Özəl müəssisənin işləmə prinsiplərinə nəzər yetirildikdə aşağıdakı xüsusiyyətlər diqqət çəkir: Özəl müəssisənin adət-ənənəsi, müəssisə sahiblərindən asılıdır;
Özəl müəssisədə uğur qazana bilməyən idarəçilər üçün bir sıra tədbirlər həyata keçirilir. İdarəçinin işini itirmə ehtimalı olduqca yüksəkdir;
Özəl müəssisədə İşqrafiki rəqabətə dayalı olduğu üçün nisbətən ağırdır və dəyişkəndir. Buna uyğunlaşmaq üçün idarəçilərin dinamik olması əsas şərtdir;
Özəl müəssisə üçün zaman qavramı olduqca vacibdir. Çünki rəqabət şərtləri vaxtın səmərəli istifadəsini zəruri edir;
Özəl müəssisə idarəçiləri risk almağa daha çox meyillidirlər. Bunun da əsas səbəbi uğur qazanma məsuliyyətini daha çox hiss etmələridir.
Özəl müəssisələrin xarici mühitləri dövlət müəssisələrinə nisbətən dəyişkəndir və açıq sistemin zərurəti özəl müəssisə idarəçiləri tərəfindən daha çox mənimsənilir;
Özəl müəssisənin ətraf-mühiti dərk etmə forması ilə dövlət müəssisə arasında fərq vardır. Çünki özəl müəssisə sırf rəqabətə əsaslanır.