Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları



Yüklə 1,43 Mb.
səhifə1/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
  1   2   3   4   5   6   7   8   9   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)



MÖVZU 1

Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları
Təhlükəsizliyin sistemli təhlili mürəkkəb problemlərin həllini əsaslandırmaq üçün istifadə olunan metodoloii vasitələrdən ibarətdir. Sistem müəyyən nəticəyə nail olmaq üçün qarşılıqlı əlaqəli kompanentlərin toplusudur. Bu kompanentlər maddi ohyekt olmaqla yanaşı həm də münasibət və əlaqələr kimi nəzərdə tutulur. Hər hansı saz: maşin texniki sistemə misal ola bilər. Bir elementi insan olan sistem erqantik sistem adlanır. Erqatik sistemə “insan-maşın ətraf mühüt” misal ola bilər.

Sistemin mahiyyəti hadisələrə sistemi təşkil edən kompanenilərin qarşılıqlı əlaqəsinin nəticəsi kimi baxılır. Məsələn, yanma (yanğın) hadisəsinə, yanan maddə, oksidləşdirici mühit və yanma mənbəyini təşkil edən və qarşılıqlı əlaqəyə malik kompanentlərdən biri aradan götürülərsə sistem pozulacaq , yəni yanma prosesi olmayacaq.

Sistemli təhlilin metodolji prinsipi nəzəri və təcrübi elementlərlə yanaşı şəxsiyyətinə dəqiq formalaşmış təcrübəsi və duyma qabiliyyətinə də əsaslanır.

Təhlükəsizliyin sistemli təhlilində məqsəd xoşagəlməz hadisələrin (qəza, yanğın, fəlakət və s.) baş verməsinin səbəblərini aşkar etmək və onların qarşısını almaq, yaxud baş vermə ehtimalını azaltmaq üçün tədbirlər hazırlamaqdan ibarətdir.

Təhlükəsizliyin təhlili aprior, yaxud aposterior deyilən üsullarla, yəni xoşagəlməz hadisələrə qədər yaxud hadisə hadisə baş verdikdən sonra yerinə yetirilə bilər. Hər iki halda istifadə olunan üsul birbaşa və tərsinə ola bilər.

Aprior təhlildə tədqiqatçı sistemə aid potensial mümkün ola bilən xoşagəlməz hadisələri seçir və onların baş verməsinə gətirib çıxara bilən müxtəlif şəraitlər toplusu tərtib edir.

Aposterior təhlil xoşagəlməz hadisələr baş verdikdən sonra aparılır və gələcək üçün tövsiyyələr hazırlamaq məqsədilə yerinə yetirilir.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin