FH-ların proqnozlaşdırılmasının məqsədi FH-ların baş vermə vaxtının, miqyasının və nəticələrinin aşkar edilməsidir.
Təbii və texnogen xarakterli FH-ların proqnozlaşdırılması onların yaratdığı təhlükələrin qarşısının alınması və ya zəiflədilməsi, onların mümkün yayılma miqyasının azaldılması, əhalinin və ərazinin mühafizəsi üçün böyük və əvəzolunmaz əhəmiyyətə malikdir.
Fövqəladə hallarda proqnozlaşdırmanın əsas tapşırıqları:
hər bir FH-ın (təhlükəli təbiət hadisələrinin, texnogen qəzaların, ekoloci fəlakətldərin, epidemiyaların, epizootiyaların və s.) baş vermə ehtimalının, miqyasının, zonalarının ölçülərinin təyin olunması;
müəyyən bir növə, miqyasa, vaxt intervalına malik FH-ın, yaxud onların bir neçəsinin baş verməsində mümkün ola biləcək nəticələrin təyin olunması;
proqnozlaşdırılan FH-ların nəticələrinin ləğvi üçün tələb olunan qüvvə və vəsaitlərin həcminin təyin olunması.
Dostları ilə paylaş: |