təsirinə reaksiyası heyvanlar üzərində təcrübə zamanı yaranan reaksiyadan həm keyfiyyətinə, həm də gücünə görə fərqlənə bilər. Buna görə də sənaye toksikologiyasının ən mühüm məsələlərindən biri heyvanlar üzərində aparılmış təcrübələrdən alınmış nəticələrin insan orqanizmi üçün ekstrapolyasiyasının elmi əsaslarını hazırlamaqdır. Beləliklə, sənaye toksikologiyası özünün geniş problemlərini həll etməlidir və bu məqsədlə bir çox yaxın əlaqəli təbiət elmlərinin nəaliyyətlərindən və metodlarından istifadə etməlidir.

Sənaye toksıkoloğıyasının praktiki məsəıəıərinin həlli üçün nəzəri tədqiqatları genişləndirmək, əldə olan materialları sistemləşdirmək lazımdır.




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin